Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/7 s. 32
  • Təşəbbüskarlıq yaxşı nəticələr gətirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təşəbbüskarlıq yaxşı nəticələr gətirir
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Yaxşı əməkdaşsınız?
    Gözətçi qülləsi 2021
  • Sevinclə biçin!
    Gözətçi qülləsi 2001
  • Bolqarıstanda keçirilən kampaniyada əldə olunan nailiyyətlər
    Gözətçi qülləsi 2010
Gözətçi qülləsi 2010
w10 15/7 s. 32

Təşəbbüskarlıq yaxşı nəticələr gətirir

YIĞINCAĞININ ərazisində təbliğ etmək üçün gözlənilmədən yarana biləcək hər hansı bir imkandan istifadə etməyə hazırsanmı? Finlandiyanın tarixi dəniz limanı olan Turkuda qardaşlarımızın təşəbbüskarlığı yaxşı nəticələrə səbəb oldu.

Bir müddət əvvəl Turkuda yaşayan qardaşlar diqqət yetirdilər ki, yerli tərsanədə tikilən nəhəng gəminin üzərində aparılan işləri bitirmək məqsədilə Asiyadan bir qrup insan gəlib. Sonra bir qardaş həmin fəhlələrin hansı mehmanxanada qaldıqlarını öyrəndi. Həmçinin o, fəhlələrin səhər tezdən qaldıqları yerdən limana avtobuslarla getdiklərindən xəbər tutdu. O, dərhal bu xəbəri Turkuda ingilisdilli yığıncaqda olan qardaşlara çatdırdı.

Həmin yığıncağın ağsaqqalları başa düşdülər ki, bu qədər əcnəbilərin ora gəlməsi onlara Padşahlıq xəbərini təbliğ etmək üçün gözlənilməz imkan açır. Buna görə də onlar bu insanlara təbliğ etmək üçün hansı tədbirləri görməli olduqlarını tez bir zamanda qərarlaşdırdılar. Elə həmin həftənin bazar günü səhər saat yeddidə on təbliğçi avtobus dayanacağının yaxınlığında görüşdü. Əvvəlcə orada bir nəfər də olsun fəhlə yox idi. Qardaşlar: «Gecikmişik? Bəlkə, onlar artıq Turkudan gediblər?» — deyə təəccüblə bir-birindən soruşurdular. Çox keçmədi ki, iş paltarında olan bir fəhlənin küçənin tinindən çıxdığını gördülər. Onun ardınca digərləri də bir-bir gəlirdilər. Çox keçmədi ki, dayanacağın yanında bir dəstə işçi toplaşdı. Təbliğçilər ingilis dilində olan jurnallarla təbliğ etməyə başladılar. Xoşbəxtlikdən, işçilərin avtobusda yer tapmalarına bir saata yaxın vaxt getdi. Bunun sayəsində qardaşlar onların əksəriyyəti ilə söhbət edə bildilər. Avtobuslar yola düşəndə artıq fəhlələrdə 126 broşüra və 329 jurnal var idi!

Əldə edilən yaxşı nəticələr qardaşları növbəti həftə rayon nəzarətçisinin baş çəkdiyi müddətdə eyni şeyi təkrarlamağa təşviq etdi. Yağışlı bir gün idi. Səhər saat yeddinin yarısında rayon nəzarətçisinin keçirdiyi təbliğ görüşündən sonra 24 təbliğçi avtobus dayanacağına tərəf yollandı. Bu dəfə isə onlar özləri ilə taqaloq dilində ədəbiyyat götürmüşdülər, çünki əcnəbilərin əksəriyyətinin Filippindən olduğuna diqqət yetirmişdilər. O gün avtobus limana doğru yola düşəndə qardaşlar fəhlələrə 7 kitab, 69 broşüra və 479 jurnal vermişdilər. Bu kampaniyada iştirak edən bacı-qardaşların sevincini və keçirdikləri həyəcanı bir təsəvvür et!

Fəhlələrin öz vətənlərinə qayıtmalarından əvvəl qardaşlar onların qaldıqları mehmanxanada bəzilərinə baş çəkməyə və Padşahlıq xəbəri ilə bağlı ətraflı məlumat verməyə müvəffəq oldular. Fəhlələrin bəziləri dünyanın başqa yerlərində də Yehovanın Şahidlərinə rast gəldiklərini dedilər. Onlar Finlandiyada qaldıqları müddətdə qardaşların onlarla danışmaq üçün təşəbbüs göstərdiklərinə görə minnətdarlıqlarını bildilər.

Bəs sən yığıncağının ərazisində gözlənilmədən yarana biləcək imkanlara hazırsanmı? Müxtəlif mənşəli insanlara təbliğ etmək üçün təşəbbüsü öz üzərinə götürürsənmi? Əgər belədirsə, onda sən də Turkudan olan qardaşlarımızın keçirdikləri hissləri duyacaqsan.

[32-ci səhifədəki xəritə/şəkil]

(Xəritəyə nəşrdə baxın)

FİNLANDİYA

HELSİNKİ

Turku

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş