Yadınızdadırmı?
«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuz? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
Fiziki, eləcə də məcazi ürəyimizə müsbət təsir göstərən üç amil hansıdır?
1) Qida. Fiziki ürəyimizin sağlam qidaya ehtiyacı olduğu kimi, məcazi ürəyimizin də kifayət qədər sağlam ruhani qidaya ehtiyacı var. 2) İdman. Xidmətdə səylə iştirak etmək ruhani ürəyimizi yaxşı vəziyyətdə saxlamağa kömək edəcək. 3) Ətraf mühit. Qeydimizə qalan həmimanlılarımızla ünsiyyət edərək ürəyimizə düşən stressi azalda bilərik (15.4, səhifə 16).
Xəyanətdən sonra ərlə arvad qarşılıqlı etibarı necə bərpa edə bilərlər?
Onlar 1) bir-birlərinə qarşı dürüst olmalı; 2) birlikdə çalışmalı; 3) köhnə vərdişlərindən əl çəkməli və 4) yol verməməlidirlər ki, ürəklərində kin-küdurət kök salsın və aralarındakı uçurumu aradan qaldırmalıdırlar (iyul—sent., səhifə 10—13).
Nəyə görə dəfn mərasimində məruzə ilə çıxış edən natiq Məzmur 116:15 (YD) ayəsini mərhuma tətbiq etməməlidir?
Həmin ayədə deyilir: «Sadiq bəndələrinin ölümü Yehovanın gözündə bahadır». Bu o deməkdir ki, Yehova bütün sadiq xidmətçilərinin ölümünü həddən artıq baha qiymət hesab edir. Bu səbəbdən O, heç vaxt onların bir qrup şəklində məhv edilməsinə yol verməyəcək (15.5, səhifə 22).
Kitabpaylayanlar kimlər idi?
Bu termin 1931-ci ilə qədər indi pioner adlandırdığımız bacı-qardaşlara aid edilirdi (15.5, səhifə 31).
Daniel 2:44 ayəsindəki «bütün əvvəlki [padşahlıqlar]» ifadəsi nəyə aiddir?
Bu ifadə altında metal heykəlin müxtəlif hissələri ilə təmsil olunan padşahlıqlar və ya dövlətlər nəzərdə tutulur (15.6, səhifə 17).
İngiltərə-Amerika dünya imperiyası Müqəddəs Kitabda peyğəmbərlik edilən yeddinci dünya imperiyası nə vaxt oldu?
Bu ikili dünya imperiyası Britaniya və Amerika Birləşmiş Ştatları Birinci Dünya müharibəsi zamanı xüsusi şəkildə əməkdaşlıq etməyə başladıqları zaman meydana çıxdı (15.6, səhifə 19).