Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  2 s. 12—13
  • Yaşamağa taqətiniz qalmayanda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşamağa taqətiniz qalmayanda
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • HARA ÜZ TUTMALI?
  • İZTİRABLARIN BİRDƏFƏLİK ÇARƏSİ VARMI?
  • Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları
    Oyanın! 2017
  • Depressiyadan necə yaxa qurtara bilərəm?
    Gənclərin sualları
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Depressiya
    Oyanın! 2013
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  2 s. 12—13
Qadın masa arxasında oturub uzaqlara baxır, qarşısında da açıq Müqəddəs Kitab var

Yaşamağa taqətiniz qalmayanda

«Bu hisslər səngimək bilmirdi, ona görə də çarəni özümü öldürməkdə gördüm», — deyə Braziliyadan olan Adriana deyir.

HEÇ elə olubmu ki, mənəvi iztirablar ucbatından canınıza qıymaq istəmisiniz? Əgər belə olubsa, Adriananı başa düşərsiniz. O, şiddətli narahatçılıq keçirirdi, kədərə və məyusluğa qərq olmuşdu. Adrianaya kliniki depressiya diaqnozu qoymuşdular.

Yaponiyalı Kaoru qoca, xəstə valideynlərinə baxırdı. O deyir: «Həmin vaxt işdə son dərəcə gərginlik yaşanırdı. Sonradan iştahım küsdü, yuxusuzluq problemi başladı. Beynimə belə fikirlər gəlirdi ki, ölsəm, bütün bunlardan canım qurtarar».

Nigeriyalı Ojebodi deyir: «Həmişə o qədər kədərli olurdum ki, ağlamaq üçün bir himə bənd idim. Axırda bezib intihar etmək üçün yollar axtarmağa başladım». Xoşbəxtlikdən, Ojebodi, Kaoru və Adriana həyatlarına qəsd etmədilər. Ancaq hər il yüz minlərlə insan intihara əl atır.

HARA ÜZ TUTMALI?

Özünə qəsd edən insanların əksəriyyəti kişilər olur. Onlar kömək istəməyə utanırlar. Bir peyğəmbər demişdi ki, xəstələr həkimə möhtacdırlar (Luka 5:31). Əgər sizin də beyninizə belə fikirlər gəlirsə, kömək istəməyə çəkinməyin. Depressiyadan əziyyət çəkənlərin çoxu müalicə alandan sonra özlərini yaxşı hiss edirlər. Ojebodi, Kaoru və Adriana müalicə olunduqdan sonra vəziyyətləri yaxşılaşdı.

Depressiyanı dərmanlarla, söhbət terapiyası ilə müalicə edirlər. Həmçinin doğmalar, dostlar şəfqətlə, səbirlə belə adamlara kömək edə bilərlər. İnsanın ən yaxşı dostu Yehova Allahdır. O, Müqəddəs Kitab vasitəsilə insana çox böyük köməklik göstərə bilər.

İZTİRABLARIN BİRDƏFƏLİK ÇARƏSİ VARMI?

Depressiyaya mübtəla olanlara uzunmüddətli müalicə lazım gəlir. Onlar öz həyat tərzlərində, vərdişlərində dəyişiklik etməyi öyrənməlidirlər. Əgər siz də depressiyadan əziyyət çəkirsinizsə, ruhdan düşməyin, Ojebodi kimi, gələcəyə nikbin baxın. O deyir: «Mən Əşiya 33:24 ayəsinin yerinə yetməsini, heç kəsin xəstəyəm deməyəcəyi vaxtı səbirsizliklə gözləyirəm». Siz də Ojebodi kimi, Allahın vədindən təsəlli tapın. Allah vəd edir ki, yer üzündə ağrı-acı olmayacaq (Vəhy 21:1, 4). Həmin vaxt əqli və emosional ağrı-acıya son qoyulacaq. Onlar artıq olmayacaq. Sizə əzab verən hisslər yadınıza düşməyəcək, daha xatırlanmayacaq (Əşiya 65:17).

Müqəddəs Kitabın köməyi

Allah sizin hisslərinizi anlayır.

«Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam. Sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (Əşiya 41:13).

Yehova sizin hisslərinizi hər kəsdən yaxşı başa düşür və sizə kömək etmək istəyir.

Allahın Kəlamını oxuyub düşünün.

«[İlyas] özünə ölüm diləyib dedi: “... Yehova, canımı al”» (1 Padşahlar 19:4).

Ojebodi deyir: «Allahın Kəlamını oxuyub düşünmək mənə çox kömək etdi. Başa düşdüm ki, İlyas peyğəmbər də mənim kimi hisslər keçirib».

Müqəddəs Kitab personajlarından örnək alın.

«Mən [yəni İsa] sənin üçün [yəni Butrus üçün] Allaha yalvardım ki, imanın tükənməsin» (Luka 22:32).

Həvari Butrus İsa Məsihi üç dəfə danandan sonra çox dərin iztirab keçirib hönkür-hönkür ağladı. Kaoru deyir: «Butrusun əhvalatından gördüm ki, Yehova və İsa Məsih Butrusun hisslərinə necə yanaşırdı. Bu məni çox ruhlandırdı».

Sizə əzab verən hisslər yadınıza düşməyəcək, daha xatırlanmayacaq (Əşiya 65:17)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş