Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g19 №  2 s. 8—9
  • Övladınıza mətin olmağı öyrədin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Övladınıza mətin olmağı öyrədin
  • Oyanın! 2019
  • Başlıqlar
  • Oxşar material
  • MƏTİN OLMAQ NƏ DEMƏKDİR?
  • MƏTİN OLMAQ NƏ ÜÇÜN VACİBDİR?
  • MƏTİN OLMAĞI NECƏ ÖYRƏTMƏLİ?
  • Mən nə qədər dözümlüyəm?
    Gənclərin sualları
  • Uşaqlara uğursuzluqla mübarizədə necə kömək etmək olar?
    Ailələrə komək
  • Tənqidə necə yanaşmalıyam?
    Gənclərin sualları
  • Uşağa təvazökar olmağı öyrədin
    Oyanın! 2017
Əlavə
Oyanın! 2019
g19 №  2 s. 8—9
Bişirdiyi piroq pis çıxdığı üçün qız məyus olub, ana da ona kömək edir

QAYDA 3

Övladınıza mətin olmağı öyrədin

MƏTİN OLMAQ NƏ DEMƏKDİR?

Mətin insan maneə və ya məyusluqla üzləşəndən sonra tez özünə gəlir. İnsan buna təcrübə sayəsində yiyələnir. Uşaq yıxıla-yıxıla böyüdüyü kimi, uğursuzluqlarla da üzləşə-üzləşə həyatda qabağa getməyi öyrənir.

MƏTİN OLMAQ NƏ ÜÇÜN VACİBDİR?

Bəzi uşaqlar uğursuzluqla, çətinliklə üzləşəndə, yaxud tənqid eşidəndə ruhdan düşürlər. Bəziləri isə tamamilə təslim olurlar. Lakin onlar növbəti məqamları başa düşməlidirlər:

  • Uğursuzluqla üzləşməmək mümkün deyil (Yaqub 3:2).

  • Hər bir insan həyatda çətinliklərlə üzləşir (Vaiz 9:11).

  • Adama səhvini deməsələr o, heç vaxt düzəlməz (Məsəllər 9:9).

Mətin olmaq övladınıza həyatdakı çətinlikləri əminliklə yoluna qoymağa kömək edəcək.

MƏTİN OLMAĞI NECƏ ÖYRƏTMƏLİ?

Övladınız səhv edəndə.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Saleh yeddi dəfə yıxılar, yenə qalxar» (Məsəllər 24:16).

Övladınıza vəziyyətə düzgün yanaşmağı öyrədin. Məsələn, məktəbdə imtahandan keçməsə, nə edər? O, ruhdan düşüb deyə bilər: «Mən heç nəyi bacarmıram».

Ancaq övladınıza mətin olmağı öyrətmək istəyirsinizsə, ona başa salın ki, növbəti dəfə nəticənin yaxşı alınması üçün nə edə bilər. Belə etməklə o özünü yazıqlamayacaq, əksinə, problemi həll etməyə çalışacaq.

Eyni zamanda, problemi övladınızın yerinə həll etməyin. Əksinə, ona kömək edin ki, problemi özü yoluna qoysun. Ona sual verə bilərsiniz: «Dərsi daha yaxşı başa düşmək üçün nə edə bilərsən?»

Bədbəxtlik baş verəndə.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Siz heç sabah başınıza nəyin gələcəyini bilmirsiniz» (Yaqub 4:14).

İnsan bilmir sabah başına nə gələcək. Bu gün varlı olan adam sabah kasıblayır. Sağlam adam xəstə düşür. Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir... Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11).

Siz bir valideyn kimi, övladınızı qorumağa çalışırsınız. Ancaq uşağı həyatın bütün bəlalarından qorumaq mümkün olmur.

Əlbəttə, bəlkə də, övladınız hələ kiçikdir və işi itirməyin, iqtisadi çətinliyin nə demək olduğunu başa düşmür. Amma siz ona başqa bədbəxtliklərə, məsələn, dost itkisinə, yaxud ailə üzvünün ölümünə tab gətirməyə kömək edə bilərsiniza.

Övladınız haqlı olaraq danlananda.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Məsləhətə qulaq as,.. axırda hikmətli olarsan» (Məsəllər 19:20).

Övladınızı haqlı olaraq danlayan adam onu gözümçıxdıya salmır, sadəcə, ona səhvini düzəltməyə kömək etmək istəyir.

Övladınıza məzəmməti qəbul etməyə kömək etməklə həm onu, həm də özünüzü çox problemlərdən qoruyursunuz. Con adlı bir ata deyir: «Uşaqların səhvinə həmişə göz yumulsa, onlar heç vaxt öz hərəkətlərindən dərs götürməyəcəklər. Heç vaxt başları bəladan açılmayacaq. Siz də ömür boyu onların dalınca düşüb problemlərini həll etməyə çalışacaqsınız. Bu isə həm valideynlərin, həm də övladın həyatını acınacaqlı edir».

Bəs övladınıza eşitdiyi danlaqdan nəticə çıxarmağa necə kömək edə bilərsiniz? Uşağınız ya məktəbdə, ya da başqa yerdə danlananda bunun nahaq yerə olduğunu söyləməyin. Əksinə, ondan soruşun:

  • «Səncə, nəyə görə səni danladılar?»

  • «Səhvini necə düzəldə bilərsən?»

  • «Gələn dəfə belə vəziyyətdə olanda nə edəcəksən?»

Unutmayın, yeri gələndə, danlanmaq övladınızın xeyrinədir. O təkcə indi yox, həm də böyüyəndə bunun faydasını görəcək.

a «Gözətçi qülləsi» jurnalının 2008-ci il 1 iyul sayındakı «Övladınıza kədərə dözməyə kömək edin» adlı məqaləyə (rus.) baxın.

Bişirdiyi piroq pis çıxdığı üçün qız məyus olub, ana da ona kömək edir

İNDİDƏN ÖYRƏDİN

Üzləşdiyi məyusluqlardan və etdiyi səhvlərdən tez özünə gələn uşaq, çox güman ki, çətin bacarıqlara da məharətlə yiyələnəcək

Nümunənizlə öyrədin

  • Səhvimi boynuma alıram, yoxsa başqalarını günahlandırıram?

  • Öz uğursuzluqlarım və onlardan götürdüyüm ibrət barədə danışıram?

  • Başqalarına etdikləri səhvə görə rişxənd edirəm?

Biz nə edirdik?

«Biz övladlarımızı hər çətinlikdən, uğursuzluqdan və səhvdən qorumurduq. Mən balaca olanda bu kimi şeylərlə üzləşdikcə çox şey öyrəndim. İndi görürəm ki, övladlarımızı ərköyün böyütmədiyimizə görə onların ikisi də hər şeyə tarazlı yanaşan insanlar olub» (Cef).

«Arvadımla mən uşaqlara qarşı səhv edəndə həmişə üzr istəyirdik. Mənim fikrimcə, valideynlər səhv edəndə əvvəl də buna bənzər səhvə yol verdikləri barədə uşaqlarına danışmalıdırlar və bununla başa salmalıdırlar ki, səhv etmək həyatın ayrılmaz hissəsidir» (Ceyms).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş