Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g24 №  1 s. 7—9
  • Nəyə görə insanların həyat ənamına hörməti qalmayıb?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə insanların həyat ənamına hörməti qalmayıb?
  • Oyanın! 2024
  • Başlıqlar
  • Oxşar material
  • HƏYAT ƏNAMINA HÖRMƏT GÖSTƏRMƏK NƏYƏ GÖRƏ VACİBDİR?
  • HÖRMƏT GÖSTƏRMƏYƏ SİZƏ NƏ KÖMƏK EDƏ BİLƏR?
  • YEHOVANIN ŞAHİDLƏRİ NECƏ HÖRMƏT GÖSTƏRİR?
  • Özünüzü xəstəlikdən qoruyun
    Oyanın! 2016
  • COVID-19 pandemiyası zamanı ibadət evlərində görülən təhlükəsizlik tədbirləri
    İanələriniz hara xərclənir?
  • Siqaret və veyp barədə nəyi bilməliyəm?
    Gənclərin sualları
  • Risklə dolu dünyada təhlükəsizliyə nail olmaq necə mümkündür?
    Gözətçi qülləsi 2001
Əlavə
Oyanın! 2024
g24 №  1 s. 7—9
Gənc oğlan sükan arxasındadır və dostları ilə birgə spirtli içki içir.

Nəyə görə insanların həyat ənamına hörməti qalmayıb?

HƏYAT ƏNAMINA HÖRMƏT GÖSTƏRMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Özünün və ya başqalarının həyatına zərər vuracaq bir şey ilə məşğul olmaqla həyat ənamına dəyər vermədiyini göstərirsən.

  • Siqaret çəkmək təkcə xərçəngə səbəb olmur, həmçinin bədənin xərçənglə mübarizə aparmasına da mane olur. Məlumata əsasən ağ ciyər xərçəngindən ölənlərin təxminən 90 faizi ya siqaret çəkiblər, ya da siqaret tüstüsünə həddən çox məruz qalıblar.

  • Kütləvi atışmalar hər il emosional travmalara səbəb olur. Stanford Universitetinin bir hesabatında deyilir: «Tədqiqatlar göstərir ki, hətta [məktəbdə baş vermiş atışmalardan] xəsarətsiz qurtulanlar belə, uzun illər həyatlarında dərin iz buraxan mənəvi yaralarla yaşamalı olurlar».

  • İçkili halda və ya narkotikin təsiri altında maşın idarə edən sürücülər yollardakı, hətta səkilərdəki insanların həyatı üçün təhlükə yaradırlar. İnsanlar həyat ənamına etinasız yanaşanda günahsız insanların həyatı üçün təhlükə yaradırlar.

HÖRMƏT GÖSTƏRMƏYƏ SİZƏ NƏ KÖMƏK EDƏ BİLƏR?

Sağlamlığınızı qoruyun. Zərərli vərdişləri, məsələn, siqareti, veypi, həddən artıq spirtli içki içməyi və əyləncə xatirinə narkotik qəbul etməyi tərgitmək heç vaxt gec deyil. Bu cür vərdişlər həyatınıza zərər vurur və ətrafınızdakı insanların, eləcə də ailə üzvlərinizin həyatına hörmət etmədiyinizi göstərir.

«Cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1).

Özünüzün və başqalarının təhlükəsizliyini düşünün. Qəzaların qarşısını almaq üçün evinizi yaxşı vəziyyətdə saxlayın. Avtomobilinizi ehtiyatla idarə edin və saz vəziyyətdə saxlayın. Sizi həyatınızı riskə atacaq işlərə sövq edən insanların təsirinə uymayın.

«Ev tikəndə damına məhəccər çəkin ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın»a (Qanunun təkrarı 22:8).

İnsanlara qarşı xeyirxah olun. Həyat ənamına hörmət etmək irqindən, milliyyətindən, varlı və ya kasıb, təhsilli və ya təhsilsiz olmasından asılı olmayaraq, hər kəsə qarşı xeyirxah olmaq deməkdir. Dünyadakı zorakılıqların və müharibələrin kökündə əsasən qərəz və nifrət durur.

«Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoyun. Bir-birinizə qarşı xeyirxah... olun» (Efeslilərə 4:31, 32).

YEHOVANIN ŞAHİDLƏRİ NECƏ HÖRMƏT GÖSTƏRİR?

Yehovanın Şahidləri insanlara tarazlı və sağlam həyat tərzi sürməyə kömək edirlər. Keçdiyimiz Müqəddəs Kitab dərsləri insanlara zərərli vərdişlərdən qurtulmağa kömək edir.

Biz tikinti layihələrimizdə təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edirik. İbadət evlərimizin və Müqəddəs Kitabın tədrisi ilə əlaqəli olan digər binaların tikintisində iştirak edən könüllülər xəsarət almamaq üçün təlim alırlar. Tikdiyimiz binaların yerli təhlükəsizlik standartlarına cavab verib-vermədiyi müntəzəm olaraq yoxlanılır.

Zərərçəkənlərə humanitar yardım göstəririk. Son 12 ay ərzində Yehovanın Şahidləri bütün dünyada həyati təhlükələrə yol açan təxminən 200 fəlakət zamanı yardım göstərib və ianə edilən pullardan bu yardım işlərinə 12 milyon dollara yaxın pul xərcləyib.

Qərbi Afrikada (2014) və Konqo Demokratik Respublikasında (2018) Ebola virusu kütləvi şəkildə yayılmağa başlayanda Yehovanın Şahidləri insanları maarifləndirdilər, onlara bu ölümcül xəstəliyin yayılmasının qarşısını necə ala biləcəklərini izah etdilər. Həmçinin nümayəndələrini göndərdilər ki, oradakı insanlarla «İtaətkarlıq həyatları xilas edir» mövzusunda söhbət etsinlər. Eləcə də ibadət evlərinin qarşısında əlyuma məntəqələri quraşdırdılar və xəstəliyin yayılmasının qarşısını almaq üçün əl yumağın, o cümlədən atılmalı olan digər addımların vacibliyini vurğuladılar.

Syerra-Leonedəki bir radioda Yehovanın Şahidlərini həm öz dindaşlarına, həm də digər insanlara Ebola virusundan qorunmağa kömək etdikləri üçün tərifləmişdilər.

Yehovanın Şahidləri ibadət evinə daxil olmazdan əvvəl əl yumaq üçün sırada durublar.

Liberiyada ibadət evində əlyuma məntəqəsi (2014-cü ildə Ebola virusu zamanı)

a Qədimdə Yaxın Şərqdə bu hikmətli əmrə əməl edən insanlar ailə üzvlərinin və başqalarının təhlükəsizliyinin qayğısına qalırdılar.

Oskar Serpas.

DAHA ƏTRAFLI

Oskar Serpas keçmişdə bir cinayətkar dəstənin üzvü olub. Həmin dövrdə o özünün və başqalarının həyatına hörmətlə yanaşmırdı. Görün Yehovanın Şahidləri ona həyat tərzini dəyişməyə necə kömək ediblər. jw.org saytından «Özüm öz qəbrimi qazırdım» adlı məqaləni oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş