Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/4 s. 15
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • «Qanununu nə qədər sevirəm!»
    Gözətçi qülləsi 2006
  • “Minnətdar olun”
    Gözətçi qülləsi 2004
Gözətçi qülləsi 2011
w11 1/4 s. 15

Bilirsinizmi?

Məhsulun qalığı haqqında qanunun məğzi nə idi və bu, kimlərə fayda gətirirdi?

▪ Musa peyğəmbərin vasitəsilə verilən Qanunda əkinçiyə məhsulun hamısını yığmaq qadağan olunurdu. Məsələn, biçinçilər taxıl zəmisini kənarlarına qədər biçməli deyildilər. Üzüm yığanlar yerə düşən üzüm dənələrini götürməməli və ya sonradan yetişmiş salxımları toplamaq üçün geri qayıtmamalı idilər. Zeytun ağacını silkələyənlər isə yerə düşməyən zeytunları yığmalı deyildilər (Levililər 19:9, 10; Qanunun təkrarı 24:19—21). Məhsulun qalanını kasıblar, yetimlər, dullar və qəriblər yığa bilərdi.

Məhsulun qalığı haqqında qanun bütün israillilərə fayda gətirirdi. Necə? Bu qanun əkinçiləri səxavətli və xeyirxah olmağa, eləcə də Allaha güvənməyə təşviq edirdi. Məhsulun qalığını toplayanları isə zəhmətkeş olmağa təşviq edirdi, çünki bu, bir o qədər də asan deyildi (Rut 2:2—17). Bu qanun sayəsində onlar əmin idilər ki, ac qalmayacaqlar və cəmiyyət üçün yük olmayacaqlar və ən əsası, özlərini alçaldıb dilənçilik etməyəcəklər.

Nəyə görə Süleyman Yerusəlimdə məbədin tikintisi üçün sidr ağacını uzaq Livandan gətizdirirdi?

▪ Müqəddəs Kitabın 1 Padşahlar 5:1—10 ayələrinə əsasən, Süleyman Sur padşahı Xiramla danışıb bir razılığa gəlmişdi. Həmin razılaşmaya görə, məbədin tikintisi üçün nəzərdən tutulmuş sidr və şam ağacları dəniz yolu ilə Livandan İsrailə çatdırılmalı idi.

O vaxtlar Yaxın Şərqdə sidr ağacının ticarəti geniş yayılmışdı. Misirdə və Mesopotamiyada sidr ağacından tirlərin hazırlanmasında, eləcə də məbəd və sarayların divar örtüyündə istifadə olunurdu. Saray arxivləri, bədii əsərlər və müxtəlif yazılar göstərir ki, sidr ağacı uzun müddət Mesopotamiyanın cənubunda yerləşən şəhər-dövlətlərə qənimət və ya xərac kimi göndərilirdi. Misirdə sidr ağacı padşah gəmilərinin, sarkofaqların və dəfn mərasimi üçün müxtəlif şeylərin hazırlanmasında istifadə olunurdu.

Sidr ağacı möhkəmliyinə, gözəlliyinə, şirin qoxusuna, eləcə də həşəratlara qarşı davamlı olduğuna görə yüksək qiymətləndirilirdi. Buna görə də demək olar ki, Süleyman məbədin tikintisində ən keyfiyyətli materiallardan istifadə etmişdi. Bizim günlərdə bir vaxtlar Livan dağlarını bürüyən meşələrdən seyrək ağaclıqlar qalıb.

[15-ci səhifədəki şəkil]

Livandan sidr ağacının daşınması (Assuriya padşahı Sarqonun sarayındakı divardan barelyef)

[İcazə ilə]

Erich Lessing/Art Resource, NY

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş