Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g16 №  6 s. 3
  • Xəstəlikdən qorunmağın yolları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xəstəlikdən qorunmağın yolları
  • Oyanın! 2016
  • Oxşar material
  • Özünüzü xəstəlikdən qoruyun
    Oyanın! 2016
Oyanın! 2016
g16 №  6 s. 3

ÜZ QABIĞINDAKI MÖVZU

Xəstəlikdən qorunmağın yolları

Orqanizmimiz hər gün gözlə görünməyən, amma olduqca təhlükəli «düşmənlərlə» mübarizə aparır. Bu düşmənlər, məsələn, bakteriyalar, viruslar və parazitlər sağlamlığımızı təhlükə qarşısında qoyura. Bədənimizdə gedən bu mübarizədən çox vaxt xəbərimiz olmur, çünki xəstəliyin simptomları özünü göstərməmiş immun sistemi bu düşmənləri dəf edir, ya da məhv edir. Amma bu mübarizədə bəzən zərərli mikroblar qalib gəlir, beləcə, dava-dərmana və digər müalicə üsullarına ehtiyac yaranır.

Xəstəliyə səbəb olan amillərin bəziləri — səyahət, mikroskopik orqanizmlər, kasıbçılıq və qidanın hazırlanmasında gigiyena qaydalarına əməl olunmaması

Minilliklər boyu insanlar mikroskopik və kiçik orqanizmlərin təhlükəsindən bixəbər olublar. Lakin 19-cu əsrdə alimlər isbat etdilər ki, zərərli mikroblar xəstəliklərə səbəb olur və o vaxtdan insanlar özlərini xəstəlikdən daha yaxşı qoruya bilirlər. Alimlərin bu kəşfindən sonra bəzi infeksion xəstəliklərə, məsələn, çiçək xəstəliyinə və poliomielitə (uşaq iflici) yoluxma təhlükəsi xeyli azaldı. Lakin son illər sarı qızdırma və denge qızdırması kimi digər xəstəliklər yenidən baş qaldırıb. Görəsən buna səbəb nədir? Növbəti amillərə nəzər salaq.

  • Hər il milyonlarla insan səyahət edir və zərərli mikroblar da onlarla birgə bir yerdən başqa yerə daşınır. Bir jurnalda yazılanlara əsasən, bir ölkədən o biri ölkəyə səyahət edən insanlar «ciddi infeksion xəstəliklərin yayılmasına» səbəb ola bilər («Clinical Infectious Diseases»).

  • Bəzi bakteriyaların antibiotiklərə müqaviməti artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdar edir: «Dünya post-antibiotik erasına doğru irəliləyir, o zaman isə geniş yayılmış bir çox infeksiyalar... yenidən ölümcül ola bilər».

  • Kütləvi iğtişaşlar və kasıbçılıq ucbatından dövlətin xəstəliklərin qarşısını almaq cəhdləri boşa çıxır.

  • Əksər insanlar xəstəlikdən qorunmağın yollarını bilmirlər.

Vəziyyətin belə acınacaqlı olmasına baxmayaraq, siz özünüzü və ailənizi qorumaq üçün çox şey edə bilərsiniz. Növbəti məqalədə göstərilir ki, hətta inkişaf etməkdə olan ölkələrdə yaşayasınız belə, sadə üsullarla xəstəliyin qarşısını ala bilərsiniz.

a Əksər mikroblar xəstəlik törətmir. Bu jurnalda söhbət səhhətimiz üçün təhlükəli olan mikroorqanizmlərdən gedəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş