Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lv s. 218—219
  • Masturbasiyaya qalib gəl

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Masturbasiyaya qalib gəl
  • Allahın məhəbbətindən ayrılmayın
  • Oxşar material
  • Masturbasiya vərdişinin öhdəsindən necə gələ bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Allahın gözündə təmiz olaq
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Əxlaqsızlıqdan qaç
    Allahın məhəbbətindən ayrılmayın
  • Əxlaqsızlıqdan qaç
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Allahın məhəbbətindən ayrılmayın
lv s. 218—219

ƏLAVƏLƏR

Masturbasiyaya qalib gəl

Ruhani cəhətdən zərərli vərdiş sayılan masturbasiya insanda xudbinlik yaradır, ağlı pozğunlaşdırıra. Masturbasiya ilə məşğul olan adam ətrafındakılara seks obyekti, cinsi həzz vasitəsi kimi baxmağa başlayır. Belə adam artıq cinsi yaxınlığa məhəbbətin ifadəsi kimi baxmır, onun üçün seks ani həzz gətirən və seksual gərginliyi çıxardan adi refleks səviyyəsinə düşür. Lakin bu gərginlik müvəqqəti sakitləşir. Əslində, masturbasiya bədən üzvlərində «əxlaqsızlığa, natəmizliyə, şəhvətə» olan meyilləri öldürmür, əksinə onları daha da oyadır (Koloslulara 3:5).

Həvari Bulus yazırdı: «Əzizlərim,.. cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1). Əgər bu çağırışa əməl etmək sənin üçün çətindirsə, ümidini üzmə. Yehova bağışlamağa və kömək etməyə həmişə hazırdır (Zəbur 86:5; Luka 11:9—13). Əslində, arabir baş verən uğursuzluqlara baxmayaraq, ürəyinin səni qınaması və bu vərdişə qalib gəlmək əzmin sənin düzgün əhval-ruhiyyəndən xəbər verir. Heç vaxt yaddan çıxartma ki, «Allah ürəyimizdən böyükdür və hər şeyi bilir» (1 Yəhya 3:20). Allah diqqətini günahlarımızın üzərində cəmləşdirmir, bizim bütün varlığımızı görür. Bunun sayəsində, O, mərhəmət almaq üçün etdiyimiz yalvarışlara şəfqətlə qulaq asır. Ona görə də dara düşən uşaq atasının yanına qaçdığı kimi, sən də Allaha səmimi-qəlbdən və təvazökarlıqla dua etməyi heç vaxt dayandırma. Yehova sənə mükafat  — təmiz vicdan verəcək (Zəbur 51:1—12, 17; Əşiya 1:18). Əlbəttə, sən də dualarına uyğun hərəkət etməlisən. Misal üçün, pornoqrafiyanın bütün növlərini rədd etməli, sənə pis təsir göstərən adamlarla oturub-durmamalısanb.

Əgər hələ masturbasiya vərdişinin öhdəsindən gələ bilmirsənsə, məsihi valideynlərinlə, yaxud yetkin və qayğıkeş bir məsihi dostunla söhbət etc (Məsəllər 1:8, 9; 1 Salonikililərə 5:14; Titusa 2:3—5).

a Masturbasiya orqazm keçirmək məqsədilə cinsiyyət orqanlarının sığallanması və qıcıqlandırılmasına deyilir.

b Kompürterdən necə istifadə olunduğuna nəzarət etmək üçün bir çox ailələrdə kompüter açıq yerdə qoyulur. Bəziləri xoşagəlməz materialları təmizləyən filter proqramları alırlar. Yadda saxlamaq lazımdır ki, kompüteri xoşagəlməz materiallardan tamamilə müdafiə edən proqram mövcud deyil.

c Masturbasiyanın öhdəsindən gəlmək üçün əməli məsləhətlər «Oyanın!» jurnalının 2006-cı il noyabr sayının «Gənclərin sualları» rubrikasının «Bu vərdişin öhdəsindən necə gələ bilərəm?» adlı məqaləsində (rus.) və «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 1-ci cildinin 205—211 səhifələrində (rus.) verilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş