Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g15 oktyabr s. 3—6
  • Allaha vermək istədiyimiz üç sual

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha vermək istədiyimiz üç sual
  • Oyanın! 2015
  • Başlıqlar
  • Oxşar material
  • 1 «NİYƏ ƏZAB-ƏZİYYƏTƏ YOL VERİRSƏN?»
  • 2 «NİYƏ DİNLƏR BU QƏDƏR RİYAKARDIR?»
  • 3 «NİYƏ YARATMISAN BİZİ?»
  • Allah haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Yaradanımızı yaxından tanıyaq
    Müqəddəs Kitab təlimləri
  • Dərd-sər nə vaxtsa bitəcək?
    Dərd-sər nə vaxtsa bitəcək?
Əlavə
Oyanın! 2015
g15 oktyabr s. 3—6
Kişi insanın mövcudluğu, din və Kainat barədə düşünür

ÜZ QABIĞINDAKI MÖVZU

Allaha vermək istədiyimiz üç sual

SYUZEN yeddi yaşından Allah haqqında suallar verməyə başlayıb. Həmin vaxt onun doqquz yaşlı dostu Al poliomielit xəstəliyi diaqnozu ilə xəstəxanaya aparılmış və ona süni nəfəs aparatı qoşulmuşdu. Syuzenin həmin hadisə zamanı keçirdiyi hisslər barədə «Nyu-York Tayms» qəzetinin 2013-cü il 6 yanvar sayında yazılıb. Dostuna baş çəkəndən sonra Syuzen anasından soruşdu: «Allah niyə ona qıydı, axı o balacadır?» Anası cavab verdi: «Mən bilmirəm. Adətən, belə vəziyyətdə keşişlər deyir ki, Allah bilən məsləhətdir». İki il sonra 1954-cü ildə Conas Salk poliomielitə qarşı vaksin icad etdi. Syuzenin anası fikirləşirdi ki, yəqin, o dərmanı icad etməyə Conasa Allah kömək edib. Bunu eşidən Syuzen dedi: «Allah elə edə bilməzdi ki, həkimlər bu dərmanı Al xəstəxanaya düşməmiş icad etsinlər?» Syuzen növbəti sözlərlə yaşadığı bu hisslərin ona necə təsir etdiyini yazır: «Dostum Al səkkiz ildən sonra rəhmətə getdi. Elə o vaxtdan mən qatı ateist oldum». Syuzen kimi, faciənin qurbanı və ya şahidi olan bir çoxları da Allah haqda suallarına qaneedici cavab tapa bilmirlər. Buna görə də bəziləri ateist olur. Digərləri isə Allahın varlığını tam inkar etməsələr də, skeptik olurlar. Demək olmaz ki, ateistlər və skeptiklər dindən uzaq adamlardır. Adətən, dində gördükləri şeylər onları imansız olmağa təhrik edir. Onların fikrincə, din həyati vacib sualları cavablandırmağa acizdir. Həmin suallar Allaha iman edən insanları da narahat edir. Əgər fürsət olsaydı, insanlar Allahdan nəyi soruşardılar? Gəlin üç sualı və Müqəddəs Kitabın onları necə cavablandırdığını nəzərdən keçirək.

1 «NİYƏ ƏZAB-ƏZİYYƏTƏ YOL VERİRSƏN?»

Niyə məhz bu sual?

Çoxları düşünür ki, Allah məhəbbətli olsaydı, qoymazdı başımıza bu qədər bəla gəlsin.

BİR DÜŞÜNÜN: Başqa xalqların adət-ənənələri bizə qəribə gələ, hətta bizi şoka sala bilər. Biz asanlıqla səhv qənaətə gələ bilərik. Məsələn, bir mədəniyyətdə gözünün içinə baxmaq səmimiyyəti bildirir, digərində isə bu, hörmətsizlik sayılır. Amma demək olmaz ki, hər iki tərəf səhvdir. Sadəcə onlarla daha yaxından tanış olmaq lazımdır.

Allaha gəldikdə də eyni şeyi demək olar. Çoxları düşünür ki, madam əzab-əziyyət var, deməli, Allah yoxdur. Digərləri isə Onun bunlara nə üçün yol verdiyini anlayır və Onun varlığına əmin olur.

ALLAHIN KƏLAMINDA DEYİLİR: Allahın fikirləri və yolları bizimkindən fərqlidir (Əşiya 55:8, 9). Buna görə də Onun işləri və nə üçün səbir etdiyi ilk baxışdan bizə təəccüblü gələ bilər.

Amma Müqəddəs Kitabda deyilmir ki, «Allahın işini bilmək olmaz» fikri ilə razılaşmaq lazımdır. Kəlam bizi Allah haqqında daha çox öyrənməyə təşviq edir. Beləcə, biz Onun etdiklərinin səbəbini və zamanını başa düşürüka. Biz hətta Allaha yaxınlaşa bilirik (Yaqub 4:8).

2 «NİYƏ DİNLƏR BU QƏDƏR RİYAKARDIR?»

Niyə məhz bu sual?

Bəziləri deyir ki, Allah səmimiyyətə qiymət versəydi, Ona ibadət edənlər arasında bu qədər ikiüzlü adam olmazdı.

BİR DÜŞÜNÜN: Tutaq ki, oğul atasının öyüd-nəsihətini rədd edib evdən gedir. Atası bunu bəyənməsə də, oğlunun getməsinə mane olmur. Oğul pis yola düşür. Sonradan bu oğlu görənlərin atası barədə pis fikirdə olmaları və ya ümumiyyətlə, onun atasız böyüdüyünü düşünmələri düzgün olardı? Təbii ki, yox. Dində riyakarlığın olması da sübut edir ki, Yaradanımız insanlara öz yollarını seçməyə imkan verir.

ALLAHIN KƏLAMINDA DEYİLİR: Allah ikiüzlülüyə nifrət edir (Ərəmya 7:29—31; 32:35). Bununla belə, O, insanların iradə azadlığına hörmətlə yanaşır. Allaha inandığını deyənlərin əksəriyyəti insanların uydurduğu təlimlərə riayət edir və özlərinin qoyduğu əxlaq normalarına uyğun yaşayırlar (Mətta 15:7—9).

Allahın bəyəndiyi ibadətdə isə riyakarlığa yer yoxdurb. İsa peyğəmbər demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:35). Belə məhəbbət riyasız olmalıdır (Romalılara 12:9). Əksər dinlərdə bu cür məhəbbətin izi-tozu belə yoxdur. Misal üçün, 1994-cü ildə Ruandada baş verən soyqırımda on minlərlə insan öz dindaşlarını qətlə yetirmişdi. Axı niyə? Nədir-nədir onlar başqa tayfadan idilər. Onlardan fərqli olaraq, Yehovanın Şahidləri qantökmədə iştirak etmədi. Onlar iman bacı-qardaşlarını və başqalarını qorumaq üçün öz həyatlarını belə təhlükəyə atırdılar. Bu cür fədakarlıq göstərir ki, din riyasız ola bilər.

3 «NİYƏ YARATMISAN BİZİ?»

Niyə məhz bu sual?

Bəziləri soruşa bilər: «Axı niyə insan cəmi 80—90 il yaşayıb sonra ölür? Belə qısa həyatın mənası nədir?»

Kişi Allahın Kəlamını oxuyur

BİR DÜŞÜNÜN: Elə insanlar var ki, Allaha inanmasalar da, fiziki aləmin mürəkkəbliyini və intizamını danmırlar. Onlar anlayırlar ki, planetimiz, digər planetlər və ay elə qurulub ki, yer üzündə yaşayış mümkün olsun. Onların izahatına görə, Kainatı idarə edən təbiətin qanunları elə mükəmməl şəkildə qoyulub ki, cüzi fərq belə həyatı mümkünsüz edərdi.

ALLAHIN KƏLAMINDA DEYİLİR: Həyatımız qısa olduğuna görə çoxları Yaradanın mövcudluğunu inkar edir. Ancaq xilqət Xaliqdən xəbər verir (Romalılara 1:20). Bu qədər şeyi, o cümlədən bizi Allah məqsədyönlü şəkildə yaradıb. Yaradanımız insanları yer üzündə əbədi yaşamaq üçün yaradıb və bu niyyət dəyişməyib (Zəbur 37:11, 29; Əşiya 55:11).

Allahın mövcudluğunu və hətta bəzi xüsusiyyətlərini Onun yaratdıqlarına baxıb görə bilərik. Amma Yaradan istəmirdi ki, biz Onun niyyətini bu şəkildə öyrənək. Allah niyyətini və həyatın mənasını yalnız Özü başa sala bilər. O, bunu Öz Kəlamı vasitəsilə edirc. Yehovanın Şahidləri Müqəddəs Kitabdan bu üç sualın cavabını tapmağa sizə böyük məmnuniyyətlə kömək edərlər.

a Allahın əzablara nə üçün yol verdiyini bilmək istəyirsinizsə, Yehovanın Şahidləri tərəfindən dərc edilən əsas dərs vəsaitinin 11-ci fəslinə baxın. Bu vəsaiti həmçinin www.jw.org/az-latn saytından yükləyə bilərsiniz.

b Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən əsas dərs vəsaitinin 15-ci fəslinə baxın. Bu vəsaiti həmçinin www.jw.org/az-latn saytından yükləyə bilərsiniz.

c Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən əsas dərs vəsaitinin 3-cü fəslinə baxın. Bu vəsaiti həmçinin www.jw.org/az-latn saytından yükləyə bilərsiniz.

O, AXTARDIĞINI TAPDI

 Gənc yaşlarında olan Hari hərbi formada

Uşaq ikən Hari heç cür barışa bilmirdi ki, nəyə görə sevən Allah əzablara yol verir. Böyüyəndə isə o, müharibə dəhşətlərinin şahidi oldu. O düşünürdü: «Əgər Külli-İxtiyar Yaradan varsa, onda nəyə görə O, çoxlu insanların, ələlxüsus da günahsız uşaqların faciələrin qurbanı olmalarına izin verir?»

Universiteti bitirməsinə, cürbəcür dinlərlə maraqlanmasına baxmayaraq, Harinin sualları cavabsız qalmışdı. İllərlə cavab tapa bilmədiyi üçün axırda Allahın mövcudluğuna inamı itdi.

Hari

Harry

Ancaq axtardığı cavabların Müqəddəs Kitabda olduğunu biləndə araşdırmağa başladı. Hari çox şey öyrəndi. Bildi ki, pisliyin səbəbkarı Allah deyil. Əslində O, pisliyə nifrət edir və yaratdıqları əzab çəkəndə ürəyi ağrıyır (Məsəllər 6:16—19; Əşiya 63:9; Yaqub 1:13). İnsanlar Allahı saymayıb öz bildiklərini etdikləri üçün başlarına bu qədər bəla gəlir (Qanunun təkrarı 32:4, 5; Yaqub 1:14, 15). İnsanların itaətsizliyinə baxmayaraq, Allah niyyətindən vaz keçməyib. Yaradan pisliyin kökünü kəsmək üçün dərhal tədbir görüb. O, pisliyin bütün acı nəticələrini aradan qaldıracaq. Eyni zamanda əzablara tab gətirsinlər deyə insanlara təsəlli verir və kömək edir (Yaradılış 3:15; Romalılara 8:20, 21; Vəhy 21:4).

Bu cavablar Harinin ürəyinə su səpdi. Onların sayəsində o, sonradan üzləşdiyi bədbəxtliyə tab gətirə bildi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş