Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/2 s. 3—7
  • Daima Yehovaya üz tutun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Daima Yehovaya üz tutun
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Yehova dualarımıza cavab verir
  • Allaha tam itaət edin
  • Həmişə Yehovaya güvənin
  • Müqəddəs ruha arxalanın
  • Həmişə Yehovaya ehtiram edin
  • Rut və Naomi
    Müqəddəs Kitab hekayələri
  • «Sən hara getsən, mən də ora gedəcəyəm»
    İman örnəkləri
  • Rut və Naimə
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Yehova... pərişan insanları azad edir»
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/2 s. 3—7

Daima Yehovaya üz tutun

«Rəbbə əbədilik üz tutmuşam». MƏZ. 16:8

1. Müqəddəs Kitab hadisələri bizə necə təsir edə bilər?

YEHOVANIN Kəlamında Onun bəşəriyyətə münasibətinə dair diqqətəlayiq hadisələr var. Orada, Allahın niyyətində rol oynayan bir çox insanlardan bəhs edilir. Sözsüz ki, onların sözləri və əməlləri bizdə maraq doğurmaq üçün Müqəddəs Kitabda yazılan sadə hekayələr deyil. Belə hadisələr əslində bizi Allaha daha da yaxınlaşdıra bilər (Yaq. 4:8).

2, 3. Məzmur 16:8 ayəsindəki sözləri necə başa düşməliyik?

2 Hamımız Müqəddəs Kitabdakı məşhur şəxslərdən — İbrahim, Sara, Musa, Rut, Davud, Ester, həvari Pavel və başqalarından çox şey öyrənə bilərik. Ancaq az tanınan adamların hadisəsindən də faydalanmaq mümkündür. Müqəddəs Kitabdakı hadisələr üzərində düşünmək, məzmurçunun «Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram» sözlərinə müvafiq davranmağımıza kömək edə bilər (Məz. 16:8). Bu sözlərin mənası nədir?

3 Əsgər qılıncını adətən sağ əlində tuturdu və sol əlindəki qalxanı ilə sağ tərəfini qoruya bilmirdi. Lakin sağ tərəfində dostu olardısa, onu qoruyurdu. Yehovanı daima yadımızda saxlasaq və Onun iradəsini yerinə yetirsək, O bizi qoruyacaq. Buna görə də gəlin görək, Müqəddəs Kitab hadisələrini nəzərdən keçirməyimiz Yehovaya ‘əbədilik üz tutmağımız’ üçün imanımızı necə möhkəmləndirə bilər.

Yehova dualarımıza cavab verir

4. Müqəddəs Yazılardan Yehovanın dualara cavab verdiyini göstərən nümunə çəkin.

4 Daima Yehovaya üz tutarıqsa, O, dualarımıza cavab verəcək (Məz. 65:2; 66:19). Bunun doğruluğunu, İbrahimin evində bütün işləri idarə edən qulbaşının, ehtimal ki, Eliezerin hadisəsi sübut edir. İbrahim onu Mesopotamiyaya, oğlu İshaqa Allahdan qorxan arvad almağa göndərdi. Eliezer Allahın rəhbərliyi üçün dua etdi və Rivqa onun dəvələrinə su verəndə, o bu hadisənin duasına cavab olduğunu anladı. Eliezer səmimi-qəlbdən dua etdiyinə görə İshaqın ürəyinə yatan bir qız tapdı (Yar. 24:12-14, 67). Düzdür, İbrahimin nökərinə verilən tapşırıq xüsusi idi. Məgər biz də onun kimi, Yehovanın dualarımızı eşitdiyinə əmin olmalı deyilikmi?

5. Nəyə görə deyə bilərik ki, Yehovaya ürəkdə qısa dua etməyin də köməyi ola bilər?

5 Bəzi hallarda Allahdan kömək almaq üçün qısaca dua etməli ola bilərik. Bir dəfə fars padşahı Artaxşasta öz saqisi Nehemyanın kədərli olduğuna fikir verdi. Padşah soruşdu: «Sən məndən nə diləyirsən?» Nehemya dərhal ‘göylərin Allahına dua etdi’. Bu vəziyyətdə Nehemyanın ürəyində etdiyi dua uzun ola bilməzdi. Amma Allah Öz xidmətçisinin duasına cavab verdi, çünki Yerusəlimin divarlarını bərpa etmək üçün padşah Nehemyaya kömək etdi. (Nehemya 2:1-8 ayələrini oxu.) Bəli, hətta ürəkdə söylənilən qısa duanın da köməyi ola bilər.

6, 7. a) Dua etməklə bağlı Epafra bizə hansı nümunəni qoyub? b) Nəyə görə başqaları üçün dua etməliyik?

6 Həmimanlılarımız üçün etdiyimiz duaların cavabını həmişə dərhal görməsək də, ‘bir-birimiz üçün dua etməyə’ təşviq olunuruq (Yaq. 5:16). ‘Məsihin sadiq xidmətçisi’ Epafra həmimanlıları üçün təkidlə dua edirdi. Pavel Romadan yazdığı məktubunda deyirdi: «İsa Məsihin qulu və sizdən [koloslulardan] olan Epafra sizə salam göndərir. O, hər zaman dualarında sizin üçün mübarizə aparır ki, Allahın istədiyi hər şeydə kamil olub, etimadla dolaraq, möhkəm durasınız. Onun haqqında şəhadət edirəm ki, sizin üçün Laodikiyada və İyerapolisdə olanlar üçün böyük səy göstərir» (Kolos. 1:7; 4:12, 13).

7 Kolos, Laodikiya və İyerapolis Kiçik Asiyanın eyni ərazisində yerləşən şəhərlər idi. İyerapolisdəki məsihçilər Kibela ilahəsinə sitayiş edənlər arasında yaşayırdılar, Laodikiyada yaşayan məsihçiləri var-dövlətə aludə olan insanlar əhatə edirdi, Kolos məsihçiləri isə insan fəlsəfəsinin təsiri altına düşmək təhlükəsində idilər (Kolos. 2:8). Kolosdan olan Epafranın həmimanlıları üçün ‘dualarında mübarizə aparması’ təəccüblü deyildi. Müqəddəs Kitabda Epafranın dualarına necə cavab verildiyi deyilmir, amma o, həmimanlıları üçün durmadan dua edirdi. Biz də belə davranmalıyıq. Düzdür, biz ‘başqalarının işinə müdaxilə etmirik’, ancaq güman ki, qohumlarımızın və ya dostlarımızın şiddətli iman sınağına məruz qaldığını bilirik (1 Pet. 4:15). Onlar üçün dua etməyimiz necə də yaxşı olardı! Başqalarının duaları Pavelə kömək etdiyi kimi, bizim dualarımız da yaxşı nəticələr verə bilər (2 Kor. 1:10, 11).

8. a) Haradan bilirik ki, efesli ağsaqqallar dua etməyin vacibliyini anlayırdılar? b) Allaha dua etməyə necə yanaşmalıyıq?

8 Bəs biz dua etmək şərəfini qiymətləndirən və müntəzəm dua edən insan kimi tanınırıqmı? Pavel Efes ağsaqqalları ilə görüşdükdən sonra «diz çöküb, hamısı ilə bərabər dua etdi». Sonra «hamı çox ağladı və Pavelin boynuna sarılıb, onu öpürdülər. Onları ən çox kədərləndirən, onun üzünü artıq görməyəcəklərinə dair dediyi sözlər idi» (Həv. iş. 20:36-38). Həmin ağsaqqalların adlarını bilməsək də, bu hadisə göstərir ki, onlar dua etməyin vacibliyini anlayırdılar. Əlbəttə, biz də Allaha dua etmək şərəfini qiymətləndirməli və ‘pak əllərimizi qaldıranda’ səmavi Atamızın bizə cavab verəcəyinə əmin olmalıyıq (1 Tim. 2:8).

Allaha tam itaət edin

9, 10. a) Selofxadın qızları hansı nümunəni qoymuşlar? b) Selofxadın qızlarının itaətkarlığı subay məsihçinin nikaha dair nöqteyi-nəzərinə necə təsir edə bilər?

9 Yehovanı daima yadda saxlamaq Ona itaətkar olmağımıza kömək edəcək və nəticədə bol-bol xeyir-dualar biçəcəyik (Qanun. t. 28:13; 1 Şam. 15:22). Bu isə itaətkarlıq tələb edir. Gəlin beş bacının — Musanın günlərində yaşayan Selofxadın qızlarının hadisəsinə nəzər salaq. İsraildə ənənəvi olaraq miras atadan oğula keçirdi. Selofxad isə oğulları olmadan öldü və Yehova qərar verdi ki, onun bütün mülkü qızlarına verilsin. Amma bir şərt vardı: mülk həmin tayfada qalsın deyə, onlar Menaşşe nəslindən olan oğlanlara ərə getməli idilər (Say. 27:1-8; 36:6-8).

10 Selofxadın qızları əmin idilər ki, Allaha itaət etsələr, məsələ həll olunacaq. Müqəddəs Kitabda deyilir: «Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər. Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı» (Say. 36:10-12). Bu itaətkar bacılar Yehovanın əmrinə tabe oldular (Yeşua 17:3, 4). Eyni əminliyi təzahür etdirərək, ruhən yetkin subay məsihçilər də Allaha itaətkar olduqlarını ‘Rəbbə bağlı olan’ insanla ailə qurmaqla göstərirlər (1 Kor. 7:39).

11, 12. Allaha etibar etdiyini Kalev necə göstərdi?

11 İsrailli Kalev kimi, biz də Yehovaya tam itaət etməliyik (Qanun. t. 1:36). B. e. ə. 16-cı əsrdə, israillilər Misirdən azad edildikdən sonra, Musa Kənan torpağına 12 kəşfiyyatçı göndərdi. Onlardan yalnız ikisi — Kalev və Yeşua xalqı Allaha tam etibar etməyə və həmin diyara daxil olmağa təşviq etdi (Say. 14:6-9). Təxminən 40 il sonra, Kalev və Yeşua sağ idilər və Yehovanın dediklərinə tam əməl edirdilər, Allah da Yeşuanın vasitəsilə israilliləri Vəd edilmiş diyara apardı. On sədaqətsiz kəşfiyyatçı isə israillilərin 40 il səhrada dolaşdıqları vaxt ərzində öldülər (Say. 14:31-34).

12 Səhrada sağ qalanlardan ən böyüyü olan Kalev Yeşuanın önündə durub dedi: «Mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim». (Yeşua 14:6-9 ayələrini oxu.) Səksən beş yaşlı Kalev, Allahın ona vəd etdiyi dağlıq yerin verilməsini xahiş etdi. Həmin yer, düşmənlərin sakin olduğu böyük və qala divarlı şəhərlər idi (Yeşua 14:10-15).

13. Sınaqlarımıza baxmayaraq, nə etsək xeyir-dua alarıq?

13 Sadiq və itaətkar Kalev kimi, biz də ‘səmimi qəlblə [Yehovanın] ardınca getsək’, O bizə xeyir-dua verəcək. Qarşılaşdığımız maneələr böyük olsa da, ‘səmimi qəlblə [Yehovanın] ardınca getmək’ bizə kömək olacaq. Amma həyatımız boyu bunu etmək, Kalevə olduğu kimi, bizə də çətin ola bilər. Süleyman padşah hakimiyyətinin ilk illərində Yehovaya itaətkar olsa da, qoca yaşında arvadları onun ürəyini yalançı allahlara ibadətə yönəltdilər və o, «atası Davuddan fərqli olaraq, Rəbbə tamamilə xidmət etmədi» (1 Pad. 11:4-6). Qarşılaşdığımız sınaqlardan asılı olmayaraq, həmişə Allaha tam itaət etməli və daima Ona üz tutmalıyıq.

Həmişə Yehovaya güvənin

14, 15. Yehovaya güvənməyə dair Naominin nümunəsindən nə öyrənirik?

14 Biz, xüsusilə gələcəyimiz ümidsiz kimi göründüyündən məyus olduqda Allaha güvənməliyik. Ərini və iki oğlunu itirmiş ağbirçək Naominin nümunəsinə baxaq. O, Moavdan Yəhudaya qayıdanda kədərlə deyirdi: «Mənə Naomi [«xoş»] deməyin, mənə Mara [«acı»] deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi. Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?» (Rut 1:20, 21).

15 Naominin qəm-qüssə içində olmasına baxmayaraq, «Rut» kitabını diqqətlə oxuyanda onun Yehovaya güvəndiyini görürük. Onun vəziyyəti kökündən dəyişdi. Naominin dul gəlini Rut Boazın arvadı oldu və bir oğlan uşağı dünyaya gətirdi. Naomi uşağa dayəlik etdi. Müqəddəs Kitabda deyilir: «Qonşu qadınlar ona ad qoyub dedilər: “Naomi üçün oğul doğulub”. Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır» (Rut 4:14-17). Həm Naomi, həm də Rut diriləcəklər və onda Naomi biləcək ki, Rut Məsih olan İsanın ulu nənəsi olub (Mat. 1:5, 6, 16). Naominin hadisəsində olduğu kimi, xoşagəlməz vəziyyətimizin necə dəyişəcəyi bizə də məlum olmaya bilər. Buna görə də, Süleymanın məsəlləri 3:5, 6 ayələrində yazıldığı kimi, gəlin həmişə Yehovaya güvənək. Bu ayələr bizi təşviq edir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər».

Müqəddəs ruha arxalanın

16. Qədim İsraildə Allahın müqəddəs ruhu bəzi ağsaqqallara necə kömək edirdi?

16 Daima Yehovaya üz tutsaq, O, müqəddəs ruhu vasitəsilə bizə yol göstərəcək (Qalat. 5:16-18). İsrail ‘xalqının yükünü’ daşımaqda Musaya kömək etmək üçün seçilən 70 ağsaqqalın üzərində Allahın ruhu vardı. Yalnız Eldad və Medadın adı çəkilsə də, müqəddəs ruh onların hamısını aldıqları tapşırığı yerinə yetirməyə qabil etmişdi (Say. 11:13-29). Şübhə yoxdur ki, əvvəllər seçilən ağsaqqallar kimi, onlar da bacarıqlı, Allahdan qorxan, etibarlı və dürüst idilər (Çıx. 18:21). Belə xüsusiyyətləri müasir məsihçi ağsaqqallar da təzahür etdirirlər.

17. İbadət çadırının tikintisində Yehovanın müqəddəs ruhunun hansı rolu olmuşdur?

17 Yehovanın müqəddəs ruhu səhrada ibadət çadırının tikintisində vacib rol oynamışdı. Yehova Besalelə ‘Öz ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharət’ verəcəyini vəd edərək, onu ibadət çadırının qurulmasında baş usta təyin etmişdi (Çıx. 31:3-5). ‘Ürəklərinə hikmət qoyulan’ adamlar Besalel və köməkçisi Oholiavla bərabər bu gözəl tapşırığı yerinə yetirirdilər. Üstəlik, könlü istəyən adamları Yehovanın ruhu bol ianələr gətirməyə təşviq edirdi (Çıx. 31:6; 35:5, 30-34). Həmin ruh Allahın müasir xidmətçilərini də Padşahlığın maraqlarını dəstəkləmək üçün əllərindən gələni etməyə təşviq edir (Mat. 6:33). Bizim müəyyən bacarığımız ola bilər, amma Yehovanın Öz xalqına verdiyi tapşırığı icra etməyimiz üçün Allahdan müqəddəs ruh istəməli və onun bizi istiqamətləndirməsinə yol verməliyik (Luka 11:13).

Həmişə Yehovaya ehtiram edin

18, 19. a) Allahın müqəddəs ruhu bizdə hansı əhval-ruhiyyəni hasil edir? b) Biz Şimeon və Annanın nümunəsindən nə öyrəndik?

18 Daima Yehovaya üz tutmaq üçün müqəddəs ruh bizdə ehtiram hasil edir. Allahın qədim xalqına deyilmişdi: «Ey İsrail nəsli, Ona ehtiram edin!» (Məz. 22:23). Birinci əsrdə Yerusəlimdə Allaha ehtiram edən yaşlı adamlardan ikisi Şimeon və Anna idi. (Luka 2:25-38 ayələrini oxu.) Şimeon Məsihlə bağlı peyğəmbərliklərə inanırdı və «İsrailin təsəlli tapacağını gözləyirdi». Allah müqəddəs ruhundan Şimeona vermiş və onu Məsihi görənə kimi yaşayacağına əmin etmişdi. Bu belə də oldu. Günlərin bir günü, eramızdan əvvəl 2-ci ildə anası Məryəm və ögey atası Yusif körpə İsanı məbədə gətirdilər. Şimeon müqəddəs ruhla dolaraq Məsih haqqında peyğəmbərlik söylədi və İsa işgəncə dirəyinə mismarlananda Məryəmin qəm-qüssə çəkəcəyini dedi. ‘Rəbbin Məsihini’ əlinə alanda Şimeonun duyduğu böyük sevinci təsəvvürünə gətir! Şimeon Allaha ehtiram göstərməkdə biz məsihçilərə də gözəl nümunə qoyub!

19 Allaha ehtiram bəsləyən 84 yaşlı dul Anna ‘məbəd ərazisindən heç ayrılmırdı’. O, ‘oruc tutub dua edərək’, gecə-gündüz Yehovaya müqəddəs xidməti icra edirdi. Körpə İsa məbədə gətiriləndə Anna da orada idi. O, gələcək Məsihi gördüyünə görə necə də minnətdar idi! Anna «Rəbbi mədh edib Yerusəlimdə qurtuluş gözləyənlərin hamısına bu Körpə haqqında danışdı». O bu xoş xəbəri başqaları ilə bölüşdü. Şimeon və Anna kimi, bugünkü yaşlı məsihçilər də çox şaddırlar ki, Yehovaya Onun Şahidi kimi xidmət etmək heç vaxt gec deyil.

20. Yaşımızdan asılı olmayaraq, nə etməliyik və nə üçün?

20 Biz, yaşımızdan asılı olmayaraq, daima Yehovaya üz tutmalıyıq. Belə edəriksə, Onun Padşahlığı və xariqələri haqqında başqalarına danışmaq üçün göstərdiyimiz səyimizə Allah xeyir-dua verəcək (Məz. 71:17, 18; 145:10-13). Yehovaya izzət gətirmək istəyiriksə, Ona xoş gələn xüsusiyyətlər təzahür etdirməliyik. Bəs bu xüsusiyyətlər haqqında Müqəddəs Kitabın başqa nümunələrini araşdırmaqla nə öyrənə bilərik?

Necə cavab verərdiniz?

• Yehovanın duaları eşitdiyini haradan bilirik?

• Allaha nə üçün tam itaət etməliyik?

• Məyus olsaq da, nə üçün həmişə Yehovaya güvənməliyik?

• Allahın müqəddəs ruhu Onun xalqına necə kömək edir?

[4-cü səhifədəki şəkil]

Yehova Nehemyanın duasına cavab verdi

[5-ci səhifədəki şəkil]

Naominin xeyir-dua aldığını bilmək Yehovaya güvənməyimizə kömək edəcək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş