Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/10 s. 2
  • Ən vacib iş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ən vacib iş
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Şagird hazırlamağı bacaracaqsınız
    Gözətçi qülləsi 2021
  • İsa kimi şövqlə təbliğ edin
    Gözətçi qülləsi 2025
  • Xidmətdə sə’yimizi qorumalıyıq
    Müqəddəs ibadətimiz 2007
  • Allahın adını insanlara tanıdın
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 3/10 s. 2

Ən vacib iş

1. Xidmətə görə dərin minnətdarlığımız hansı qurbanları verməyə təşviq edəcək?

1 Nəyə görə biz həmişə bütün vaxtımızı, gücümüzü və vəsaitimizi xidmətə sərf etməyə təşviq olunuruq? Çünki bundan daha vacib iş yoxdur! Bunun çoxsaylı nəticələri üzərində düşünsək, birdə heç vaxt təkrar olunmayacaq bu işdə iştirak etmək istəyimiz artacaq (Həv. iş. 20:24).

2. Bizim təbliğimiz Yehovanın böyük adını izzətləndirməyə necə kömək edir?

2 Yehovanın adını izzətləndirir. Təbliğ işi göstərir ki, İsanın rəhbərliyi altında olan səmavi Padşahlıq bütün insan hakimiyyətlərini əvəz edəcək və bəşəriyyətin bütün problemlərini aradan qaldıracaq (Mat. 6:9, 10). Üstəlik, Yehovanı bizi günah və ölümdən xilas edə biləcək yeganə Şəxs kimi ucaldır (Yeşaya 25:8; 33:24). Onun adını daşıdığımız üçün bizim nümunəvi davranışımızı və səyimizi görən insanlar Yehovaya izzət verə bilərlər (1 Pet. 2:12). Hökmdar Allah olan Yehovanın adını bütün dünyaya tanıtmaq bizim üçün olduqca məmnunedicidir! (Məz. 83:18).

3. Padşahlıq xəbərinə müsbət hay verənlər hansı xeyir-duaları alırlar?

3 Həyatları xilas edir. Yehova «istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın» (2 Pet. 3:9). Deməli, əgər kimsə onları öyrətməsə, Yehovanın gözündə hansı davranışın düz, hansının isə səhv olduğunu haradan öyrənə bilərlər? (Yun. 4:11; Rom. 10:13—15). İnsanlar xoş xəbərə hay verib pis vərdişlərini ataraq həyatlarını yaxşılaşdırırlar (Mik. 4:1—4). Bundan əlavə, onların qarşısında əbədi həyatda yaşamaq imkanı açılır. Bizim təbliğ və öyrətmək işində fəal iştirakımız həm bizi xilas edir, həm də bizə qulaq asanları (1 Tim. 4:16). Bu vacib işdə bizim də payımızın olması necə də böyük şərəfdir!

4. Nəyə görə təbliğ və şagird hazırlamaq işində əlimizdən gələni etməliyik?

4 Tezliklə böyük məşəqqət bu pis sistemin qəfil sonunu gətirəcək. Yehovanın tərəfini tutanlar xilas olacaq. Beləliklə, təbliğ və şagird hazırlamaq işi bizim günlərdə olan ən təxirəsalınmaz, vacib və faydalı işdir. Qoy bu iş bizim həyatımızda ən əsas yeri tutsun! (Mat. 6:33).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş