Ümumiyətlə, kiməsə e’tibar etmək olarmı?
“BERLİN SƏDDİ” 1989-cu ildə dağıldıqdan sonra, əvvəllər yaxşı gizlədilmiş bir sıra faktlar aşkar edildi. Məsələn, keçmiş ADR-dən olan Lidiyaa öyrəndi ki, sosialist rejimi zamanı Ştazi, yə’ni Dövlət Təhlükəsizliyi Xidməti onun adına iş qaldırmış və onun şəxsi həyatı ilə bağlı bütün dəlilləri bura toplamışdır. Əlbəttə, Lidiya bunu eşidəndə təəccübləndi, lakin onu əsl mə’nada sarsıdan o oldu ki, Ştaziyə bu mə’lumatı verən onun əri olmuşdu. O, tam e’tibar edə biləcəyi kəs tərəfindən xəyanətə uğramışdı.
Londonun “Tayms” qəzetində yazıldığı kimi, ahıl yaşlı Robert adlı bir kişi öz həkimini “yüksək dərəcədə hörmətə, e’tibara layiq və valehedici” bir insan hesab edirdi. Həkim “mehriban və şəfqətli” idi. Robert qəflətən öldü. Bu ürək tutması və ya insult idimi? Xeyr. Mə’lum olduğu kimi, həkim Robertə evlərində baş çəkirdi. Həkim xəstədən və onun ailəsindən xəbərsiz Robertə ölüm gətirən iynə vurmuşdur. Aydın olduğu kimi, Robert tam e’tibar etdiyi şəxs tərəfindən qətlə yetirilmişdir.
Lidiya və Robert e’tibar etdikləri insanların xəyanəti ucbatından ciddi zərər çəkmişlər. Bə’zən nəticə bu dərəcədə ciddi olmur. Bununla belə e’tibarın bu cür doğrulmazlığı az təsadüf olunan hal deyil. Almaniyada ictimai rə’y üzrə aparıcı institutun hesabatına əsasən, bir sorğuda iştirak edənlərin 86 faizi e’tibar etdikləri insanlar tərəfindən xəyanətə uğramışlar (“Allensbacher Jahrbuch der Demoskopie 1998-2002”). Yəqin buna bənzər hadisə sizin də başınıza gəlib. Buna görə də İsveçrənin 2002-ci il üçün “Noye Sürxer Saytunq” qəzetində verilən xəbərə təəccüblənməyə dəymir. Orada deyilirdi: “İnkişaf etmiş Qərb ölkələrində insanlar ilbəil bir-birlərinə daha az e’tibar edirlər və bu vəziyyət artıq uzun illərdir ki, dəyişmir”.
Qazanmaq çətin, itirmək isə asandır
E’tibar nədir? Bir lüğətə əsasən, e’tibar etmək — “kiminsə düzgünlüyünə, səmimiliyinə və sənə qəsdən zərər vurmayacağına inanmaq” deməkdir. E’tibarı qazanmaq üçün vaxt tələb olunur, lakin onu bir anlığa itirmək olar. Çoxları onların e’tibarlarından necə sui-istifadə edildiyini görürlər. Bu səbəbdən insanların başqalarına e’tibar etməyə meylli olmadıqlarına təəccüb etməyə dəyərmi? 2002-ci ildə Almaniyada aparılan bir araşdırmanın nəticəsinə görə “gənc oğlan və qızların üçdə bir hissəsindən azı ətrafdakılara e’tibar edir”.
Biz özümüzdən soruşa bilərik: “Ümumiyyətlə, kiməsə e’tibar etmək olarmı? E’tibarımızı doğrultmayacaqları halda kiməsə e’tibar etməyə dəyərmi?”
[Haşiyə]
a Adlar dəyişdirilib.
[3-cü səhifədəki yazı]
Bir sorğuda iştirak edənlərin 86 faizi e’tibar etdikləri insanlar tərəfindən xəyanətə uğramışlar.