Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/10 s. 23—26
  • Sadə dildə olan Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sadə dildə olan Müqəddəs Kitab
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Allahı izzətləndirən tərcüməçilər
  • Allahın adını izzətləndirən tərcümə
  • Dəqiqlik və aydınlıq
  • Müqəddəs Kitabın dünyada bütün insanlar üçün əlçatan olması
Gözətçi qülləsi 2010
w10 1/10 s. 23—26

Sadə dildə olan Müqəddəs Kitab

«ƏGƏR siz Müqəddəs Kitabın Allahın kəlamı olduğuna inanırsınızsa, deməli, Allahın insanlarla ünsiyyət etdiyini qəbul edirsiniz... Əgər dininiz sizin həyatınıza təsir edirsə, onda [Müqəddəs Kitab] başadüşülən danışıq dilində olmalıdır». Müqəddəs Kitab alimi Alan Dati «Müqəddəs Kitab tərcümələrindən hansını seçməli?» adlı kitabında belə yazır («Bible Translations: And How to Choose Between Them»).

Allahın Kəlamını ürəkdən sevən insanlar bu sözlərə şərikdirlər. Onlar ürəkdən inanırlar ki, «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır və təlim, tənbeh, islah və salehlik yolunda tərbiyə üçün faydalıdır» (2 Timoteyə 3:16). Müqəddəs Kitab heç də köhnəlmiş, zamanın tələbinə cavab verməyən moizələr toplusu deyil. Gündəlik problemlərin öhdəsindən gəlməyi öyrətdiyi üçün Allahın Kəlamı «canlı və qüdrətlidir» (İbranilərə 4:12). Lakin bu kitabı anlayıb orada yazılanları yerinə yetirmək üçün insanlar onu gündəlik danışdıqları dildə oxumalıdırlar. Qeyd etmək lazımdır ki, Müqəddəs Kitabın Əhdi-Cədid adlandırılan hissəsi Platon kimi filosofların danışdığı klassik yunan dilində yox, adi danışıq dili olan və koyné adlanan yunan dilində yazılmışdı. Bəli, Müqəddəs Kitab elə yazılıb ki, sadə insanlar onu oxuyub başa düşə bilsinlər.

Bu səbəbdən, son illərdə Müqəddəs Kitabın bəzi dillərdə çoxlu sayda tərcümələri meydana gəlmişdir. Ümumi götürdükdə, bunun böyük faydası olub. Müqəddəs Yazılar geniş oxucu kütləsi üçün daha əlçatan olmuşdur. Lakin əfsuslar olsun ki, yeni tərcümələrin əksəriyyətində dəqiqliyə və ardıcıllığa riayət olunmur. Məsələn, bəzi tərcümələrdə ölülərin vəziyyətinə, ruh anlayışına və həqiqi Allahın adına dair Müqəddəs Kitabdakı aydın təlimlər təhrif olunub.

Buna görə də, Allahın Kəlamını sevən insanlar Azərbaycan dilində «Yunan Müqəddəs Yazılarının Yeni Dünya tərcüməsi»ni almağa çox şad oldular. Bu müasir tərcümənin çıxması barədə Yehovanın Şahidləri tərəfindən 2010-cu ilin 12 iyun tarixində elan edildi. Bu nəşr digər tərcümələrdən qərəzsiz və son dərəcə dəqiq olması ilə fərqlənir. Bu dəqiqliyin sayəsində, qədim dilləri bilməyən insanlar üçün əvvəllər aydın olmayan Müqəddəs Kitabı dərindən başa düşmək mümkün olacaq. Yəqin, sizə maraqlıdır, görəsən, bu tərcümənin müəllifi kimdir?

Allahı izzətləndirən tərcüməçilər

«Yunan Müqəddəs Yazılarının Yeni Dünya tərcüməsi» azərbaycandilli oxucular üçün indi əlçatan olsa da, ingilis dilində artıq 1950-ci ildən mövcuddur. Bu tərcümə ilk dəfə ingilis dilində buraxılmışdır. O, uzun illərdir ki, Müqəddəs Kitabı nəşr edən Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti — beynəlxalq Müqəddəs Kitab Cəmiyyəti tərəfindən nəşr edilmişdir. Bu yeni tərcümə öz adı ilə böyük bir çevriliş etmiş, Müqəddəs Kitabın «köhnə» və «yeni» əhdlərə bölünməsi ənənəsindən uzaqlaşmışdır. Bu tərcümənin adı onu başqa tərcümələrdən fərqləndirən cəhətlərdən sadəcə biridir. «Gözətçi Qülləsi»nin 1950-ci ilin 15 sentyabr (ing.) sayında deyilirdi: «Tərcümə komitəsini təşkil edən insanlar adlarının gizli qalmasını, hətta öldükdən sonra da dərc edilməməsini istəmişlər... Tərcümənin məqsədi yaşayan həqiqi Allahı izzətləndirməkdir».

«Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi» — Müqəddəs Kitabın ingilis dilində bir cilddə tam nəşri 1961-ci ildə çap olunmuşdur. Tərcüməçilərin adlarının bu günə kimi anonim qalmasına baxmayaraq, onların niyyətlərini və Allaha sadiqliklərini şübhə altına almağa heç bir əsas yoxdur. 1984-cü il buraxılışının müqəddiməsində deyilirdi: «Müqəddəs Yazıları tərcümə etmək Yehova Allahın fikirlərini və sözlərini başqa dildə ifadə etmək deməkdir... Bu işi görən tərcüməçilər Müqəddəs Yazıların Müəllifi olan Allahdan qorxan və Onu sidq ürəkdən sevən insanlardır. Onlar Allah qarşısında böyük məsuliyyət daşıdıqlarını başa düşərək Onun fikirlərini və sözlərini mümkün qədər dəqiq çatdırmağa çalışmışlar».

Gördüyümüz kimi, «Yeni dünya tərcüməsi»nin ərsəyə gəlməsində məsuliyyət daşıyan komitə üzvləri bu işi yaxşı niyyətdən irəli gələrək etmişlər. Bəs onların bunun üçün kifayət qədər bilik və səriştələri var idimi? Bəzi tənqidçi alimlər öz narazılıqlarını bildirərək deyirlər ki, əgər tərcüməçilərin adı və elmi dərəcələri haqda məlumat verilmirsə, onda onların gördüyü işə ciddi yanaşmaq olmaz, bu, sadəcə həvəskar işi hesab olunmalıdır. Lakin alimlərin hamısı bu cür mövqe tutmur. Alan Dati yazır: «Hansısa Müqəddəs Kitab tərcüməsini kimin tərcümə və ya nəşr etdiyini bilməyimiz həmin tərcümənin yaxşı və ya pis olduğu müəyyən etməyə kömək edəcəkmi? Ola bilsin, dərhal yox. Ən yaxşı üsul tərcümənin özünü araşdırmaqdır»a.

Minlərlə oxucu məhz belə davranır. Bugünkü günə qədər bütün dünyada «Yeni Dünya tərcüməsi»nin tam və ya qismən 88 dildə 161 596 362 nüsxəsi çap olunmuşdur. Orada oxucular hansı yeniliklərlə rastlaşmışlar?

Allahın adını izzətləndirən tərcümə

Matta 6:9 ayəsində yazıldığı kimi, İsa şagirdlərinə belə dua etməyi öyrətmişdi: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun». Buna baxmayaraq, tərcümələrin əksəriyyətində Allah adsız bir varlıq kimi, yalnız «Allah» və «Rəbb» titulları ilə təsvir olunur. Lakin orijinal mətndə belə olmamışdır. Allahın şəxsi adı Yehova İbrani Müqəddəs Yazılarının orijinal mətnində təxminən 7 000 dəfə yazılıb (Çıxış 3:15; Məzmur 83:18). Sonralar yəhudi xalqının arasında mövhumatlar yaranmağa başladı və onlar qorxudan Allahın adını çəkməyə son qoydular. İsanın həvarilərinin ölümündən sonra bu mövhumat məsihçi yığıncağında da yayıldı. (Həvarilərin işləri 20:29, 30; 1 Timoteyə 4:1 ayələri ilə müqayisə et.) Müqəddəs Kitabın yunan dilində yazılan hissəsinin üzünü köçürənlər Allahın şəxsi adını yunanca «Rəbb» mənasını verən Kirios və «Allah» mənasını verən Teos sözü ilə əvəz etməyə başladılar.

«Yeni Dünya tərcüməsi»nin üzərində işləyənlər cəsarətli addım atıb Yehova adını Yunan Müqəddəs Yazılarında bərpa ediblər. Burada bu ada 237 dəfə rast gəlinir. Adın bərpa edilməsi tərcüməçilərin şəxsi təşəbbüsü deyil, bu qərar dərin araşdırmalara əsaslanır. Məsələn, Luka 4:18 ayəsində Yeşaya 61:1 ayəsindən sitat gətirilir. Orijinal ibrani mətninə əsasən, bu ayədə Yehovanın adı çəkilirb. Buna müvafiq olaraq «Yeni Dünya tərcüməsi»ndə Luka 4:18 ayəsi belə səslənir: «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara xoş xəbəri bəyan etmək üçün məsh etdi».

Bu cür tərcümə oxucuya Yehova Allahla Onun vahid Oğlu İsa Məsihi ayırd etməyə kömək edir. Məsələn, bir çox tərcümələrdə Matta 22:44 ayəsində deyilir: «Rəb, Mənim Rəbbimə dedi». Kimin kimə müraciət etdiyi məlum deyil. Əslində bu ayə Məzmur 110:1 ayəsindən sitatdır. Orijinal ibrani mətninə əsasən, orada Allahın adı yazılıb. Buna görə də, «Yeni Dünya tərcüməsi»ndə bu ayə belə səslənir: «Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”». Müqəddəs Yazılarda Yehova Allahla Oğlu arasında qoyulan fərq sadəcə mücərrəd anlayış deyil (Mark 13:32; Yəh. 8:17, 18; 14:28). Bunu nə dərəcədə başa düşməyimizdən xilasımız asılıdır. Həvarilərin işləri 2:21 ayəsində deyilir: «Yehovanın adını çağıran hər kəs xilas olacaq».

Dəqiqlik və aydınlıq

«Yeni Dünya tərcüməsi»nin digər üstün cəhətləri də var. Bu tərcümədə əsas olaraq Vestkottun və Hortun üzərində yüksək dəqiqliklə işlədiyi yunan mətni götürülmüşdür. Sonra orijinal yunan mətninin sadə, müasir dilə mümkün qədər dəqiq və hərfi tərcümə olunması üçün çox böyük qüvvə sərf olunmuşdur. Bunun sayəsində həm Müqəddəs Kitabın orijinal mətnindəki çalarlar və rəngarənglik qorunub saxlanmış, həm də Müqəddəs Kitab təlimlərinin düzgün başa düşülməsi mümkün olmuşdur.

Məsələn, götürək Romalılara 13:1 ayəsini. Burada həvari Pavel məsihçiləri «hökumətə» tabe olmağa səsləyir. Bir çox tərcümələrdə yazılıb ki, hökumətlər ‘Allah tərəfindən təyin olunub’ («İncil», 1996; «Müqəddəs Kitab», 2009). Bəzi dövlət rəhbərləri bu kimi tərcümələrdən istifadə edərək öz zalımlıqlarına haqq qazandırırlar. Lakin özünəməxsus dəqiqliyi və hərfi tərcümə olunması ilə seçilən «Yeni Dünya tərcüməsi»ndə bu ayə belə səslənir: «Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar». Gördüyümüz kimi, rəhbərləri şəxsən Allah Özü seçməsə də, onların başqaları üzərində rəhbərlik etməsinə yol verir, lakin ən üstün səlahiyyət yenə də Allaha məxsusdur.

«Yeni Dünya tərcüməsi»nin üzərində işləyənlər yunan fellərinin ən xırda çalarlarını da verməyə çalışmışlar. Bir çox müasir dillərdə hərəkətin nə vaxt, yəni keçmişdə və ya hazırda baş verdiyini, yaxud gələcəkdə baş verəcəyini bildirmək üçün fellər təsriflənir. Yunan dilində fel həmçinin hərəkətin necəliyini, ani olduğunu, bitdiyini və ya hazırda davam etdiyini bildirir. Misal üçün gəlin İsanın Matta 6:33 ayəsində yazılan sözlərinə nəzər salaq. Orijinal mətndə bu ayədə işlədilən fel hərəkətin davamedici olduğunu göstərir. «Yeni Dünya tərcüməsi» İsanın sözlərinin təsir gücünü tamlığı ilə ifadə edir: «Padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək». Eynilə, Matta 7:7 ayəsi də bu cür tərcümə olunmuşdur: «Durmadan diləyin və sizə veriləcək; durmadan axtarın və tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar». (Həmçinin Romalılara 1:32; 6:2; Qalatiyalılara 5:15 ayələrinə də baxın.)

«Yeni Dünya tərcüməsi» üzərində işləyənlər hər bir terminin dəqiq ekvivalentini tapmağa və kontekstin yol verdiyi qədər əsas terminləri eyni cür tərcümə etməyə çalışmışlar. Məsələn, yunan sözü stauros hər yerdə «işgəncə dirəyi» kimi tərcümə olunmuşdur. Bunun sayəsində oxucu asanlıqla başa düşəcək ki, dini təlimlərə zidd olaraq İsa bütpərəstlik simvolu olan xaç üzərində yox, dirək üzərində edam olunmuşdu. Stauros sözünün əsas mənası da məhz «dirək» deməkdir (Matta 11:23; 16:18; Luka 10:15; 16:23).

Müqəddəs Kitabın dünyada bütün insanlar üçün əlçatan olması

Yunan Müqəddəs Yazılarının Azərbaycan dilində nəşr olunması hələ sadəcə başlanğıcdır. Tədricən Müqəddəs Kitabın tam tərcümə olunması planlaşdırılır. Oxucu bu tərcümənin eynilə ingilis dilindəki tərcümə kimi dəqiq olacağına əmin ola bilərmi?

Buna heç bir şübhə ola bilməz. Çünki «Yeni Dünya tərcüməsi» Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının nəzarəti altında tərcümə olunur. Müvafiq olaraq qərar qəbul olunub ki, Müqəddəs Kitabı başqa dillərə bir nəfər yox, bir neçə nəfərdən ibarət tərcüməçi qrupu tərcümə etsin. Beləliklə, dünyanın bir neçə ölkəsində Müqəddəs Kitabı tərcümə edən qruplar təşkil olunub. Həmin qruplara kömək etmək, onların suallarına cavab vermək və «Yeni Dünya tərcüməsi»nin müxtəlif dillərdə çıxan tərcümələri arasındakı uyğunluğu qorumaq üçün Yehovanın Şahidlərinin Bruklindəki (Nyu–York) mərkəzi idarəsində tərcümə xidmətləri şöbəsi yaradılıb. Həmçinin Müqəddəs Kitab tərcüməçilərinə kömək etmək üçün çox əlverişli olan kompüterləşdirilmiş sistem işlənib hazırlanıb. Şübhəsiz, tərcümə işi böyük insan əməyi tələb edir. Kompüterləşdirmə sistemi isə Müqəddəs Kitabı tərcümə edən qruplara qarşılarındakı nəcib məqsədi həyata keçirməyə çox kömək edir, yəni «Yeni Dünya tərcüməsi»ni ingilis dilində olduğu kimi dəqiqliyi və ardıcıllığı qoruyaraq öz dillərinə tərcümə etməyi xeyli asanlaşdırır. Bundan başqa, tərcümə sistemində hər ibrani və yunan sözünün ingilis dilinə necə tərcümə olunduğu göstərilir ki, bu da tərcüməçilərə həmin sözlərin öz ana dillərində ekvivalentini tapmaqda böyük köməklik göstərir.

Əldə olunan nəticələr bu tədbirlərin uğurlu olduğunu göstərir. Biz sizi «Yunan Müqəddəs Yazılarının Yeni Dünya tərcüməsi»ni araşdırmağa təşviq edirik. Bu nəşri almaq üçün Yehovanın Şahidlərinə müraciət edə bilərsiniz. Həmçinin kitabın çoxlu sayda səciyyəvi xüsusiyyətləri də vardır: aydın və asan oxunan şrift, tanış ayələri asanlıqla tapmağa kömək edən səhifə başlıqları, xəritələr və maraqlı əlavə məlumatlar. Ən vacibi isə odur ki, bu Müqəddəs Kitabı əminliklə oxuya bilərsiniz, çünki orada Allahın sözləri sadə və dəqiq çatdırılmışdır.

[Haşiyələr]

a Maraqlıdır ki, «Yeni standart amerikan Müqəddəs Kitabı»nın (1971) üstündə yazılıb: «Biz heç bir alimin adını çəkmirik, çünki inanırıq ki, Allahın Kəlamının heç kimin müdafiəsinə ehtiyacı yoxdur, o, özü-özünü müdafiə edə bilər» («New American Standard Bible»).

b Müqəddəs Yazıların Əhdi-Cədid adlandırılan hissəsində İbrani Müqəddəs Yazılarından gətirilən sitatlar yunanca Septuaqinta tərcüməsindəndir. Septuaqintanın sonrakı nüsxələrində Allahın adına rast gəlinmədiyi üçün bir çox alimlər hesab edirlər ki, bu adı Yunan Müqəddəs Yazılarında istifadə etmək lazım deyil. Lakin Septuaqintanın bizə gəlib çatmış ən qədim nüsxələrində ibrani hərfləri ilə yazılmış Yehova adına rast gəlinir. Bu, Yunan Müqəddəs Yazılarında Yehova adının bərpa olunması üçün əsaslı səbəbdir.

[23-cü səhifədəki şəkillər]

İNCİL

Həvari Pavel kimi, Müqəddəs Kitabı yazanların hamısı sadə və başa düşülən dildə yazıblar

[24, 25-ci səhifələrdəki şəkillər]

«Yeni Dünya tərcüməsi»nin səciyyəvi xüsusiyyətləri:

1 Timoteyə 3:16, Sinay kodeksindən fraqment, b. e. IV əsri

Yunan mətnini mümkün qədər dəqiq və hərfi, eyni zamanda da sadə və müasir dilə tərcümə etmək üçün çox böyük işlər görülmüşdür

Aydın seçilən şrift oxumağı asanlaşdırır

Səhifə başlıqları lazımi ayələri tez tapmağa kömək edir

Təfərrüatı ilə tərtib olunmuş xəritə Müqəddəs Kitab coğrafiyası ilə yaxından tanış olmağa kömək edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş