Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 89
  • Seks haqda düşüncələrdən necə yaxa qurtara bilərəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Seks haqda düşüncələrdən necə yaxa qurtara bilərəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Bu nəyə görə vacib məsələdir?
  • Bu nəyə görə çətindir?
  • Nə edə bilərsən?
  • Həmyaşıdlarımın cinsi əlaqəyə girmək təhrikinə necə uymayım?
    Gənclərin sualları
  • Cinsi əlaqəyə dair baxışımı necə izah edə bilərəm?
    Gənclərin sualları
  • Oral seksi cinsi əlaqə saymaq olar?
    Gənclərin sualları
  • Məni cinsi əlaqəyə təhrik edəndə nə edim?
    Gənclərin 10 sualına cavab
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 89
Yeniyetmə oğlan təhrikedici reklamlarla əhatə olunub. Yeniyetmə qız romantik filmin göstərildiyi teatrın qarşısında bir cütlük görür.

GƏNCLƏRİN SUALLARI

Seks haqda düşüncələrdən necə yaxa qurtara bilərəm?

«Seks haqda düşüncələr gözlənilmədən ağlıma gəlir və heç cür onları beynimdən çıxara bilmirəm. Sanki başqası mənim fikirlərimi idarə edir» (Vera).

«Seks haqda düşüncələrə nəzarət etmək mümkünsüz görünür. Qollarımı çırpmaq və uçmağa ümid etmək daha asan olardı» (Con).

Sən də Vera və Con kimi eyni hisslər keçirirsən? Onda bu məqalə sənə kömək edə bilər.

  • Bu nəyə görə vacib məsələdir?

  • Bu nəyə görə çətindir?

  • Nə edə bilərsən?

  • Həmyaşıdların nə deyir?

Bu nəyə görə vacib məsələdir?

Aleks adlı bir gənc deyir: «Dayım mənə demişdi ki, Allah mənim cinsi tələbatımı təmin etməyimi istəməsəydi, bu istəyi mənə verməzdi».

Aleksin dayısının sözlərinin bir qismində həqiqət var. Allah bizə cinsi istəklər verib, amma yaxşı səbəblərdən irəli gələrək. Bu gün insan irqləri törəyib-çoxalmağın sayəsində mövcuddur. Bəs onda nəyə görə seks haqda həddən artıq düşünməməliyik? İki tutarlı səbəb var:

  • Müqəddəs Kitabda yazılıb ki, Allah cinsi əlaqənin yalnız nikahda olan kişi və qadın arasında olmasını niyyət edib (Yaradılış 1:28; 2:24).

    Əgər sən subaysan və Allahın bu normasına hörmət edirsənsə, seks barədə düşüncələr sənə ancaq məyusluq gətirəcək. Bu düşüncələr, hətta səni təslim olmağa və cinsi əlaqədə olmağa təşviq edə bilər. Çoxları deyir ki, onlar buna görə sonradan çox peşman olublar.

  • Seks haqda düşüncələri nəzarətdə saxlamaq sənə özünə hakim olmağı öyrədəcək. Bu xüsusiyyət həyatın digər sahələrində sənə kömək edəcək (1 Korinflilərə 9:25).

Özünə hakim olmaq xüsusiyyəti həm indi, həm gələcəkdə xoşbəxt həyata sahib olmağa kömək edəcək. Bəzi tədqiqatçılar araşdırıb ki, özünə hakim olan uşaqlar yetkin yaşlarında ciddi xəstəliklərlə, maddi sıxıntılara görə narahatçılıqlarla və qanunla bağlı problemlərlə daha az rastlaşırlara.

Bu nəyə görə çətindir?

Ətrafımızdakı insanlar bütün günü seks haqda düşünür və danışır. Üstəlik, gənc yaşlarda insanda hormonal dəyişikliklər baş verir. Bütün bunlar seks haqda düşüncələri ağlımızdan çıxarmağa çətinlik törədir.

«Hər televiziya proqramı nikahda olmayan biri ilə cinsi əlaqədə olmağı normal və təhlükəsiz olduğunu təlqin edir. Düzgün olmayan cinsi əlaqənin nəticəsi göstərilməyəndə yanlış düşüncələri ağlından silmək çətin olur» (Rut).

«İşdə olanda istər-istəməz seks barədə çoxlu ədəbsiz söhbətlər eşidirəm və bu, məndə maraq oyadır. Nikahdankənar cinsi əlaqə o qədər normal təqdim edilir ki, onun yanlış olduğunu düşünmək çətindir» (Nikol).

«Sosial mediada şəkillərə baxarkən diqqəti əldən vermək çox asandır. Bir seksual xarakterli şəkil beyninə həkk oluna və bir də yaddaşından silinməyə bilər» (Mariya).

Bu kimi amillər ucbatından özünü həvari Bulus kimi hiss edə bilərsən. O yazmışdı: «Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur» (Romalılara 7:21).

Yanlış düşüncələr əksər yeniyetmələrin beynində quşlar kimi yuva qurur. Yeniyetmə oğlan yanlış düşüncənin beynində yuva qurmasına imkan vermir.

Qoyma yanlış düşüncələr beynində yuva qursun

Nə edə bilərsən?

Başqa şeylər haqda düşün. Çalış fikrini seksdən başqa şeylərə cəmləyəsən. Bu, hobbi, idman növləri, məşq və ya diqqətini çəkən hər hansı bir fəaliyyət ola bilər. Valeriye adlı qız deyir: «Müqəddəs Kitabı oxumaq kömək edir. Orada Allah haqda fikirlər yer alır və bu fikirlər sənin düşüncənə hakim olanda ağlına başqa şeylər gəlmir».

Düzdür, seks haqda düşüncələr istər-istəməz ağlına gələ bilər. Amma bu düşüncələrlə nə etməyin sənin özündən asılıdır. Bu düşüncələri dəf etmək üçün sənə güc lazım olsa da, bunu etməlisən.

«Seks barədə düşüncələr ağlıma gələndə özümü məcbur edirəm ki, başqa şeylər haqda düşünüm. Həmçinin çalışıram müəyyən edim görüm bu düşüncələrin ağlıma gəlməsinə səbəb nədir. Səbəb hər hansı bir mahnı, yaxud şəkildirsə, onu silməliyəm» (Helena).

Müqəddəs Kitab prinsipi: «Saleh, pak... nə varsa, bunlar haqda düşünün» (Filippililərə 4:8).

Yaxşı əhatə dairəsi seç. Əgər dostların həmişə seks barədə danışırsa, ağlını təmiz saxlamaq sənə çətin olacaq.

«Yeniyetmə olanda yanlış düşüncələrlə mübarizə aparırdım və vaxt keçirdiyim insanlar bunu mənim üçün lap çətinləşdirirdilər. Yanlış istəkləri alovlandıran insanların ətrafında olanda fikrin hisslərinə cəmlənir. Onlar sanki odun üstünə yağ tökürlər» (Sara).

Müqəddəs Kitab prinsipi: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20).

Zərərli əyləncələrdən uzaq dur. Hər kəsə məlumdur ki, bu gün əyləncənin bütün növləri seksi təlqin edir. Nikol deyir: «Musiqi məni həmişə təsiri altına alır. O, hətta istəklərimi elə alovlandıra bilər ki, qarşısını ala bilmərəm».

«Seksual xarakterli filmlərə və televiziya proqramlarına baxmağa başlamışdım. Bunun fərqinə varmazdan əvvəl bütün ağlımı seks barədə düşüncələr almışdı. Bu düşüncələrin haradan qaynaqlandığını öyrənmək asan oldu. Bu filmlərə və televiziya proqramlarına baxmağı dayandıran kimi artıq seks barədə düşünmürdüm. Əyləncə seçimi ilə bağlı diqqətli olanda yanlış düşüncələrdən qaçmaq daha asan olur» (Coan).

Müqəddəs Kitab prinsipi: «Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə, çəkməyin» (Efeslilərə 5:3).

Nəticə: Bəzi insanlar düşünür ki, onların cinsi istəkləri o qədər vacibdir ki, bu istəklərə nəzarət etməməlidirlər və edə də bilməzlər. Amma Müqəddəs Kitabda bunun tam əksi deyilir. Orada düşüncələrimizə nəzarət edə biləcəyimiz yazılıb. Bu sübut edir ki, etdiklərimiz Allah üçün çox vacibdir.

Müqəddəs Kitab prinsipi: «Daima düşüncə tərzinizi yeniləşdirməlisiniz» (Efeslilərə 4:23).

Həmyaşıdların nə deyir?

Tayler

«Əyləncələr bizdə yanlış düşüncələr oyatmaq məqsədilə tərtib olunub. Kiminlə vaxt keçirəcəyimizi, nəyə baxıb, nə oxuyacağımızı seçmək üçün əlimizdən gələni etməliyik. Yanlış istəkləri alovlandıran vəziyyətlərdən qaçınmalıyıq» (Tayler).

Yadisti

«Əgər müntəzəm olaraq Müqəddəs Kitabı oxusaq və dua etsək, özünə hakim olmaq bacarığına yiyələnəcəyik. Adətən, davamlı olaraq yanlış düşüncələrə görə problem yaşayan insan belə bir rutinə sahib deyil» (Yadi).

Təkrar: Seks haqda düşüncələrdən necə yaxa qurtara bilərəm?

  1. Başqa şeylər haqda düşün.

  2. Yaxşı əhatə dairəsi seç.

  3. Zərərli əyləncələrdən uzaq dur.

Düşün: Hansı sahədə özünü təkmilləşdirə bilərsən?

a  Subay olarkən özünə hakim olmağı bacarmaq çox vacibdir. Çünki evli olsan, bu xüsusiyyətə ehtiyacın olacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş