Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 58
  • Yehovaya sadiq qalın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya sadiq qalın
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Yalan dinlər Allahın adına kölgə salır
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yalan dindən kənar durun!
    Gözətçi qülləsi 2006
  • Dinlərin aqibəti
    İlahi müjdə
  • Yalan dini rədd et!
    Sən Allahın dostu ola bilərsən!
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 58
Dərs 58. Dönüklər Yehovanın Şahidlərinin toplantısına gələn adamları ələ salır. Ailə sakitcə onların yanından keçib gedir.

DƏRS 58

Yehovaya sadiq qalın

Çap versiyası
Çap versiyası
Çap versiyası

Əsl məsihilər yol vermirlər ki, kimsə, yaxud nəsə onların Yehovaya ibadət etməsinə mane olsun. Şübhəsiz, siz də buna əzmlisiniz. Yehova sizin sədaqətinizi qiymətləndirir. (1 Salnamələr 28:9 ayəsini oxuyun.) Bəs hansı vəziyyətlərdə Allaha sadiq qalmaq çətin ola bilər və bu çətinlikləri aşmağa nə kömək edə bilər?

1. Kimlər sizi Yehovanın yolundan döndərməyə çalışa bilər?

Bəzi insanlar bizi Yehovanın yolundan döndərmək istəyir. Bunlar kimlərdir? Bu insanların sırasına dönüklər daxildir. Onlar həqiqət yolundan dönüblər və Allahın təşkilatı haqqında yalanlar yayırlar. Dönüklərin məqsədi bizim imanımızı sarsıtmaqdır. Həmçinin bəzi din xadimləri bizim haqqımızda yalan məlumatlar yayırlar ki, ayıq-sayıqlığı qorumayanları bu yoldan döndərsinlər. Yehovanın təşkilatına qarşı çıxan insanlarla mübahisə etmək, onların kitablarını, yaxud bloqlarını oxumaq, internet səhifələrinə daxil olmaq, videolarına baxmaq təhlükəlidir. Yehovaya xidmət edənləri həqiqətdən döndərməyə çalışan insanlar barədə İsa Məsih demişdi: «Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər» (Mətta 15:14).

2. Qərarlarımızdan Yehovaya sadiq olub-olmadığımız necə görünür?

Yehovanı seviriksə, yalan dinlə bütün əlaqəni kəsməliyik. Nə işimizin, nə aid olduğumuz təşkilatların, nə də hansısa bir məşğuliyyətimizin yalan dinlə əlaqəsi olmamalıdır. Yehova bizə buyurur: «Ey xalqım, ondan [Böyük Babildən] çıxın» (Vəhy 18:2, 4).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün kiminsə Yehovaya sədaqətinizi sarsıtmaması üçün nə edə bilərsiniz, həmçinin Böyük Babillə əlaqəni tamamilə necə kəsə bilərsiniz.

3. Yalançı müəllimlərdən özünüzü gözləyin

Yehovanın təşkilatı barədə xoşagəlməz sözlər eşidəndə nə etməliyik? Məsəllər 14:15 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə eşitdiyimiz hər sözə inanmamalıyıq?

2 Yəhya 9—11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Dönüklərə qarşı hansı mövqeni tutmalıyıq?

  • Dönüklərlə bilavasitə ünsiyyət etməsək də, necə ola bilər ki, onların ideyalarının təsiri altına düşək?

  • Yehova barədə, yaxud Onun təşkilatı barədə xoşagəlməz sözlərə qulaq assaq, bu, Yehovaya necə təsir edər?

4. Dindaşınız günah edəndə Allaha sadiq qalın

Yığıncaqdakı dindaşımızın günah etdiyindən xəbərimiz varsa, üzərimizə hansı məsuliyyət düşür? Gəlin Tövratdakı bir prinsipə nəzər salaq. Lavililər 5:1 ayəsini oxuyun.

Bu ayədən gördüyümüz kimi, əgər kiminsə ciddi günah etdiyini biliriksə, bunu ağsaqqallara deməliyik. Ancaq əvvəlcə yaxşı olar ki, həmin adamın özünü ağsaqqallara yaxınlaşıb, günahını etiraf etməyə təşviq edək. Əgər o bunu etməzsə, onda Yehovaya sədaqətdən irəli gələrək, özümüz ağsaqqala hər şeyi danışmalıyıq. Bundan...

  • Yehova Allahı sevdiyimiz necə görünür?

  • günah edən kəsi sevdiyimiz necə görünür?

  • yığıncaqdakı digər dindaşlarımızı sevdiyimiz necə görünür?

Şəkillər: Qardaş pis iş tutmuş digər qardaşa kömək edir. 1) Telefonunda gördüyü şeylər qardaşı narahat edir. 2) Qardaş telefonu həmin qardaşa göstərir, amma o, bunu vecinə almır. 3) Qardaş telefonu iki ağsaqqala göstərir və onlarla danışır.

Dindaşınız dardadırsa, ona kömək əli uzadın

5. Böyük Babildən uzaq durun

VİDEOYA baxın.

VİDEO: «Böyük Babildən çıxın!» (5:06)

«Böyük Babildən çıxın!» adlı videodan səhnə. Müqəddəs Kitabı öyrənən kilsədəki işindən azad olur və keşişin otağından çıxır.

Luka 4:8 və Vəhy 18:4, 5 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Mən hələ də yalan dinlə bağlı ayinlərdə iştirak edirəm?

  • Başqa dinlə əlaqəsi olan təşkilata məxsusam?

  • İşim yalan dini necəsə dəstəkləyir?

  • Həyatımın hansısa sahəsi yalan dinlə əlaqəlidir?

  • Əgər bu suallardan hansınasa müsbət cavab verdimsə, o zaman nələri dəyişməliyəm?

Hər məsələdə elə qərar verin ki, vicdanınız təmiz olsun və Yehovaya sadiq olduğunuz görünsün.

Bacı kiçik oğlu ilə marketdən çıxır. Onlar dini xeyriyyə işlərinə ianə istəyən qadının yanından keçib gedir.

Sizdən dini xeyriyyə işlərinə ianə etməyinizi xahiş etsələr, nə edərsiniz?

BƏZİ İNSANLAR DEYİR: «Gərək dönüklərin Yehovanın Şahidləri barədə nə dediyindən xəbərim olsun ki, həqiqəti müdafiə edə bilim».

  • Sizcə, bu, ağıllı fikirdir? Nəyə görə belə düşünürsünüz?

İCMAL

Yehovaya sadiq qalmaq istəyiriksə, bizi həqiqət yolundan döndərməyə çalışanlarla oturub-durmamalıyıq.

Təkrar

  • Nəyə görə dönüklərin fikirlərini dinləməməliyik?

  • Dindaşımızın ciddi günaha yol verdiyini biləndə nə etməliyik?

  • Yalan dindən uzaq durmaq əmrinə necə riayət edə bilərik?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Yehovanın Şahidləri haqda yalan məlumat yayılanda nə etməliyik?

«Bütün faktları bilirsiniz?» («Gözətçi qülləsi», avqust 2018)

Böyük Babili dəstəkləyən təşkilatları və ya fəaliyyət növlərini necə müəyyən etmək olar?

«Axırzamanın axırında Rəbbin işində çox çalışın» («Gözətçi qülləsi», oktyabr 2019, abzas 16—18)

Bəzi insanlar imanımızı zəiflətmək üçün nə edirlər?

«Özünüzü yalanlardan qoruyun» (9:32)

«Uşaqlıqdan Allahı axtarırdım» adlı məqaləni oxuyun və görün bir keşiş yalan dinlə əlaqəsini necə kəsdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 iyul 2011)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş