Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • fg d. 13 suallar 1—4
  • Dinlərin aqibəti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dinlərin aqibəti
  • İlahi müjdə
  • Oxşar material
  • Yalan dinlər Allahın adına kölgə salır
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yalan dindən kənar durun!
    Gözətçi qülləsi 2006
  • Yalan dinin sonu yaxındır!
    Yalan dinin sonu yaxındır!
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
İlahi müjdə
fg d. 13 suallar 1—4

DƏRS 13

Dinlərin aqibəti

1. Bütün dinlər Allaha məqbuldurmu?

Kişi Müqəddəs Kitabı oxuyur

Bütün dinlərin nümayəndələri arasında yaxşı adamlar var. Allah belə səmimi insanları görür və onları nəzərində saxlayır. Amma etiraf etməliyik ki, din pərdəsi altında çoxlu pis işlər görülür (2 Korinflilərə 4:3, 4; 11:13—15). Bu gün xəbərlərdə bəzi dinlərin uşaqbazlıqda, soyqırımlarda, müharibə və terrorçuluqda əli olduğunu eşitmək olar. Bütün bunlar sidqi-ürəkdən Allaha inanan insanlarda ikrah oyadır. Mətta 24:3—5, 11, 12 ayələrini oxuyun.

Allaha məqbul din Allahı ucaldır, yalan din isə Onun adına ləkə gətirir. Yalan dinlər Müqəddəs Kitabda olmayan təlimləri öyrədir, Allah barədə, ölülər barədə və digər mövzularda əfsanələr uydurur. Yehova Allah isə istəyir ki, insanlar Onu olduğu kimi tanısınlar. Vaiz 9:5, 10; 1 Timutiyə 2:3—5 ayələrini oxuyun.

2. Dinlərin aqibəti necə olacaq?

Allahı aldatmaq mümkün deyil. Allah dildə Ona qulluq etdiyini deyib, əslində, Şeytan dünyasından ikiəlli yapışan dinləri yaxşı tanıyır (Yaqub 4:4). Allahın Kəlamında ümumilikdə yalan din «Böyük Babil» adlanır. Babil qədimdə şəhər olub. Nuh əyyamındakı daşqından sonra məhz burada yalan din meydana çıxıb. Tezliklə Allah insanları azdıran və onları buxovda saxlayan dinləri məhv edəcək. Vəhy 17:1, 2, 5, 16, 17; 18:8 ayələrini oxuyun.

Amma Yehova Allah yalan dinlərin içində olan səmimi insanları unutmayıb. O, belə insanları Öz yoluna yönəltməklə bir yerə toplayır. Mikə 4:2, 5 ayələrini oxuyun.

3. Haqq yolunu axtaran insan nə etməlidir?

İbadət görüşündən sonra adamlar söhbət edir

Həqiqi din insanları birləşdirir

Yehova Allah haqq yolunu sevən, yaxşılığa can atan insanların xilas olmasını istəyir. O, onları yalan dindən çıxmağa çağırır. Allahı gerçəkdən sevən insan Allahı razı salmaq üçün həyatında dəyişiklik etməyə hazırdır. Vəhy 18:4 ayəsini oxuyun.

Eramızın birinci yüzilliyində təvazökar insanlar İsa peyğəmbərin ardıcıllarından xoş xəbəri eşidəndə onu sevinclə qəbul edirdilər. Yehova Allah bu insanlara yeni həyat yolunu — xoşbəxt, mənalı, ümiddolu həyat yolunu öyrədirdi. Onlar xoş xəbəri eşitdikdən sonra Yehova Allahı həyatda hər şeydən üstün tutmağa başladılar. Bu insanlar bizə gözəl örnəkdir. 1 Salonikililərə 1:8, 9; 2:13 ayələrini oxuyun.

Yehova Allah yalan dini tərk edən insanları Ona ibadət edənlərin cərgəsinə dəvət edir. Əgər Yehovanın bu xoş dəvətini qəbul etsəniz, Onun dostluğunu qazanacaq və Ona ibadət edənlərdən ibarət yeni, mehriban bir ailənin üzvü olacaqsınız. Gələcəkdə isə əbədi Cənnət həyatına qovuşacaqsınız. Mark 10:29, 30; 2 Korinflilərə 6:17, 18 ayələrini oxuyun.

4. Allah insanların xoşbəxtliyi üçün nə edəcək?

Allah tezliklə yalan dinlərə kəsdiyi hökmü icra edəcək. İnsanlar bu dinlərin əsarətindən yaxa qurtaracaq. Daha heç vaxt yalan din insanları aldatmayacaq və araya təfriqə salmayacaq. Bütün dünyada tək bir din olacaq, bütün xilqət vahid Yaradana səcdə edəcək. Bundan da gözəl xəbər ola bilərmi? Vəhy 18:20, 21; 21:3, 4 ayələrini oxuyun.

Ətraflı məlumat almaq üçün «Müqəddəs Kitab təlimləri» kitabının 15 və 16-cı fəsillərinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş