«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
4—10 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 18, 19
«Bərzillay təvazökarlıqda nümunədir»
Qocaman ağsaqqallar, sədaqətiniz Yehova üçün çox dəyərlidir
Bu ərazidə yaşayan üç kişi yorğan-döşək, müxtəlif ərzaqlar və lazımi qab-qacaq gətirir. Onlardan biri Bərzillay idi (2 İşm. 17:27—29). Bir müddətdən sonra Absalamın üsyanı yatırılır və Davud padşah Yerusəlimə geri qayıdır. Bərzillay onu İordan çayına qədər ötürür. Bərzillayın etdiklərinin qarşılığında padşah onu Yerusəlimdə yaşamağa dəvət edir və onu azuqə ilə təmin edəcəyini deyir. Əslində, Bərzillay «varlı-hallı adam idi» və onun bu azuqəyə ehtiyacı da yox idi (2 İşm. 19:31—33). Çox yəqin ki, Davud padşah onda olan keyfiyyətləri bəyəndiyi üçün onun məsləhətlərindən, təcrübəsindən faydalanmaq istəyirdi. Sözsüz ki, Bərzillay üçün padşah sarayında yaşamaq və işləmək böyük şərəf olardı.
Qocaman ağsaqqallar, sədaqətiniz Yehova üçün çox dəyərlidir
Realist və təvazökar insan olan Bərzillay padşaha deyir: «Səksən yaşım var, yaxşını pisdən ayırd edə bilmirəm». O, bununla nə demək istəyirdi? Sözsüz ki, Bərzillay bu yaşına qədər hikmət qazanmışdı. Bir müddət sonra Rəhabam padşaha yaxşı məsləhət verən ağsaqqallar kimi, o da yaxşı məsləhətlər verə bilirdi (1 Pad. 12:6, 7; Zəb. 92:12—14; Məs. 16:31). Deməli, Bərzillay «yaxşını pisdən ayırd edə bilmirəm» deyəndə qocalığın özü ilə gətirdiyi fiziki məhdudiyyətləri nəzərdə tuturdu. O vurğulamışdı ki, yaşının çox olması onun dad bilmə və eşitmə qabiliyyətinə təsir edib (Vaiz 12:4, 5). Beləcə, Bərzillay Davud padşaha çox yəqin ki, öz oğlu olan Kimhamı Yerusəlimə aparmağı təklif edir (2 İşm. 19:35—40).
Hər vəziyyətdə təvazökar olun
6 Təvazökarlıq Bərzillaya ağıllı qərar verməyə kömək etdi. Kimsə düşünə bilər ki, Bərzillay çiyinlərinə ağır yük götürmək istəmədiyi və ya ömrünün qalan hissəsini rahat yaşamaq istədiyi üçün padşahın təklifini qəbul etmədi. Xeyr, səbəb bu deyil. Sadəcə, o, başa düşürdü və qəbul edirdi ki, vəziyyət indi dəyişib və o, əvvəlki qədər iş görə bilmir. O, öhdəsinə gücü çatandan artıq məsuliyyət götürmək istəmirdi. (Qalatiyalılara 6:4, 5 ayələrini oxuyun.) Əgər fikrimizi hansısa mövqeyə ucalmağa, ad-san qazanmağa cəmləsək, nəticədə, əldə etdiyimiz yeganə şey xudbinlik, rəqabət və peşmançılıq olacaq (Qal. 5:26). Təvazökarlıq isə bizi təşviq edəcək ki, bütün qabiliyyətlərimizi və gücümüzü Allaha şərəf gətirməyə və başqalarına kömək etməyə cəmləyək (1 Kor. 10:31).
Hikmət xəzinəsindən incilər
Məsafəni axıradək qaçın
19 Əgər hansısa çətinlikləriniz xidmətinizi məhdudlaşdırırsa, yaxud başqalarının sizi düz başa düşmədiyinə görə məyus olmusunuzsa, Mefiboşetin nümunəsi sizi ruhlandıra bilər (2 İşm. 4:4). O, əlil idi və buna görə əziyyət çəkirdi. Üstəlik, Davud padşah yanlış qənaətə gələrək ona qarşı haqsızlıq etmişdi. Əslində, başına gələnlərin heç birində Mefiboşetin günahı yox idi. Amma o, buna görə bədbin insana çevrilmədi. Mefiboşet həyatındakı müsbət şeyləri qiymətləndirirdi. O, Davudun keçmişdə ona göstərdiyi xeyirxahlığa görə minnətdar idi (2 İşm. 9:6—10). Beləcə, Davud padşah yanlış qənaətə gələndə Mefiboşet vəziyyətə hərtərəfli baxmağa çalışmışdı. Davudun səhvinin onu zalımlaşdırmasına yol verməmişdi. Nə də Davudun etdiklərinə görə Yehovanı günahlandırmamışdı. Mefiboşet Yehovanın məsh etdiyi padşahı bacardığı qədər dəstəkləmək barədə düşünürdü (2 İşm. 16:1—4; 19:24—30). Yehova da onun bu gözəl nümunəsini Öz Kəlamına yazdırdı ki, ondan örnək alaq (Rom. 15:4).
11—17 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 20, 21
«Yehova ədalətli Allahdır»
Oxucuların sualları
Bu əhd Talut padşahın dövründə də qüvvədə idi. O, bu əhdi pozaraq gibyonluların kökünü kəsmək niyyətinə düşmüşdü. Bu hərəkətin nəticəsində «Talutla ev əhlinin əli qana» batdı (2 İşm. 21:1). Ondan sonra taxta Davud çıxdı. Sağ qalan gibyonlular ona baş verən bu haqsız qətliam haqda danışdılar. Davud gibyonlulardan soruşdu ki, onlar üçün nə etsə, Talutun törətdiyi bu dəhşətli günahı yumuş olar və İsrailin üzərinə Yehovanın bərəkəti gələr. Gibyonlular ondan qızıl-gümüş istəmir. Onlar deyir ki, köklərini kəsmək istəyən adamın yeddi oğlunu onlara versin, onları asıb öldürsünlər. Davud onların xahişini yerinə yetirir (2 İşm. 21:2—6; Say. 35:30, 31).
Bu, sadəcə tarixdə yaşanmış bir hadisə deyil, bundan çox şey öyrənə bilərik. Bu hadisədə Yehovanın qanunu öz əksini tapır: «Ata övladının əməlinə görə, övlad da atasının əməlinə görə öldürülməməlidir» (Qan. 24:16). Əgər Talutun iki oğlu və beş nəvəsi günahsız olsaydı, Yehova Davudun bu hərəkətindən razı qalmazdı. Çünki qanunun davamında deyilir ki, «hər kəs öz günahına görə öldürülməlidir». Görünür, Talutun nəslindən olan bu yeddi nəfərin Talutun gibyonluların kökünü kəsmək cəhdində əli olub. Beləliklə, onların yeddisi də öz əməllərinin cəzasını çəkdilər.
Hikmət xəzinəsindən incilər
Sevincimiz üçün bizimlə əməkdaşlıq edən ağsaqqallar
14 Dünyanın hər bir guşəsində yaşayan Yehovanın xalqı, Şeytan və onun tərəfdarlarının maneçilik törətmələrinə baxmayaraq, xidmətlərini davam etdirirlər. Bizlərdən bəziləri böyük çətinliklərlə üzləşmiş, lakin Yehovaya güvənməklə «qolyatabənzər» problemlərin üzərində qələbə çalmışdır. Amma hərdən elə olur ki, bu dünyanın təzyiqləri ilə daima mübarizə aparmaq bizi taqətdən salır. Adi vaxtlarda öhdəsindən gəldiyimiz problemlər zəif anlarımızda bizi lap əldən sala bilər. Belə vaxtlarda ağsaqqalın köməyi sayəsində yenidən sevinc əldə edə və möhkəmlənə bilərik. Bunu bir çoxları öz üzərlərində hiss ediblər. 60-dan çox yaşı olan bir pioner bacı öz hisslərini bölüşür: «Bir qədər əvvəl özümü heç yaxşı hiss etmirdim və xidmətdən yorulurdum. Zəiflədiyimi görən ağsaqqal yaxınlaşıb mənimlə söhbət etdi və Müqəddəs Kitab vasitəsilə ruhlandırdı. Onun mənə verdiyi məsləhətdən çoxlu fayda əldə etdim. Ağsaqqalın vəziyyətimdən hali olub mənə kömək əli uzatması onun, həqiqətən də, necə məhəbbətli və qayğıkeş olduğunu göstərir». Bəli, məhəbbət dolu nəzərləri üzərimizdə olan və Avişay kimi vaxtında köməyimizə yetişən ağsaqqallarımızın olması bizə əsil qəlb rahatlığı verir!
18—24 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 22
«Yehovanın ətəyindən yapışın»
cl-E s. 19, abz. 11
Allaha yaxınlaşmaq mümkündür?
11 Allahın möhtəşəm gücə sahib olduğu barədə oxumaq bir şeydir (Əşiya 40:26). Onun israilliləri Qırmızı dənizdən keçirməsi, 40 il səhrada hər şeylə təmin etməsi barədə oxumaq isə artıq başqa bir şeydir. Təsəvvür edin: dənizin əngin suları bir-birindən aralanır. Bütün xalq, haradasa üç milyon insan dənizin quru dibi ilə gedir. İki tərəfdə isə sular nəhəng divar kimi ucalır (Çıxış 14:21; 15:8). Allah səhrada da xalqını hifz edir, onların qayğısına qalırdı. Məsələn, qayadan su çıxarırdı. Yerdə ağ rəngdə toxuma oxşayan çörək peyda olurdu (Çıxış 16:31; Saylar 20:11). Bütün bunlar göstərirdi ki, Yehova sadəcə qüdrətli Allah deyil, O bu qüdrətindən xalqının rifahı naminə istifadə edir. Bəli, bizim dualarımız gücümüz, pənahımız, dar gündə köməyə hazır olan qüdrətli Allahın dərgahına ucalır. Bunu bilmək insana çox böyük təsəlli verir (Zəbur 46:1).
Yehova sədaqətli və bağışlayan Allahdır
3 Sədaqət — dostluqda və məhəbbətdə dəyanətli, vəfalı, etibarlı olmaq deməkdir. Sədaqətli insan dəyişkən deyil. Əksinə, o, kiməsə və ya nəyəsə qarşı bağlılıq hiss edir, hətta ən çətin şəraitlərdə belə onları tərk etmir. Bəli, Yehova olduqca «sədaqətli Allah»dır (Vəhy 16:5).
4 Yehova sədaqətli olduğunu necə göstərir? O, heç vaxt sadiq xidmətçilərini atmır. Bu xidmətçilərdən biri olan Davud padşah Yehovanın onunla sədaqətlə davrandığını dilə gətirərək Onu mədh edir. (2 Şamuel 22:26 ayəsini oxu.) Davudun çətin anlarında Yehova sədaqətlə davranaraq ona yol göstərir, onu qoruyur və xilas edirdi (2 Şam. 22:1). O bilirdi ki, Yehova təkcə dildə sədaqətli deyil. Yehova Davudla nə üçün belə sədaqətlə davranırdı? Çünki Davud özü də sədaqətli insan idi. Yehova Ona ibadət edənlərin sadiqliyini qiymətləndirir və onlarla sədaqətlə davranır (Sül. məs. 2:6—8).
Hikmət xəzinəsindən incilər
Təvazökarlıq xüsusiyyətini inkişaf etdirin
7 Allahın bu cür münasibəti məzmurlar yazan Davudu riqqətə gətirmişdi: «Sən mənə qurtuluş qalxanını verdin, etdiyin köməklə Sən məni yüksəltdin» (2 Şam. 22:36). Davud dərk edirdi ki, İsraildə tutduğu şərəfli mövqeyə onu Yehova yüksəldib. Allah-Taala uca dərgahından bir növ Davuda tərəf əyilərək ona, adi çobana nəzər salmışdı (Məz. 113:5—7). Yehovanın lütfkarlığından biz də bəhrələnirik. Məgər biz də malik olduğumuz hər şeyi — xüsusiyyətləri, qabiliyyət və məsuliyyətləri Yehovadan almamışıq? (1 Kor. 4:7). Özünü «kiçik» tutan insanın Yehovanın gözündə dəyəri yüksəlir (Luka 9:48). Gəlin görək bu necə ola bilər.
25—31 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 23, 24
«Yehovanın yolunda əlinizdən gələni edirsiniz?»
it-1-E s. 146
Arunah
Arunah qurban təqdim etməsi üçün Davuda həm yer, həm heyvan, həm də taxta təklif etdi. Üstəlik, görünür, bunun üçün pul da istəmədi. Ancaq Davud israr etdi ki, bunların haqqını ödəcəyək. 2 İşmuil 24:24 ayəsində deyilir ki, Davud xırmana və heyvana görə 50 gümüş şekel (110 dollar) verdi. 1 Salnamələr 21:25 ayəsində isə deyilir ki, Davud həmin yer üçün 600 qızıl şekel (təxminən 77 000 dollar) vermişdi. «İkinci İşmuil» kitabını yazan təkcə qurbangahın yerinin və həmin vaxt qurban gətirmək üçün lazım olan şeylərin satın alınmasından danışır, buna görə də, görünür, ancaq bunların qiymətini yazıb. «Birinci Salnamələr» kitabını yazan isə sonralar həmin ərazidə məbədin tikilməsi üçün görülən işlərdən və onun inşası ilə bağlı alış-verişdən danışırdı (1Sm 22:1—6; 2Sm 3:1). Məbəd ərazisi çox böyük idi. Odur ki, 600 qızıl şekel Davudun qurbangah tikdirdiyi yerin yox, bütün o ərazinin qiyməti idi.
Həqiqətin əsaslarından öyrənək
8 İsraillilərin Yehovaya ürəkdən minnətdar olduqlarını göstərmək, yaxud da Onun rəğbətini qazanmaq üçün yandırma qurbanı kimi gətirdikləri qurbanlar könüllü idi. Təbii ki, belə halda insan ən yaxşısını seçərdi, çünki bunu etməyə onu ürəyi təşviq edəcəkdi. Bu gün məsihçilərdən Musanın Qanununda nəzərdə tutulan qurbanları gətirmək tələb olunmur. Bununla belə, onların Yehovaya xidmətə sərf etdikləri vaxt, güc və vəsaitlərini müəyyən mənada qurban hesab etmək olar. Həvari Pavel ümidimiz barədə insanlara danışmağı, «yaxşılıq etməyi və başqaları ilə bölüşməyi» Allaha məqbul qurbanlar adlandırdı (İbr. 13:15, 16). Allahın xidmətçilərinin bu işlərdə hansı əhval-ruhiyyə ilə iştirak etmələri Yehovaya nə qədər minnətdar olduqlarını və Ondan aldıqları ənamları nə dərəcədə qiymətləndirdiklərini göstərir. Buna görə biz, israillilər kimi, xidmətə münasibətimizi və bunu hansı niyyətdən irəli gələrək etdiyimizi yoxlamalıyıq.
Hikmət xəzinəsindən incilər
«İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
23:15-17. Yehovanın həyat və qanla bağlı qanununa Davudun hörməti o dərəcədə güclü idi ki, bu hadisədə yolverilməz kimi görünən şeyi belə etməkdən qaçındı. Biz özümüzdə Allahın bütün əmrlərinə bu cür münasibət inkişaf etdirməliyik.
1—7 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 1, 2
«Səhvlərinizdən nəticə çıxarırsınız?»
it-2-E s. 987, abz. 4
Süleyman
Çox da uzaq olmayan Gihondan musiqi sədalarını, «yaşasın padşah Süleyman!» deyə hayqıran camaatın səsini eşidəndə Əduniyyə ilə tərəfdaşları qorxu və çaşqınlıq içində dağılışdı. Süleyman heç kimdən intiqam almadı, yol vermədi ki, taxta çıxması kiminsə qanının tökülməsi ilə yaddaşlarda qalsın. Beləcə, hakimiyyəti zamanı ölkədə sülhün, dincliyin hökm sürəcəyinə zəmanət verdi. Ancaq taxta Əduniyyə çıxsaydı, Süleyman, çox yəqin ki, həyatını itirəcəkdi. Əduniyyə qaçıb qurbangaha sığındı. Süleyman adam göndərib onu hüzuruna gətizdirdi. Bildirdi ki, namərdlik etməsə, başından bir tük də əskik olmayacaq. Sonra isə onu evinə buraxdı (1Pd 1:41—53).
«Birinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
1:49-53; 2:13-25 — Süleyman Adoniyanı əfv etsə də, nə üçün sonda onu öldürtdürür? Adoniya Bat-Şevaya müraciət etmişdi ki, Avişaqla evlənmək istəyini padşaha bildirsin. Bat-Şevadan fərqli olaraq, Süleyman Adoniyanın nə məqsəd güddüyünü gözəl başa düşmüşdü. Davudla Avişaqın arasında cinsi əlaqə olmasa da, bu gözəl qız padşahın cariyəsi hesab olunurdu. O vaxtın adətlərinə görə, bu qıza yalnız Davudun qanuni varisi sahib ola bilərdi. Çox güman ki, Adoniya Avişaqla evlənsə, yenidən taxta sahib ola biləcəyini düşünürdü. Adoniyanın xahişində padşahlıq etmək iddiasının olduğunu görən Süleyman öz əfvini ləğv edir.
Hikmət xəzinəsindən incilər
«Birinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
2:37, 41-46. Kiminsə «Allahın qanunlarını pozsam belə, cəzalanmayacağam» deyə düşünməsi necə də təhlükəli ola bilər! ‘Həyata aparan ensiz yoldan’ qəsdən dönənlər öz ağılsız qərarlarının acı nəticələrindən mütləq əziyyət çəkəcəklər (Matta 7:14).
8—14 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 3, 4
«Hikmətin dəyəri»
O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
4 Süleyman yenicə taxta çıxanda Yehova ona yuxuda görünərək dedi ki, ürəyindən nə keçirsə Ondan istəyə bilər. Təcrübəsiz olduğunu dərk edən Süleyman Allahdan hikmət dilədi. (1 Padşahlar 3:5—9 ayələrini oxu.) Yehova var-dövlət və şan-şöhrət əvəzinə, Ondan müdriklik diləyən padşahın xahişindən razı qaldı və ona «hikmətli və dərrakəli ürək»lə yanaşı, zənginlik də bəxş etdi (1 Pad. 3:10—14). İsanın qeyd etdiyi kimi, Süleymanın müdrikliyi aləmə elə səs salmışdı ki, bu barədə eşidən Səba məlikəsi uzun yol qət edərək onun ağzından çıxan hikmətli sözlərə qulaq asmağa gəldi (1 Pad. 10:1, 4—9).
5 Əlbəttə, biz möcüzəvi şəkildə hikmət alacağımızı gözləmirik. Süleyman demişdi: «Rəbb hikmət verir». Bununla belə, o, bu xüsusiyyətə yiyələnmək üçün səy göstərməyin vacibliyini vurğulamışdı: «Qulağını hikmətə tərəf [çevir], ürəyini dərrakəyə tərəf meyl [etdir]». Süleyman həmçinin qeyd etmişdir ki, biz hikməti çağırmalı, axtarmalı və aramalıyıq (Sül. məs. 2:1—6). Bəli, müdrikliyə yiyələnmək mümkündür.
6 Yaxşı olardı ki, özümüzdən soruşaq: «Mən də, Süleyman kimi, hikmətə yüksək dəyər verirəmmi?» Bir çox insanlar maliyyə problemləri ucbatından bütün güclərini pul qazanmağa və işə sərf edirlər, yaxud da yol verirlər ki, iqtisadi vəziyyət onlara hansı təhsili almalarını və buna nə qədər vaxt sərf etmələrini diktə etsin. Bəs şəxsən sənin özün və ailən barədə nə demək olar? Verdiyin qərarlar Allahın müdrikliyini yüksək qiymətləndirdiyini və ona can atdığını göstərirmi? Daha çox müdrikliyə yiyələnmək üçün sənin pula və təhsilə dair baxışlarında dəyişiklik etmək lazım deyil ki? Əslinə qalsa, müdrikliyə sahib olub onu tətbiq etsək, bu, əbədiyyət boyu bizə fayda gətirəcək. Süleyman yazmışdı: «Onda salehlik və ədaləti dərk edərsən, insafı, bütün yaxşı yolları tanıyarsan» (Sül. məs. 2:9).
Hikmət xəzinəsindən incilər
w98-E 1/2 s. 11, abz. 15
Yehova əhdinə sadiq Allahdır
15 İbrahimin övladları Qanun əhdi altında bir xalq kimi təşkil olunandan sonra Yehova İbrahimə verdiyi sözə uyğun olaraq onları mübarək qıldı. Eramızdan əvvəl 1473-cü ildə israillilər Musanın xələfi Yuşənin başçılığı altında Kənana daxil oldular. Sonradan ölkənin qəbilələr arasında bölünməsi ilə Yehova vədini yerinə yetirdi, ölkəni İbrahimin övladlarına verdi. İsraillilər sadiq olanda Yehova vəd etdiyi kimi, onlara düşmənləri üzərində qələbə qazandırdı. Bu xüsusən də Davud padşahın hakimiyyəti zamanı belə idi. Davudun oğlu Süleymanın dövründə Yehovanın İbrahimlə bağladığı əhdin üçüncü bir cəhəti yerinə yetdi: yəhudalılarla israillilər dəniz qumu qədər çox idilər. Onlar yeyib-içir, firavan yaşayırdılar (1 Padşahlar 4:20).
15—21 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 5, 6
«İşə can qoyurdular»
Bilirsinizmi?
Sidr ağacı möhkəmliyinə, gözəlliyinə, şirin qoxusuna, eləcə də həşəratlara qarşı davamlı olduğuna görə yüksək qiymətləndirilirdi. Buna görə də demək olar ki, Süleyman məbədin tikintisində ən keyfiyyətli materiallardan istifadə etmişdi. Bizim günlərdə bir vaxtlar Livan dağlarını bürüyən meşələrdən seyrək ağaclıqlar qalıb.
it-1-E s. 424
Sidr
Sidr tirlərindən bu qədər geniş istifadə edildiyi üçün minlərlə işçi tələb olunurdu. Onlar ağacları kəsir, onları Sura, yaxud da Sidona, Aralıq dənizi sahilinə gətirir, onlardan sallar düzəldir, sahilyanı ərazi ilə Yaffaya gətirirdilər. Sonra isə quru yolla Yerusəlimə çatdırırdılar. Bu barədə Süleymanla Hiram arasında saziş olmuşdu (1Pd 5:6—18; 2Sm 2:3—10). Məbədin tikintisindən sonra da ölkəyə çoxlu sayda tir gətirməyə davam etdilər. Buna görə də Müqəddəs Kitabda deyilir ki, Süleyman hakimiyyəti dövründə sidr ağaclarını əncir ağacları qədər çoxaltdı (1Pd 10:27; əlaqələndir: Əş 9:9, 10).
it-2-E s. 1077, abz. 1
Məbəd
İşi təşkil edərkən Süleyman İsraildən 30 000 kişi topladı. Onları on min olmaqla üç növbəyə böldü. Hər növbə bir ay Livana gedirdi, iki ay evində qalırdı (1Pd 5:13, 14). Ölkədəki yadellilərdən 70 000 nəfər fəhlə, 80 000 nəfər daş kəsən topladı (1Pd 5:15; 9:20, 21; 2Sm 2:2). 550 nəfəri işə başçılıq edən nəzarətçi, 3300 nəfəri isə, ehtimal ki, onlara köməkçi təyin etdi (1Pd 5:16; 9:22, 23). Belə məlum olur ki, bunlardan 250 nəfəri israilli, 3600 nəfəri isə İsraildə yaşayan yadelli idi (2Sm 2:17, 18).
Hikmət xəzinəsindən incilər
g-E 5/12 s. 17, çər.
Müqəddəs Kitab peyğəmbərliklər kitabıdır (I hissə)
DƏQİQ VAXT
Müqəddəs Kitabda vaxtın dəqiq yazılmasına dair bariz nümunə 1 Padşahlar 6:1 ayəsində yer alıb. Həmin ayədə Süleyman padşahın Yerusəlimdəki məbədi tikməyə başladığı vaxt qeyd olunub. Orada yazılıb: «İsraillilərin Misirdən çıxmalarının dörd yüz səksəninci ilində [479 tam il], Süleymanın İsrail üzərində hakimiyyətinin dördüncü ilində, ikinci ay olan ziv ayında Süleyman Yehovanın məbədini tikməyə başladı».
Müqəddəs Kitaba əsaslanan hesablamalar göstərir ki, Süleymanın hakimiyyətinin dördüncü ili eramızdan əvvəl 1034-cü ilə təsadüf edir. Həmin ilin üstünə 479 tam il gələndə eramızdan əvvəl 1513-cü ilə gəlib çıxırıq. Məhz həmin ildə israillilər Misirdən çıxmışdılar.
22—28 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 7
«İki sütunun bizim üçün daşıdığı məna»
w13-E 1/12 s. 13, abz. 3
Dağlarında mis yatan diyar
Süleyman padşah Yerusəlim məbədinin avadanlıqlarını düzəltmək üçün külli miqdarda mis işlətmişdi. Onun çox hissəsini atası Davud Aram üzərində qələbə çalanda əldə etmişdi (1 Salnamələr 18:6—8). Misdən düzəldilən tökmə çən çox nəhəng idi. Onun suyu ilə kahinlər yuyunurdular. Bu çən 66 000 litr su tuturdu, çəkisi isə 30 tona çatırdı (1 Padşahlar 7:23—26, 44—46). Bundan başqa, məbədin girişi üçün misdən iki hündür sütun düzəltmişdilər. Onların hündürlüyü 8 metr idi. Başında təxminən 2,2 metr hündürlüyündə başlıq var idi. Sütunların içi boş idi. Divarlarının qalınlığı 7,5 sm, özünün diametri 1,7 metr idi (1 Padşahlar 7:15, 16; 2 Salnamələr 4:17). Elə təkcə bu əşyaları götürsək, onlara nə qədər mis işləndiyini təsəvvür etmək çox çətindir.
it-1-E s. 348
Buəz II
Süleymanın tikdiyi əzəmətli məbədin eyvanına iki hündür sütun qoyulmuşdu. Şimal tərəfdə yerləşən sütunun adı Buəz idi. Mənası ehtimal ki, «qüdrətlə» demək idi. Cənub tərəfdə yerləşən sütunun adı isə Yakin idi. Bu adın mənası «Qoy O [Yehova] möhkəmləndirsin» demək idi. Üzü şərqə dayanıb sağdan sola ikisinin adını bir yerdə oxuyanda belə bir fikir əmələ gəlirdi: «Qoy O [Yehova] qüdrətlə [məbədi] möhkəmləndirsin» (1Pd 7:15—21).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 263
Çimmək
Yehovaya müqəddəslik, paklıq içində ibadət edənlərdən fiziki cəhətdən təmiz olmaq da tələb olunur. Müqəddəs çadırda, sonralar isə məbəddə icra olunan xidmətdə bu aydın görünürdü. Baş kahin Harun və oğulları kahinliyə təyin olunanda kahin paltarını geyinməzdən əvvəl su ilə yuyunmuşdular (Çx 29:4—9; 40:12—15; Lv 8:6, 7). Kahinlər əl-ayaqlarını Müqəddəs çadırın həyətindəki mis çənin, sonralar isə Süleymanın məbədindəki nəhəng tökmə çənin suyu ilə yuyurdular (Çx 30:18—21; 40:30—32; 2Sm 4:2—6). Kəffarə günündə baş kahin iki dəfə çimirdi (Lv 16:4, 23, 24). Azazel təkəsini səhraya buraxan, qurban gətirilən heyvanların qalıqlarını, kürən düyəni düşərgədən kənara aparan kəs düşərgəyə gəlməzdən əvvəl çimməli və paltarlarını yumalı idi (Lv 16:26—28; Sy 19:2—10).
29 AVQUST — 4 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 PADŞAHLAR 8
«Süleymanın sidqi-ürəkdən etdiyi dua»
Müqəddəs Kitabı araşdırmaqla dualarını yaxşılaşdır
9 Dualarımızın eşidilməsi üçün onlar ürəkdən gəlməlidir. B. e. ə. 1026-cı ildə Süleyman Yehovanın məbədinin açılışı münasibətilə Yerusəlimə toplaşan camaat qarşısında «Birinci Padşahlar» kitabının 8-ci fəslində qələmə alınan səmimi duanı söylədi. Əhd sandığı Ən Müqəddəs yerə qoyulduqdan və Yehovanın izzəti məbədi doldurduqdan sonra Süleyman Allahı mədh etdi.
10 Süleymanın duasını araşdır və orada ürək haqqında deyilənlərə diqqət yetir. Süleyman dərk edirdi ki, insanın ürəyini yalnız Yehova bilir (1 Pad. 8:38, 39). Bu dua göstərir ki, günah işlədən adam ‘bütün ürəkdən Allaha tərəf dönərsə’, onun ümidi olar. Əgər düşmən Allahın xalqını əsir edibsə, onda ürəkləri bütünlüklə Yehovaya bağlı olanların yalvarışları cavabsız qalmayacaq (1 Pad. 8:48, 58, 61). Deməli, dualarımız sidq-ürəkdən gəlməlidir.
w99-E 15/1 s. 17, abz. 7, 8
Yehovaya təvazökarlıqla dua edin
7 İstər təklikdə dua edək, istərsə də insanlar qarşısında bir şeyi yadda saxlamalıyıq ki, duanı təvazökarcasına etmək lazımdır (2 Salnamələr 7:13, 14). Süleyman padşah Yerusəlimdə Yehova üçün tikdiyi məbədin açılışı zamanı xalq qarşısında təvazökarlıqla dua etdi. Onun tikdirdiyi məbəd dünyada ən əzəmətli binalardan biri idi. Bununla belə Süleyman təvazökarcasına dua edib dedi: «Bəs Allah yerdə yaşayarmı? Sən göylərə, göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim evə!» (1 Padşahlar 8:27).
8 İnsanlar qarşısında dua edəndə, başqalarını duada təmsil edəndə biz də Süleyman kimi təvazökar olmalıyıq. Düzdür, biz saxta möminlik nümayiş etdirməməliyik, ancaq səsimizin tonundan da təvazökarlıq hiss oluna bilər. Təvazökarlıqla edilən dualar pafoslu, dramatik olmamalıdır. Dua diqqəti insana yox, duanın ünvanlandığı Kəsə cəlb etməlidir (Mətta 6:5). Təvazökarlıq dua edərkən dediyimiz sözlərdən də hiss olunacaq. Əgər təvazökarcasına dua ediriksə, elə danışmayacağıq ki, sanki Allahdan nəyisə tələb edirik. Əksinə, Yehovaya yalvaracağıq ki, Öz iradəsinə uyğun davransın. Bu sahədə məzmurçudan nümunə götürə bilərik. O belə dua etmişdi: «Aman, Yehova, bizi xilas et! Yehova, bizə qələbə ver!» (Zəbur 118:25; Luka 18:9—14).
Hikmət xəzinəsindən incilər
Yehovanın evi üçün qeyrət göstər!
4 Qədim İsraildə Allahın evi Yerusəlimdəki məbəd idi. Əlbəttə, bu o demək deyil ki, Yehova hərfi mənada orada yaşayırdı. O bəyan etmişdi: «Göylər Mənim taxtımdır, yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, dincəldiyim yer harada olacaq?» (Yeşaya 66:1). Bununla belə, Süleymanın hökmranlığı zamanı tikilən məbəd həqiqi ibadətin mərkəzi idi və burada Yehovaya dualar edilirdi (1 Pad. 8:27-30).