NƏĞMƏ 120
Məsih kimi həlim olun
Çap versiyası
1. Məsih ən dahi şəxs olub dünyada,
Qürur və hiddət yox idi qəlbində.
Olsa da padşahtək uca mövqeyi,
Qəti lovğalanmır onun ürəyi.
2. Məsih səsləyir: «Ey ağır yük əhli,
Mənim yanıma gəl və tap təsəlli».
Sən Padşahlığı hər şeydən tut üstün,
Ağa çox nəcibdir, verər öz lütfün.
3. «Qardaşsınız siz», — öyrədirdi Ağa, —
«Can atmayın heç vaxt böyük olmağa».
Həlim, mülayim insanı Rəbb sevir,
Sonsuz həyatı onlara vəd edir.
(Həmçinin baxın: Məs. 3:34; Mət. 5:5; 23:8; Rom. 12:16.)