Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/3 s. 28—29
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Allahın tə’yin etdiyi hakimiyyətə sədaqətlə tabe olun
    Gözətçi qülləsi 2002
  • Yehova səni tanıyırmı?
    Gözətçi qülləsi 2011
  • İsraillilər Yehovaya üsyan edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Özünə güvənmək rüsvayçılığa səbəb olur
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/3 s. 28—29

Oxucuların sualları

Yezekel 18:20 ayəsində yazılan «oğul atanın təqsirinin məsuliyyətini daşımaz» sözləri Yehovanın Çıxış 20:5 ayəsindəki ‘ataların cəzasını övladlarına çəkdirərəm’ sözlərinə zidd gedirmi?

Burada heç bir ziddiyyət yoxdur. Ayələrin birində əsas diqqət insanın daşıdığı məsuliyyətə yönəlib, digərində isə insanın övladlarının da onun səhvlərinin acı nəticələrini çəkə biləcəyi etiraf olunur.

«Yezekel» kitabının 18-ci fəslinin kontekstində insanın hərəkətlərinə görə özünün məsuliyyət daşıdığı vurğulanır. 4-cü ayədə deyilir: «Günah işlədən adam öləcək». Bəs «əgər bir adam salehdirsə, ədalətli və saleh işlər görürsə», onda necə? ‘Bu adam, əlbəttə, yaşayacaq’ (Yez. 18:5, 9). Beləliklə, hərəkətlərinə görə cavabdeh ola biləcək, yetkin yaşa çatmış hər kəs ‘əməllərinə görə’ mühakimə olunur (Yez. 18:30).

Bu prinsip Qorah adlı levilinin nümunəsindən aydın görünür. İsraillilərin səhralıqda dolaşdığı vaxt Qorah Yehovanın ona verdiyi xüsusi tapşırığa qane olmadı. Kahinlik vəzifəsini əldə etmək üçün Qorah və bir neçə adam Yehovanın nümayəndəsi olan Musa ilə Haruna qarşı üsyan qaldırdı. Hüquqları çatmayan bu vəzifəni təkəbbürlə əldə etməyə çalışdıqları üçün Yehova Qorahı və onunla birlikdə üsyan qaldıranları məhv etdi (Say. 16:8—11, 31—33). Amma Qorahın oğulları üsyana qoşulmamışdılar. Allah onları atalarının günahına görə məsuliyyətə cəlb etmədi. Yehovaya sadiq qalmaları sayəsində onlar həyatlarını xilas etdilər (Say. 26:10, 11).

Bəs On əmrin bir hissəsi olan Çıxış 20:5 ayəsindəki xəbərdarlıq haqda nə demək olar? Gəlin yenidən kontekstə nəzər salaq. Yehova Qanun əhdini İsrail xalqı ilə bağlamışdı. Əhdin şərtlərini eşitdikdən sonra israillilər birağızdan demişdilər: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik» (Çıx. 19:5—8). Bununla, bütün xalqın Yehova ilə xüsusi münasibəti yarandı. Deməli, Çıxış 20:5 ayəsi əsas etibarilə bütün xalqa ünvanlanmışdı.

İsraillilər Yehovaya sadiq olanda bütün xalq fayda əldə edir və çoxlu xeyir-dualar alırdı (Lev. 26:3—8). İsrail xalqı Yehovanı inkar edib, yalançı allahlara üz tutanda Yehova onlara nə xeyir-dua verir, nə də müdafiə edirdi; xalq fəlakətlərlə üzləşirdi (Hak. 2:11—18). Düzdür, xalqın arasında bütpərəstliyin baş alıb getməsinə baxmayaraq, bəziləri nöqsansızlıqlarını qoruyur və Allahın əmrlərinə riayət edirdilər (1 Pad. 19:14, 18). Sadiq insanlar xalqın günahları ucbatından, ehtimal ki, çətinliklərlə qarşılaşırdılar, bununla belə, Yehova onlardan Öz lütfünü əsirgəmirdi.

Axırda İsrail Yehovanın prinsiplərini o dərəcədə pozdu ki, Onun adını xalqlar arasında gülüş hədəfinə çevirdi və Yehova onları Babilə əsarətə göndərərək cəzalandırmaq qərarına gəldi. Əlbəttə, bununla Yehova həm ayrı-ayrı şəxsləri, həm də bütün xalqı cəzalandırmışdı (Yer. 52:3—11, 27). Doğrudan da, Müqəddəs Kitabdan görürük ki, İsrail xalqının günahının ağırlığı ucbatından, Çıxış 20:5 ayəsində deyildiyi kimi, üç, dörd, yaxud daha çox nəsil ulu babalarının səhvlərinin acısını çəkmişdir.

Allahın Kəlamında həmçinin valideynlərinin pis davranışına görə əziyyət çəkən ailələr haqqında da danışılır. Baş Kahin Eli «yaramaz», əxlaqsız oğullarının kahinlik etməsinə yol verməklə Yehovanı təhqir edirdi (1 Şam. 2:12—16, 22—25). Oğullarını Yehovadan üstün tutduğu üçün Allah qərar verdi ki, Elinin ailəsi baş kahinlikdən uzaqlaşdırılacaq. Bu isə onun kötükcəsi Evyatarın vaxtında həyata keçdi (1 Şam. 2:29—36; 1 Pad. 2:27). Çıxış 20:5 ayəsindəki prinsip Gehazinin də nümunəsindən aydın görünür. O, Elişa peyğəmbərin xidmətçisi olmağından sui-istifadə edərək suriyalı sərkərdə Naamanın şəfa tapmasından mənfəət əldə etmək istədi. Elişa vasitəsilə Yehova ona hökm çıxardı: «Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq» (2 Pad. 5:20—27). Beləliklə, Gehazinin nəsli onun səhvinin acı nəticələrini öz üzərində hiss etdi.

Yaradan və həyat verən olduğu üçün hansı cəzanın haqlı və yerində olduğunu müəyyən etməyə Yehovanın tam hüququ var. Yuxarıdakı nümunələr göstərir ki, övladlar və hətta sonrakı nəsillər ata-babalarının günahının pis nəticələrini öz üzərində hiss edə bilərlər. Bununla belə, Yehova ‘fəqirlərin fəryadını eşidir’. Səmimi-qəlbdən Ona üz tutan insanlar Onun lütfünü ala və müəyyən qədər rahatlıq tapa bilərlər (Əyy. 34:28).

[29-cu səhifədəki şəkil]

Qorah və onunla əlbir olan üsyankarlar öz hərəkətlərinə görə məsuliyyətə cəlb olundular

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş