Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g16 №  4 s. 10—11
  • Dəyişikliklərə uyğunlaş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dəyişikliklərə uyğunlaş
  • Oyanın! 2016
  • Başlıqlar
  • Oxşar material
  • PROBLEM
  • NƏYİ BİLMƏLİSƏN?
  • NƏ EDƏ BİLƏRSƏN?
  • Mən nə qədər dözümlüyəm?
    Gənclərin sualları
  • Övladınıza mətin olmağı öyrədin
    Oyanın! 2019
  • Vəziyyət dəyişir
    Oyanın! 2014
  • Dəyişikliklər olanda belə, ayıq-sayıq və fəal olun
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Əlavə
Oyanın! 2016
g16 №  4 s. 10—11
Rəfiqəsi başqa yerə köçdüyünə görə qız kədərlidir

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Dəyişikliklərə uyğunlaş

PROBLEM

  • Atanın işinə görə başqa yerə köçməlisiniz.

  • Dostun başqa əraziyə köçür.

  • Böyük bacın və ya qardaşın ailə qurub evdən ayrılır.

Sən bu cür vəziyyətlərə necə uyğunlaşa bilərsən?

Ağac külək əsən tərəfə əyilib

Küləyin istiqamətinə sarı əyilə bilən ağac fırtınaya qarşı daha dözümlü olur. Bunun kimi, sən də səndən asılı olmadan baş verən dəyişikliklərə uyğunlaşmağı öyrənə bilərsən. Necə? Bu suala cavab verməzdən qabaq dəyişikliklərlə bağlı bəzi şeyləri bilməlisən.

NƏYİ BİLMƏLİSƏN?

Dəyişikliklər qaçılmazdır. Allahın Kəlamında insanlar haqda danılmaz bir həqiqət yazılıb: «Hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11). Gec-tez hamımız gözlənilməz hadisələrlə üzləşirik. Baş verən hadisələrin hamısı pis olmur. Bəzən isə ilk baxışdan pis görünən hadisə sonradan xeyrimizə olur. Bununla belə, yaxşı və ya pis olmasından asılı olmayaraq, dəyişikliklərə uyğunlaşmaq əksər insanlar üçün çətindir.

Dəyişikliklər xüsusilə yeniyetmələrə zərbə vurur. Niyə? Ayxana adlı bir oğlan bu suala belə cavab verir: «Çünki yeniyetməlik dövründə insanın daxilində onsuz da dəyişikliklər baş verir. Ətrafında baş verən dəyişikliklər isə vəziyyəti daha da gərginləşdirir».

Digər səbəb isə budur: böyüklərin həyat təcrübəsi var və onların həyatında nə isə dəyişəndə bu təcrübələrindən yararlana bilirlər. Gənclərin isə belə bir təcrübələri yoxdur.

Vəziyyətə uyğunlaşmağı öyrən. Dözüm uğursuzluqlara qatlaşmaq, dəyişikliklərə uyğunlaşmaq qabiliyyətidir. Dözümlü insan yeni vəziyyətinə tab gətirməklə yanaşı, yaranan çətinliyin onun üçün açdığı yeni imkanları da görməyi bacarır. Dözümlü yeniyetmələr nadir hallarda vəziyyətdən çıxış yolu kimi içkiyə və ya narkotikə üz tutur.

NƏ EDƏ BİLƏRSƏN?

Vəziyyəti qəbul elə. Yəqin istəyərdin ki, həyatın tamamilə sənin əlində olsun. Ancaq bu, mümkün deyil. Sən istəsən də, istəməsən də, nə vaxtsa dostların başqa yerə köçəcək; bacı-qardaşların böyüyüb ailə həyatı quracaq; ailən hansısa səbəbdən başqa yerə köçməli olduğuna görə dost-tanışlarından uzaq düşəcəksən. Mənfi fikirlərin səni üstələməsinə yol verməkdənsə, yaxşı olardı ki, yaranmış vəziyyəti qəbul edəsən (Müqəddəs Kitab prinsipi: Vaiz 7:10).

Gözün arxada qalmasın. Fikrini keçmişə cəmləmək maşını sürərkən gözünü yan güzgüyə zilləməyə bənzəyir. Bu güzgüyə baxmaq lazımdır, lakin əsas diqqətin yolda olmalıdır. Eynilə, həyatında dəyişikliklər baş verəndə keçmişə yox, irəliyə bax (Məsəllər 4:25). Misal üçün, gələn ay və ya növbəti altı ay ərzində qarşına hansı məqsədi qoya bilərsən?

Müsbət şeyləri gör. Leyla adlı bir qız deyir: «Dözümlü olmaq məsələyə münasibətdən asılıdır. Hal-hazırda olduğun vəziyyətin müsbət tərəflərini görməyə çalış». İndiki vəziyyətinin ən azı bir üstünlüyünü vurğulaya bilərsən? (Müqəddəs Kitab prinsipi: Vaiz 6:9).

Vəfa adlı bir qız yeniyetmə yaşlarında olarkən dostları başqa yerə köçmüşdü. O bölüşür: «Özümü çox tənha hiss edirdim. Fikirləşirdim kaş hər şey olduğu kimi qalardı. Ancaq indi düşünürəm ki, mən məhz o vaxt böyüməyə başladım. Dəyişikliklər olmadan insan böyüyə bilməz. Yalnız bundan sonra ətrafımda dostlaşa biləcəyim başqa insanların da olduğunu gördüm» (Müqəddəs Kitab prinsipi: Məsəllər 27:10).

Fikrini keçmişə cəmləmək maşını sürərkən gözünü yan güzgüyə zilləməyə bənzəyir

Başqaları üçün nə isə et. Allahın Kəlamında deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Şəxsi problemlərin öhdəsindən gəlməyin ən yaxşı yolu başqalarına kömək etməkdir. 17 yaşlı Səadət deyir: «Böyüdükcə başa düşdüm ki, mənimlə eyni və ya daha betər vəziyyətdə olan insana kömək etməyin böyük xeyri var imiş».

a Bu məqalədə bəzi adlar şərtidir.

ƏSAS AYƏLƏR

  • «Demə: “Əvvəlki günlər indikindən yaxşı idi”» (Vaiz 7:10).

  • «Gözlə görmək xəyal dalınca düşməkdən yaxşıdır» (Vaiz 6:9).

  • «Yaxın qonşu uzaqdakı qardaşdan yaxşıdır» (Məsəllər 27:10).

Cuan

HUAN

«Gənclər dözüm xüsusiyyətini yetişdirmək istəyirlərsə, üzləşdikləri vəziyyəti təhlil etməli və dəyişikliklərin həyatın bir hissəsi olduğunu qəbul etməlidirlər. İnsan reallıqla nə qədər tez barışsa, bir o qədər tez özünü toparlayıb irəli gedə bilər. Onda hər şey qaydasına düşəcək».

Karissa

KARİSSA

«Çətin vaxtlar keçəndən sonra çalışıram daha bu haqda fikirləşməyim. Fikrimi başqa işlərimə cəmləyirəm. Mənə görə, dözümlü olmaq arxaya yox, irəliyə baxmaq deməkdir».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş