NƏĞMƏ 49
Yehovanın ürəyini sevindirək
Çap versiyası
1. Biz söz verdik, uca Allah,
Hikmət yoluyla yeriyək.
İstərik günbəgün Sənin
Məmnun edək biz qəlbini.
2. Sadiq, müdrik nökərbaşın
Bəyan edir əzəmətin.
Qida verir o, vaxtında,
Güclü qalaq bu haqq yolda.
3. Rəhbər tuturuq Sözünü,
Yağdır göydən Öz ruhunu.
Bizdə o, bol bəhrə versin,
Qoy şad olsun könlün Sənin.
(Həmçinin baxın: Mət. 24:45—47; Luka 11:13; 22:42.)