Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/1 s. 12—14
  • Həyat yoldaşınız ağır xəstədirsə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat yoldaşınız ağır xəstədirsə
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Bir-birinizə qarşı diqqətli olun
  • Tarazlı şəkildə cədvəl tutun
  • Müsbət əhval-ruhiyyəni qorumağa çalışın
  • Bir-birinizə hörmət edin
    Gözətçi qülləsi 2011
  • İşi işdə qoyun
    Ailələrə komək
  • İkinci nikah: problemlər və həlli yolları
    Gözətçi qülləsi 2013
  • Evliliyin birinci ilindən necə «sağ çıxmaq» olar?
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/1 s. 12—14

Ailə xoşbəxtliyinin açarları

Həyat yoldaşınız ağır xəstədirsə

Nensiadeyir: «Mənə xroniki yorğunluq sindromu diaqnozu qoyulandan ailəni dolandırmaq üçün yalnız ərim işləyir. Lakin o, mənə xərclərimiz haqqında bir kəlmə də demir. Bilmirəm nə üçün o, mənimlə pulla bağlı heç nə danışmır. Yəqin pul sarıdan vəziyyətimiz o qədər pisdir ki, o, bunu bilsəm təlaşa düşəcəyimdən qorxur.

AİLƏ həyatı çətinliksiz ötüşmür, ancaq ər və ya arvad xroniki xəstə olanda vəziyyət daha da ağırlaşa bilərb. Sizin də həyat yoldaşınız xəstədirmi? Əgər belədirsə, ola bilsin, növbəti suallar sizi də narahat edir: «Yoldaşımın səhhəti getdikcə pisləşsə, mən nə edəcəm? Onun qayğısına qalmağa, həmçinin bişir-düşürə, ev-eşiyi yığışdırmağa və işləməyə nə vaxta qədər gücüm çatacaq? Sağlam olduğum üçün özümü niyə günahkar hiss edirəm?»

Digər tərəfdən, xəstəlikdən əziyyət çəkən sizsinizsə, belə suallarınız yarana bilər: «Məsuliyyətlərimi yerinə yetirə bilmədiyimə baxmayaraq, özümə necə hörmət edə bilərəm? Xəstə olduğum üçün yoldaşım mənə yük kimimi baxır? Bu, ailə xoşbəxtliyimizin sonudurmu?»

Əfsuslar olsun ki, bəziləri xroniki xəstəlik ucbatından ailədə yaranan problemlərə təslim olmuşlar. Lakin bu o demək deyil ki, eyni vəziyyət sizin də başınıza gələcək.

Bir çox ailələr xroniki xəstəliyin gətirdiyi problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Məsələn, Yoşiaki və Kazukonun nümunəsinə nəzər salaq. Onurğa sütunu zədələnən Yoşiaki kənardan kömək olmasa, heç yerindən belə tərpənə bilmir. Kazuko deyir: «Ərimə hər şeydə kömək etmək lazımdır. Onu qaldırıb-qoymaqdan boynum, çiyinlərim və qollarım ağrıyır və buna görə də ortoped yanında müalicə alıram. Çox vaxt mənə elə gəlir ki, bu qədər yükü daşımağa məndə taqət qalmayıb». Ancaq bu qədər çətinliyə baxmayaraq, Kazuko deyir: «Ailə tellərimiz daha da möhkəm olub».

Bəs bu şərtlər daxilində ailə necə xoşbəxt ola bilər? İlk növbədə, sağlam olan xəstəliyə yalnız yoldaşının yox, özünün də problemi kimi baxmaqla ailədə əmin-amanlığı qoruya bilər. Bundan savayı, əgər ər və ya arvad xəstədirsə, fərqli tərzdə olsa da, bundan hər ikisi əziyyət çəkir. Ər-arvad arasında olan bu qarşılıqlı münasibət Yaradılış 2:24 ayəsində belə təsvir olunur: «Kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq». Buna görə də ailədə kimsə xroniki xəstədirsə, çətinliklərin öhdəsindən gəlmək üçün ər-arvadın bir-birinə dəstək olması olduqca vacibdir.

Bundan əlavə, araşdırmalar göstərir ki, xroniki xəstəliklə üzləşərkən yaxşı münasibətlərini qoruyan ər-arvad düşdükləri vəziyyətlə barışa bilir və ona uyğunlaşmağın yollarını axtarırlar. Tab gətirməklə özlərində tərbiyə etdirdikləri bir çox keyfiyyətlər Müqəddəs Kitabın heç vaxt köhnəlməyən məsləhətlərinə uyğun gəlir. Gəlin aşağıdakı üç məsləhəti nəzərdən keçirək.

Bir-birinizə qarşı diqqətli olun

Vaiz 4:9 ayəsində deyilir: «İki adam bir adamdan yaxşıdır». Nə üçün? Çünki: «Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar»,— deyə növbəti ayədə izah olunur. Bəs siz, onu qiymətləndirdiyinizi göstərərək, ‘yoldaşınızı qaldırırsınızmı’?

Hər fürsətdən istifadə edərək, bir-birinizə kömək etməyə çalışırsınızmı? Arvadının bir tərəfi iflic olan Yonq deyir: «Həmişə arvadıma qarşı diqqətli olmağa çalışıram. Ürəyim su istəyəndə, düşünürəm, bəlkə o da susayıb. Gəzməyə çıxıb təbiəti seyr etmək istəyəndə, ona mənimlə getməyi təklif edirəm. Biz bütün ağrı və çətinliklərə birgə sinə gərməyə çalışırıq».

Yox, əgər köməyə ehtiyacı olan sizsinizsə, xəstəliyinizi ağırlaşdırmayacaqsa, hansısa işin öhdəsindən təkbaşına gələ bilərsinizmi? Belə edərsinizsə, özünüzə hörmətiniz artacaq, həmçinin sizin qayğınıza qalan həyat yoldaşınızın işini yüngülləşdirmiş olacaqsınız.

Həyat yoldaşınızın nəyə ehtiyacı olub-olmadığını yaxşı bildiyinizi düşünmək əvəzinə, onu qiymətləndirdiyinizi göstərmək üçün nəyə görə bunu onun özündən soruşmayasınız? Yuxarıda adı çəkilən Nensi ərinə ailənin maddi vəziyyəti haqqında heç nə bilmədiyi üçün narahat olduğunu bildirdi. İndi onun əri bu məsələ ilə bağlı ona daha çox məlumat verir.

MƏSLƏHƏT: Vəziyyəti az da olsa, yüngülləşdirmək üçün, sizin zənninizcə, yoldaşınızın edə biləcəyi şeylərin siyahısını tutun və eyni şeyi etməyi yoldaşınızdan da xahiş edin. Sonra vərəqləri dəyişdirin. Hər biriniz həqiqətən də yerinə yetirə biləcəyiniz bir-iki təklifi qeyd edin.

Tarazlı şəkildə cədvəl tutun

Müdrik padşah Süleyman yazmışdı: «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1). Lakin sizə elə gələ bilər ki, həyat yoldaşınızın xroniki xəstəliyi ilə bağlı yaranan problemlər ucbatından, tarazlı şəkildə tutduğunuz cədvələ müvafiq davranmaq mümkün deyil. Ailə həyatında az da olsa, tarazlı olmaq üçün nə edə bilərsiniz?

Çalışın birlikdə müntəzəm olaraq fikrinizi xəstəlikdən yayındırıb başqa şeylərə yönəldəsiniz. Əvvəllər birlikdə həvəslə etdiyiniz bəzi şeyləri indi də etməyə xəstəlik yol verirmi? Yox, əgər yol vermirsə, birlikdə məşğul ola biləcəyiniz yeni bir şey fikirləşin. Bu, bir-birinizə nə isə oxumaq kimi sadə, yaxud yeni dil öyrənmək kimi çətin məşğuliyyətlər ola bilər. Xəstəliyin mane olmadığı işləri birlikdə görmək sizi «bir bədən» kimi bir-birinizə yaxın edəcək və xoşbəxtliyinizi artıracaq.

Tarazlığı qorumağın daha bir üsulu başqaları ilə ünsiyyətdə olmaqdır. Müqəddəs Kitabda deyilir: «Tənhalığı sevən niyyətinin ardınca düşür, sağlam şüura zidd gedir» (Süleymanın məsəlləri 18:1). Diqqət yetirdinizsə, ayədə deyilir ki, tənhalıq insanın düşüncəsinə pis təsir edə bilər. Ancaq vaxtaşırı başqaları ilə ünsiyyətdə olmaq insanın eynini aça və ona rahatlıq gətirə bilər. Bu səbəbdən yaxşı olar ki, kimisə evinizə qonaq çağırasınız.

Xəstə həyat yoldaşına baxan adam hərdən tarazlığı itirə bilər. Bəziləri həddən artıq çox işləyir, özlərini əldən salır və sağlamlıqlarını təhlükəyə atırlar. İş o yerə gəlib çıxa bilər ki, sevdikləri insanın qeydinə qalmağa belə gücləri qalmaz. Buna görə də xəstə həyat yoldaşınıza baxırsınızsa, özünüzü də fikirləşin. Sakit yerdə dincəlmək üçün müntəzəm vaxt ayırınc. Bəziləri vaxtaşırı eyni cinsdən olan etibarlı dostuna ürəyini boşaltmaqla sakitlik tapırlar.

MƏSLƏHƏT: Həyat yoldaşınıza qulluq edərkən qarşılaşdığınız problemlərin siyahısını tutun. Sonra bu problemlərin öhdəsindən gəlmək və ya onlarla mübarizə aparmaq üçün ata biləcəyiniz addımları qeyd edin. Onları xırdalamaq əvəzinə, özünüzdən soruşun: «Düşdüyümüz vəziyyətdən ən real və sadə çıxış yolu hansıdır?»

Müsbət əhval-ruhiyyəni qorumağa çalışın

Müqəddəs Kitab xəbərdarlıq edir: «“Niyə keçən günlər bu gündən yaxşı idi?” demə» (Vaiz 7:10). Buna görə də: «Xəstəlik olmasaydı həyatımız tamam başqa cür olardı»,— deyə fikirləşməyin. Unutmayın ki, bu dünyada sözün əsil mənasında xoşbəxt olmaq mümkün deyil. Beləliklə, düşdüyünüz vəziyyətə uyğunlaşsanız və mübarizə aparmağa davam etsəniz, xoşbəxtliyin açarını tapacaqsınız.

Bəs bu işdə sizə və həyat yoldaşınıza nə kömək edə bilər? Əldə etdiyiniz xeyir-dualardan danışın. Səhhətinizdə az da olsa, irəliləyiş hiss edəndə sevinin. İrəlidə sizi gözləyən yaxşı şeylər haqda düşünün və qarşınıza birgə çata biləcəyiniz məqsədlər qoyun.

Şoji və Akiko cütlüyü bu məsləhətin yaxşı nəticə gətirdiyinə şəxsi təcrübələrindən əmin olmuşlar. Akikoya fibromialgiya diaqnozu qoyulduqdan sonra onlar məsihçi xidmətində icra etdikləri xüsusi tammüddətli xidməti dayandırmalı olmuşdular. Bu, onları məyus etmişdimi? Təbii ki. Buna rəğmən, Şoji belə vəziyyətlə üzləşənlərə məsləhət görür: «Daha edə bilmədiyiniz şeylər haqda düşünüb özünüzü üzməyin. Müsbət əhval-ruhiyyəni qoruyun. Hər ikiniz də vəziyyətin nə vaxtsa yaxşılaşacağına ümid etsəniz belə, fikrinizi indi necə yaşayacağınıza cəmləyin. Bizim vəziyyətimizdə məndən arvadıma daha çox diqqət yetirmək və ona kömək etmək tələb olunur». Əgər sizin də həyat yoldaşınız ağır xəstəlikdən əziyyət çəkirsə, bu cür praktiki məsləhət sizə də fayda gətirə bilər.

[Haşiyələr]

a Bəzi adlar dəyişdirilib.

b Bu məqalədə ər və ya arvadın xroniki xəstəliyinə görə ailədə yaranan vəziyyətlər müzakirə edilsə də, buradakı məlumatdan, həmçinin qəza nəticəsində fiziki zədə alan, yaxud depressiya kimi emosional problemdən əziyyət çəkən ər-arvadlar da faydalana bilər.

c Şəraitinizdən asılı olaraq, əgər mümkündürsə, kömək üçün xəstələrə qulluq göstərən səhiyyə təşkilatlarına, yaxud başqa xüsusi orqanlara müraciət etməyiniz də münasib olardı.

ÖZÜNÜZDƏN SORUŞUN...

Hal-hazırda yoldaşımla mən nə etməliyik?

▪ Xəstəlik haqqında daha çox danışmalı

▪ Xəstəlikdən az söz açmalı

▪ Narahatçılığı azaltmalı

▪ Bir-birimizə qarşı daha diqqətli olmalı

▪ Birlikdə vəziyyətimizin yol verdiyi işlə məşğul olmalı

▪ Başqaları ilə daha çox ünsiyyətdə olmalı

▪ Qarşımıza ümumi məqsədlər qoymalı

[14-cü səhifədəki şəkil]

Düşdüyünüz vəziyyətdə tarazlığı qorumaq üçün birlikdə maraqlı bir şeylə məşğul ola bilərsinizmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş