Həqiqətə şəhadət edən jurnalları təqdim edin
1 «Gözətçi Qülləsi Yehovanın Padşahlığını e’lan edir» və «Oyanın!» jurnalları Padşahlığın təbliği və şagird hazırlamaq işində istifadə olunan əsas alətlər olaraq qalır (Mat. 24:14; 28:19, 20). Padşahlıq xidmətinin müxtəlif sahələrində iştirak edərkən vaxtlı-vaxtında çıxan bu jurnalları müntəzəm olaraq təqdim etmək bizə çox xoşdur.
2 İllər keçdikcə jurnalların tərtibatında və məzmununda, o cümlədən onları təqdim etmə üsullarında dəyişikliklər edilmişdir. Bu dəyişikliklər jurnalların daha cəlbedici və faydalı olması məqsədilə edilmişdir, bunun sayəsində də, müxtəlif insanlar ‘xilas olub, həqiqəti dərk edə’ bilsinlər deyə, Padşahlıq xəbəri onların ürəyinə yol tapır (1 Tim. 2:4).
3 2006-cı ilin yanvar ayından e’tibarən aylıq nəşr kimi çıxan «Oyanın!» jurnalını təqdim etmək üçün bir çox ölkələrdə müxtəlif təqdimələrdən istifadə edilir. İndi biz təbliğ xidmətimizdə ayda iki dəfə çıxan «Gözətçi Qülləsi Yehovanın Padşahlığını e’lan edir» jurnalının yalnız birini belə üsulla təqdim edəcəyik. Azərbaycan dili də daxil olmaqla, bir çox dillərdə tə’lim nəşri hər ay, xidmətdə təklif etmək üçün nəzərdə tutulan kütləvi nəşr isə ildə dörd dəfə çıxacaq. «Bizim Padşahlıq Xidmətimiz»in axırıncı səhifəsində jurnallar üçün təqdimələr çap olunur. Bu təqdimələr adətən jurnalın giriş məqalələrindən birinə əsaslanır, ancaq indi hərdən çoxları üçün maraqlı olacaq müəyyən məqalələrlə də bağlı olacaq. Təqdimənin əsaslandığı məqalə ilə tanış olsaq və onu ərazimizə uyğunlaşdırıb öz sözlərimizlə desək, çap olunan təqdimələrdən daha səmərəli istifadə edəcəyik.
4 «Bizim Padşahlıq Xidmətimiz»də hər jurnal üçün təqdimə çap olunsa da, tamamilə başqa təqdimədən istifadə etməyə çəkinmə. Bunun bir səbəbi odur ki, jurnaldakı başqa məqalə sənin sahən üçün daha münasib ola bilər. Yaxud da sənə maraqlı olan məqalə əsasında daha yaxşı təqdimə hazırlamaq qərarına gələ bilərsən.
5 Təqdiməni necə hazırlamaq olar? Əvvəlcə, təqdiməni əsaslandıracağın məqalə ilə yaxından tanış olmalısan. Ola bilər, jurnalı xidmətdə təqdim etməzdən qabaq onun bütün məqalələrini oxumaq səndə həmişə alınmır. Ancaq seçdiyin məqaləni şövqlə və səmimiyyətlə təqdim et. Bu isə yalnız təqdim etdiyin mə’lumatla yaxşı tanış olduğun təqdirdə mümkündür.
6 Sonra müxtəlif vəziyyətlərə uyğun olan giriş sözləri hazırla. Söhbətə başlamaq üçün məqalə ilə bağlı olan münasib, maraq doğuran sual vermək olar. İnsanların ürəyinə yol tapmaqda Allahın Kəlamının qüvvəsinə həmişə e’tibar et (İbr. 4:12). Mövzuya uyğun bir ayə seç, amma yaxşı olar ki, bu ayə təqdimənin əsaslandığı məqalədə sitat gətirilən və ya istinad olunan ayələrdən olsun. Ayəni məqalə ilə necə bağlamaq lazım olduğu üzərində düşün.
7 Hər fürsətdə. Təqdimənin yaxşı nəticələri olması üçün ondan istifadə etmək lazımdır. Yığıncaqla birlikdə şənbə günləri xidmətdə jurnallardan istifadə et. Jurnalları əvvəllər başqa nəşrlərimizi götürən adamlara təklif et. Müqəddəs Kitabı öyrətdiyin və təkrar baş çəkərkən qarşılaşdığın başqa adamlara həmişə jurnallar ver. Mağazaya gedəndə, səyahət edəndə və ya həkimin qəbulunda növbədə duranda söhbət etdiyin adamlara da jurnal verə bilərsən. Ay ərzində təqdiməni hər dəfə istifadə etdikcə onu yaxşılaşdır.
8 «Gözətçi Qülləsi» və «Oyanın!» adi jurnallar deyil. Onlar Kainatın Hökmdarı olan Yehova Allahı ucaldır (Həv. iş. 4:24). Bu jurnallar Allahın Padşahlığı haqqında xoş xəbərlə insanlara təsəlli verir və onları İsa Məsihə iman gətirməyə təşviq edir (Mat. 24:14; Həv. iş. 10:43). Bundan başqa, dünyada baş verən hadisələrlə Müqəddəs Kitab peyğəmbərliklərinin necə yerinə yetdiyini müşahidə edir (Mat. 25:13). Sahəndə yaşayan insanlar bu jurnallardan faydalansınlar deyə, onları hər bir fürsətdə təqdim etməyə hazır ol.
9 Kiməsə jurnal verəndə, yaxud kiminləsə ruhani mövzuda dostyana söhbət edəndə bir sualı açıq saxlamağa və ya maraq doğuran fikir söyləməyə həmişə hazır ol. Bununla da sən təkrar başçəkmənin, ya da növbəti söhbətlərinin təməlini qoymuş olarsan. Həqiqətin toxumlarını sə’ylə səpsək, əmin ola bilərik ki, Yehova Onu səmimi qəlbdən tanımaq və Ona xidmət etmək istəyən insanların ürəyini açacaq (1 Kor. 3:6).
[Öyrənilmə üçün olan suallar]
1. «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarının rolu nədən ibarətdir?
2. «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında hansı dəyişikliklər edilmişdir və nə üçün?
3. Xidmətdə jurnallardan necə istifadə edəcəyik?
4. Nə üçün «Bizim Padşahlıq Xidmətimiz»dəki təqdimələrlə yanaşı başqa təqdimələr də istifadə etmək münasibdir?
5. Jurnala təqdimə hazırlamazdan qabaq nə etməliyik?
6. Öz təqdiməmizi necə hazırlaya bilərik?
7. Təqdiməni necə yaxşılaşdıra bilərik?
8. Nəyə görə «Gözətçi Qülləsi» və «Oyanın!» adi jurnallar deyil?
9. Təkrar başçəkmə üçün təməli necə qoya bilərik?