Fevralın 22-dən başlanan həftənin cədvəli
FEVRALIN 22-DƏN BAŞLANAN HƏFTƏ
□ Yığıncağın Müqəddəs Kitab öyrənməsi:
□ Teokratik Xidmət Məktəbi:
Müqəddəs Kitabın oxunması: Hakimlər 19—21
Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
□ Xidməti görüş
5 dəq. Elanlar.
10 dəq. Mart ayında təqdim ediləcək ədəbiyyat. İki təbliğçidən müsahibə götür. Onlardan təqdim ediləcək ədəbiyyatın faydalı cəhətlərini izah etməyi xahiş et və sahədə hansı təqdimələrin effektiv olduğunu soruş. Qoy onların hər biri təqdimə nümayiş etdirsin və ya Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün nəşrdən necə istifadə etməyi göstərsin.
10 dəq. Mülayim və dərrakəli olmaq insanları qulaq asmağa təşviq edəcək. «Xidmət Məktəbi» kitabının 251-ci səhifəsindən 253-cü səhifənin 2-ci abzasınadək olan materiala əsaslanan nitq.
10 dəq. «Maraqlanan insanları Yehovanın təşkilatına yönəlt». «Təşkil olunmuşuq» kitabının 99-cu səhifəsindəki (rus.) başlıq altında olan üç abzas əsasında dinləyicilərlə müzakirə. Dinləyicilərdən maraqlanan insanları Yehovanın təşkilatına necə yönəltdiklərini soruş. Bundan fayda əldə etmiş bir təbliğçidən müsahibə götür. Qoy o, onu öyrətmiş məsihçinin bunu necə etdiyini danışsın.