-
Siqaret nə dərəcədə zərərlidir?Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
-
-
Fəsil 33
Siqaret nə dərəcədə zərərlidir?
Aşağıda sadalanan variantlara bax və sənə aid olanların yanında ✔ işarəsi qoy.
□ Maraqlıdır
□ Stress keçirirəm
□ Başqalarından seçilmək istəmirəm
□ Kökəlməkdən qorxuram
ƏGƏR sən 237-ci səhifədə sadalanan variantlardan hansınısa qeyd etmisənsə, onda sənin siqaret çəkən və ya çəkmək istəyən həmyaşıdlarınla ortaq cəhətin vara. Məsələn:
Maraq. «Mənim üçün çox maraqlı idi, görəsən, o, nə olan şeydir. Buna görə də, məktəbdə bir qız mənə siqaret təklif edəndə alıb gizlicə çəkdim» (Treysi).
Stress və başqalarından seçilməmək istəyi. «Məktəbdə uşaqlar: “Mən bu dəqiqə bir siqaret çəkməliyəm”, — deyir və çəkdikdən sonra: “Oxay, həyat davam edir!” deyərdilər. Gördüklərim məndə də stressli anlarımda siqaret çəkmək istəyi oyadırdı» (Nikki).
Arıqlamaq istəyi. «Bəzi qızlar kökəlməmək üçün siqaret çəkirlər, bu, pəhriz tutmaqdan daha asandır!» (Samanta).
Birinci və ya növbəti siqareti çəkməmişdən qabaq ayaq saxlayıb bir anlığa düşün. Yemə aldanıb tilova düşən balığa bənzəmə. Əslində, balığı elə də böyük mükafat gözləmir, amma bu, ona həyatı bahasına başa gəlir! Yaxşı olardı ki, Müqəddəs Kitab məsləhətinə əməl edəsən və aydın düşünə bilmək üçün zehnini işə salasan (2 Peter 3:1). Aşağıdakı suallara cavab ver.
Siqaret haqda nə bilirsən?
İrəli sürülən fikirlərin doğru və ya yanlış olduğunu qeyd et.
a. Siqaret çəkmək stressimi azaldır.
□ Doğru □ Yanlış
b. İçimə çəkdiyim bütün tüstünü havaya üfürürəm.
□ Doğru □ Yanlış
c. Hələ ki, gəncəm siqaretin səhhətimə heç bir zərəri ola bilməz.
□ Doğru □ Yanlış
ç. Siqaret çəkməklə əks cinsin diqqətini daha çox cəlb edə bilərəm.
□ Doğru □ Yanlış
d. Siqaret çəkməklə özümdən başqa heç kimə zərər vurmuram.
□ Doğru □ Yanlış
e. Siqaret çəkib-çəkməməyim Allah üçün heç bir əhəmiyyət daşımır.
□ Doğru □ Yanlış
Cavablar
a. Yanlış. Kəsmə sindromunun yaratdığı stressi siqaret çəkməklə bir müddətə aradan qaldırmaq mümkün olsa da, alimlər müəyyən etmişlər ki, əslində, nikotin stress hormonlarını çoxaldır.
b. Yanlış. Araşdırmalar göstərir ki, siqaret tüstüsünün 80 faizi insanın orqanizmində qalır.
c. Yanlış. Çox vaxt siqaret çəkməyin zərərləri tədricən üzə çıxsa da, bəzi hallarda bu, özünü dərhal büruzə verir. Elə insanlar var ki, sadəcə bir dəfə çəkməklə onlarda siqaret asılılığı yaranır. Ağciyərlərin həcmi kiçilir və insanda daimi öskürək baş qaldırır. Dəri vaxtından tez qırışır. Həmçinin siqaret cinsi zəiflik, panik qorxu və depressiya yaradır.
ç. Yanlış. Alim Lloyd Constonun araşdırmalarına görə, siqaret çəkən yeniyetmələr «çox vaxt əks cinsin diqqətini cəlb etmir».
d. Yanlış. Passiv siqaret çəkməyin nəticəsində hər il minlərlə insan həyatını itirir. Sənin siqaret çəkməyin ailənə, dostlarına və saxladığın heyvanlara zərər vurur.
e. Yanlış. Allahın rəğbətini qazanmaq istəyən insanlar «bədəni... murdarlayan hər şeydən» özlərini təmizləməlidirlər (2 Korinflilərə 7:1). Siqaretin də insan orqanizmini murdarladığına heç bir şübhə yoxdur. Əgər sən bilə-bilə natəmizliyi seçir və tütündən istifadə edərək həm özünə, həm də başqalarına zərər vurursansa, Allahın dostu ola bilməzsən (Matta 22:39; Qalatiyalılara 5:19—21).
Necə «yox» deməli?
Bəs əgər kimsə sənə siqaret təklif edərsə, onda nə edəcəksən? «Çox sağ ol, çəkmirəm», — kimi qısa, konkret cavab əksər hallarda işə yarayır. Əgər o əl çəkmir, hətta lağa qoyursa, unutma ki, son qərar sənindir. Belə deyə bilərsən:
● «Siqaretin törətdiyi fəsadlar haqda araşdırdım və belə qənaətə gəldim ki, bu, mənlik deyil».
● «Hələ canımdan bezməmişəm, yaşamaq istəyirəm».
● «Məgər özüm seçim etmək ixtiyarında deyiləm?»
Bu fəslin əvvəlində sözləri gətirilən gənclər kimi, ola bilsin, sən də bilirsən ki, ən güclü təzyiq insanın öz daxilindən gəlir. Belə olan halda, aşağıdakı sualların üzərində düşünərək daxilindən gələn səsə cavab ver:
● «Siqaret çəkməyimin mənə bir xeyri olacaqmı? Misal üçün, sadəcə başqalarından seçilməmək üçün siqaret çəkməyə başlasam, başqa heç bir ortaq cəhətimizin olmamasına baxmayaraq, onlar məni öz aralarına qəbul edəcəklərmi? Məgər sağlamlığıma zərər vurduğumu görüb sevinən insanların arasında olmaq istəyirəm?»
● «Siqaretə nə qədər pulum çıxacaq? Bu, sağlamlığıma necə təsir edəcək? Başqalarının hörmətini itirməyəcəyəm ki?»
● «Allahla dostluğumu bir siqaretəmi dəyişəcəm?»
Əgər sən artıq tora düşmüsənsə, onda necə? Bu pis vərdişdən necə yaxa qurtara bilərsən?
Siqareti necə atmaq olar?
1. Özünü inandır. Siqareti nəyə görə atmalı olduğunun səbəblərini bir vərəqə yaz və müntəzəm olaraq nəzərdən keçir. Allahın gözündə təmiz olmaq istəyi sənin üçün güclü təkan ola bilər (Romalılara 12:1; Efeslilərə 4:17—19).
2. Kömək istə. Əgər gizlincə siqaret çəkirsənsə, indi bunu etiraf etməyin vaxtıdır. Çəkdiyini gizlətdiyin adama problemini açıb-danış və kömək istə. Əgər Allaha ibadət etmək istəyirsənsə, dua edərək Ondan yardım dilə (1 Yəhya 5:14).
3. Konkret gün təyin et. Özünə iki həftə və ya az bir vaxt ver. Təqvimdə siqareti atacağın günü qeyd et. Həmin tarix barədə ailənə və dostlarına da de.
4. Axtar tap və yox et. Təyin etdiyin günə kimi otağını, maşınını və ciblərini yaxşı-yaxşı axtar və tapdığın siqaretləri yox et. Alışqanın, kibritin, külqabın, nəyin varsa hamısından azad ol.
5. Kəsmə sindromu ilə mübarizə apar. Çoxlu meyvə şirələri və ya su içməyə, həmçinin daha çox yatmağa çalış. Yadından çıxarma ki, çəkdiyin əziyyət müvəqqəti, faydası isə əbədidir!
6. Şirnikdirici təsirlərdən qaç. Siqaret çəkməyə şirnikə biləcəyin vəziyyətlərdən və yerlərdən uzaq dur. Həmçinin, ola bilsin, sənə siqaret çəkənlərlə əlaqəni kəsmək lazım gələcək (Süleymanın məsəlləri 13:20).
Aldanma!
Tütün kompaniyaları hər il reklamlara milyardlarla dollar sərf edir. Onların bir nömrəli hədəfi kimlərdir? Tütün şirkətlərinin birinin daxili sənədlərində bu sözlər yazılıb: «Bu günün gəncləri sabahın daimi müştəriləridir».
Yol vermə ki, tütün istehsalçıları sənin hesabına dolansın. Nəyə görə onların toruna düşəsən? Nə onlar, nə də siqaret çəkən həmyaşıdların sənin yaxşılığını düşünmür. Onlara qulaq asmaqdansa, «sənin xeyrinə səni [öyrədən]» Müqəddəs Kitabın məsləhətlərinə əməl et (Yeşaya 48:17).
Dostların səni içki içməyə məcbur edirmi? Bu məsələdə həddini bilmək nəyə görə vacibdir?
[Haşiyə]
a Bu fəsildə söhbət siqaret çəkənlərdən getsə də, burada vurğulanan problem və təhlükələr tütün çeynəyənlərə də aiddir.
AÇAR AYƏ
“Bədəni... murdarlayan hər şeydən özümüzü təmizləyək” 2 Korinflilərə 7:1
MƏSLƏHƏT
Özünü bu kimi fikirlərlə aldatma: «Bircə dəfə dadına baxım...». Sonradan belə hallar yenidən təkrarlana bilər (Yeremya 17:9).
BİLİRSƏN... ?
Tüstüsüz tütün məmulatlarında, məsələn, çeynənilən tütündə nikotinin miqdarı daha çoxdur, nəinki siqaretdə. Həmçinin tüstüsüz tütünün tərkibində boğaz və ağız nahiyəsi xərçənginə tutulmaq riskini artıran kanserogen maddələrin miqdarı 25-dən çoxdur.
HƏRƏKƏT PLANI!
Sinif yoldaşlarım siqaret çəkməyə təhrik edərlərsə, mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Təhlükəli olduğunu bildiyin halda nəyə görə siqaret çəkmək meyilin yarana bilər?
● Siqaretin zərərli olduğuna səni nə əmin etdi?
[240–cı səhifədəki yazı]
«Mənə siqaret təklif edəndə mən sadəcə olaraq gülümsəyir və deyirəm: “Lazım deyil, çox sağ ol, xərçəngə tutulmaq istəmirəm”» Elena
[241–ci səhifədəki çərçivə/şəkil]
Marixuana o dərəcədə zərərlidir?
«Bəziləri üçün marixuana sadəcə problemlərdən uzaqlaşmaq deməkdir, özü də tamamilə zərərsizdir», — İrlandiyada yaşayan Ellen deyir. Marixuana barədə sən də bu kimi fikirlər eşitmisən? Mif və faktları müqayisə et.
Mif. Marixuana zərərsizdir.
Fakt. Marixuanadan istifadənin pis nəticələri arasında yaddaşın və öyrənmək qabiliyyətinin zəifləməsini, eləcə də həm kişilərdə, həm də qadınlarda immun sisteminin və cinsi orqanların sıradan çıxmasını göstərmək olar. Marixuana insanda yersiz təlaş, psixoz və paranoyya kimi ruhi xəstəliklərə səbəb olur. Çox ehtimal ki, marixuana çəkən qadınlardan doğulan uşaqların davranış qaydalarında problemlər yaranır, fikirləri dağınıq olur və onlar qərar verməkdə çox çətinlik çəkirlər.
Mif. Marixuananın ziyanı siqaretdən daha azdır.
Fakt. Tütün tüstüsü ilə müqayisədə marixuana tüstüsündən orqanizmdə dörd dəfə çox qatran və beş dəfə çox karbon monooksid (dəm qazı) yığılır. Tərkibində marixuana olan 5 siqaretdə xərçəngə səbəb olan zəhərli maddələrin miqdarı bir qutu adi siqaretdə olan qədərdir.
Mif. Marixuana asılılıq yaratmır.
Fakt. Əqli və ya emosional problemləri olan yeniyetmələrdə çox asanlıqla marixuanadan asılılıq yarana bilər. Digərlərində isə asılılıq bir müddət istifadədən sonra yaranır. Araşdırmalar göstərir ki, marixuana çəkən gənclərin kokain kimi digər narkotik maddələrdən istifadə etmək təhlükəsi çox yüksəkdir.
[244 və 245–ci səhifələrdəki çərçivə/şəkillər]
Tütünün insan orqanizminə təsiri
Adətən, reklam plakatlarında siqaret çəkən insanlar sağlam və xoşbəxt görünürlər. İndi isə gəl həqiqətin gözünə düz baxaq, görək siqaret, əslində, orqanizmi nə hala salır.
Ağız boşluğu və boğaz Xərçəng
[Şəkil]
Dil xərçəngi
Ürək Ürək-damar sistemi daralır və bərkiyir, ürəyə oksigen çatmır və ürək xəstəlikləri təhlükəsi 4 dəfə artır
[Şəkil]
Tromblaşmış damar
Ağciyər Alveollar (ağciyər qovuqcuğu), nəfəs yolları məhv olur. Ağciyərin xərçəng riski 23 dəfəyə qədər artır
[Şəkil]
Siqaret çəkənin ağciyəri
Beyin Beyin iflici riski 4 dəfəyə qədər artır
Dəri Vaxtından əvvəl qocalma
Dişlər Dişlərin saralması
Mədə Xərçəng
Mədəaltı vəz Xərçəng
Sidik kisəsi Xərçəng
Böyrəklər Xərçəng
[239–cu səhifədəki şəkil]
Tilova keçən balıq kimi, siqaret çəkən də istədiyinə nail olur, ancaq bu, ona baha başa gəlir
-
-
Çox içməkdə pis nə var?Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
-
-
Fəsil 34
Çox içməkdə pis nə var?
Aşağıdakı suallara necə cavab verərdin? Cavabının yanında ✔ işarəsi qoy.
Yaşları çatmadığı halda içki içən və ya sərxoşluq edən dostların varmı?
□ Bəli □ Xeyr
Dostların nə vaxtsa səni içki içməyə təhrik ediblərmi?
□ Bəli □ Xeyr
Nə vaxtsa sərxoş olana qədər içmisənmi?
□ Bəli □ Xeyr
HEÇ ürəyindən bircə dəfə də olsun sərxoş olana kimi içki içmək keçibmi? Əgər keçibsə, sən tək deyilsən. Bir çox yeniyetmələr yaşları çatmadığı halda spirtli içkilərdən sui-istifadə edirləra. Bəs sui-istifadə dedikdə nə nəzərdə tutulur? Bəziləri bunu sərxoş olana qədər içmək kimi başa düşür. ABŞ-ın Alkoqolizm və alkoqoldan sui-istifadənin öyrənilməsi üzrə Milli İnstitutunun hesabatında buna daha konkret tərif verilərək deyilir ki, «kişilər üçün beş və ya çox, qadınlar üçün isə dörd və ya çox porsiyab dalbadal içmək» alkoqoldan sui-istifadə deməkdir.
İndi isə özündən soruş: «Nəyə görə içmək istədiyimi bilirəmmi və içki mənə necə təsir edəcək?» Əvvəlcə, növbəti testdən keç. Cavabının yanına ✔ qoy, sonra öyrən gör faktlar nə deyir.
a. Yeniyetmələr sırf içkinin dadını xoşladıqları üçün içirlər.
□ Doğru □ Yanlış
b. Yeniyetmələr gənc və sağlam olduqları üçün spirtli içki böyüklərə nisbətən onlara bir o qədər də pis təsir etmir.
□ Doğru □ Yanlış
c. Çox içməkdən adam ölmür.
□ Doğru □ Yanlış
ç. Müqəddəs Kitab içki içməyi qadağan edir.
□ Doğru □ Yanlış
d. Çox içməyin yeganə pis cəhəti sağlamlığa zərər vurmasıdır.
□ Doğru □ Yanlış
a. Yeniyetmələr sırf içkinin dadını xoşladıqları üçün içirlər. Cavab — yanlış. Avstraliyada gənclərin spirtli içkilər barədə nə qədər məlumatlı olduqlarını müəyyən etmək üçün bir sorğu keçirilmişdir. Sorğuda iştirak edən gənclərin 36 faizi əsas etibarilə başqalarından geri qalmamaq üçün içdiklərini demişlər. Birləşmiş Ştatlarda keçirilən sorğuda isə gənclərin 66 faizi etiraf etmişdir ki, içki içmələrinin səbəbi həmyaşıdlarının təzyiqidir. Lakin yeniyetmələrin yarıdan çoxu problemlərdən qaçmaq üçün içdiklərini demişlər.
b. Yeniyetmələr gənc və sağlam olduqları üçün spirtli içki böyüklərə nisbətən onlara bir o qədər də pis təsir etmir. Cavab — yanlış. «Yeni araşdırmalar göstərib ki, içki içən gənclər özlərini təhlükəyə atırlar», — deyə «Diskaver» jurnalda dərc olunan bir məqalədə yazılmışdır. Nəyə görə? «Həddən artıq içki içən gənclər öz əqli qabiliyyətlərinə ciddi zərər vururlar».
Daima içki qəbul etmək sızanaqların artmasına, vaxtından əvvəl qırışların əmələ gəlməsinə, kökəlməyə, içkidən asılılığa və narkotikə qurşanmağa gətirib çıxarır. Həmçinin sinir sisteminin, qaraciyərin və ürəyin fəaliyyətini alt-üst edir.
c. Çox içməkdən adam ölmür. Cavab — yanlış. Həddən artıq içki içmək beyinə oksigenin daxil olmasına əngəl olur və orqanizmin həyati vacib funksiyalarını pozur. Simptomların arasında qusma, huşunu itirmə, nəfəsin ağırlaşması və ya qeyri-müntəzəmliyi kimi hallar da müşahidə oluna bilər. Bəzi hallarda isə ölümlə nəticələnə bilər.
ç. Müqəddəs Kitab içki içməyi qadağan edir. Cavab — yanlış. Müqəddəs Kitab nə içki içməyi qadağan edir, nə də gənclərin əylənməsini (Məzmur 104:15; Vaiz 10:19). Əlbəttə, içki içmək üçün, ilk növbədə, yetkin yaşa çatmaq lazımdır (Romalılara 13:1).
Bununla belə, Müqəddəs Kitab həddən artıq spirtli içki içməyi mühakimə edir. «Şərab insanları ələ salar, kefləndirici içki onları dalaşdırar, sərxoş olan müdrik olmaz», — deyə Süleymanın məsəlləri 20:1 ayəsində yazılır. İçki səni gülünc vəziyyətə sala bilər! Düzdür, spirtli içki bir anlıq məmnunluq gətirir, amma ona aludə olmaq insanı «ilan kimi sancar» və başına çoxlu problemlər açar (Süleymanın məsəlləri 23:32).
d. Çox içməyin yeganə pis cəhəti sağlamlığa zərər vurmasıdır. Cavab — yanlış. Sərxoş olanda insan zəif olur, hətta cinsi təcavüzə məruz qalanda da özünü müdafiə edə bilmir. Eyni zamanda, insan sərxoş olanda heç vaxt etməyəcəyi şeyləri etməklə başqaları üçün təhlükə yarada bilər. Müqəddəs Kitab xəbərdarlıq edir ki, çox içəndə insanın «gözlərinə qəribə şeylər görünər, qəlbinə əyri fikirlər gələr» (Süleymanın məsəlləri 23:33). Bir sözlə, insan özünü axmaq vəziyyətə sala bilər! Bunun dostluq münasibətlərinin pozulması, oxumaq və əmək qabiliyyətinin zəifləməsi, cinayət məsuliyyətinə cəlb olunma və yoxsulluq kimi başqa acı nəticələri də ola bilər (Süleymanın məsəlləri 23:21).
Ən vacibi, çox içməyin Yehova Allahla münasibətlərinə necə təsir edəcəyi barədə fikirləş. Yehova sənin Ona içki ilə boş yerə korladığın ağlınla yox, «bütün ağlınla» xidmət etməyini istəyir (Matta 22:37). Allahın Kəlamı əyyaşlıqla yanaşı, kef məclislərini də mühakimə edir (1 Peter 4:3). Nəticə etibarilə, içki məclislərində iştirak etmək Yaradanımızın iradəsinə ziddir və Allahla dostluq münasibəti qurmağa mane olur.
Sənin seçimin nə olacaq?
İçki düşkünü olan həmyaşıdlarına qoşulacaqsan? Müqəddəs Kitabda deyilir: «Məgər bilmirsiniz ki, özünüzü kimə tabe edirsinizsə, onun qulu olursunuz? Kimin əmri ilə oturub-durursunuzsa, deməli, onun qulusunuz» (Romalılara 6:16). Həqiqətənmi, sən dostlarının və içkinin qulu olmaq istəyirsən?
Bəs əgər sən artıq içkinin çənginə keçmisənsə, onda necə? Dərhal valideynlərinlə və ya yetkin bir dostunla danış. Yehova Allaha dua et və Ondan kömək istə. Çünki O, insana «dar gündə çox kömək edir» (Məzmur 46:1). Əksər hallarda içkiyə başlamağın və həddindən artıq içməyin səbəbi həmyaşıdların təzyiqi olduğundan, sənə dost seçimində köklü dəyişikliklər etmək lazım gələ bilərc. Bu cür seçim etmək asan olmasa da, Yehovanın köməyi ilə səndə hər şey alınacaq.
Narkotik asılılığının öhdəsindən gəlmək mümkündür. Öyrən gör, necə.
[Haşiyə]
a 249-cu səhifədəki «Bunu kimlər edir?» adlı çərçivəyə bax.
b Alkoqolun standart porsiyası — tərkibində 10 qram təmiz etil spirti olan içkidir. Spirtli içkinin bir porsiyası 250 millilitr pivəyə, 100 millilitr şəraba və ya 30 millilitr tünd spirtli içkiyə bərabərdir.
c Əlavə məlumat üçün bu kitabın 8 və 9-cu fəsillərinə, həmçinin 2-ci cildin 15-ci fəslinə bax.
AÇAR AYƏ
“Əyyaş... yoxsullaşar” Süleymanın məsəlləri 23:21
MƏSLƏHƏT
Nə üçün içmək istədiyinin səbəbini müəyyənləşdir. Sonra əylənmək və stressin öhdəsindən gəlmək üçün daha sağlam üsullar tapmağa çalış.
BİLİRSƏN... ?
Amerikada aparılmış bir araşdırmaya görə, «həddindən artıq içki içən uşaqlarda dərsə gəlməmək, dərslərindən geri qalmaq, travma almaq və ya maddi cəhətdən ziyan vurmaq halları digər uşaqlara nisbətən səkkiz dəfə çoxdur».
HƏRƏKƏT PLANI!
Əgər həmyaşıdlarım mənə içki içməyi təklif edərlərsə, onlara belə deyəcəyəm: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə yeniyetmələr içki içərkən başqalarının da onlara qoşulmasını istəyirlər?
● Həddən artıq çox içməklə sən əks cinsin diqqətini cəlb edə bilərsənmi? Nəyə görə belə düşünürsən?
[250–ci səhifədəki yazı]
“Məktəb yoldaşlarım mənə içki təklif edəndə yaxşı vaxt keçirmək üçün içkiyə ehtiyacım olmadığını deyirəm” Mark
[249–cu səhifədəki çərçivə]
Bunu kimlər edir?
İngiltərədə, Şotlandiyada və Uelsdə orta məktəb şagirdləri arasında aparılan sorğuya əsasən, 13—14 yaşlarında olan hər dörd yeniyetmədən biri «dalbadal, ən azı, beş porsiya içdiyini etiraf edib». Sorğuda iştirak edən 15 və 16 yaşlı yeniyetmələrin təxminən yarısı da eyni şeyi etdiklərini demişlər. ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin verdiyi məlumata əsasən, «12—20 yaşlarında olan gənclərin təxminən 10,4 milyonu spirtli içki qəbul edir. Onların 5,1 milyonu vaxtaşırı sərxoş olana qədər içir, 2,3 milyonu isə alkoqolizmdən əziyyət çəkir və hər ay, ən azı, 5 dəfə içir». Avstraliyada aparılan araşdırma göstərmişdir ki, bu ölkədə qızlar oğlanlardan çox içir, onların bir məclisdə içdikləri porsiyanın sayı 13-dən 30-a qədərdir!
[251–ci səhifədəki şəkil]
Spirtli içki ilan kimi sancar
-