Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/11 s. 1
  • Ən sevindirici iş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ən sevindirici iş
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Şagird hazırlamağı bacaracaqsınız
    Gözətçi qülləsi 2021
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)
    Gözətçi qülləsi 2020
  • Şagird hazırlamaq işindən sevinc əldə et
    Gözətçi qülləsi 2009
  • Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik — I hissə.
    Müqəddəs ibadətimiz 2004
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 1/11 s. 1

Ən sevindirici iş

1. Bizim günlərdə hansı iş həyata keçirilir?

1 Birinci əsrdə insanların xəstəliklərdən şəfa tapdıqlarını görənlərin ürəkləri sevincdən dolub daşırdı (Luka 5:24—26). Bu gün biz də insanlara ruhani şəfa tapmağa kömək etməkdən sevinc duyuruq (Vəhy 22:1, 2, 17). Düzdür, nəşrlərimizdən Yehovanın Kəlamının və müqəddəs ruhunun insanların həyatını dəyişdiyi barədə oxumaq bizə xoşdur. Ancaq Müqəddəs Kitabı öyrənənlərə ruhani addımlar atmaqda kömək etməklə bu işdə iştirak etmək insana daha çox mükafat gətirir.

2. İnsanlara həqiqəti öyrətmək nəyə görə bizə sevinc gətirir?

2 Allahın adı nədir? Nəyə görə əzablara yol verir? Allahın Padşahlığı bəşəriyyət üçün nələr edəcək? Bu kimi suallara cavab verməklə yanaşı, həqiqəti öyrənən insanın sevincdən şölə saçdığını görmək bizə məmnunluq gətirir (Sül. məs. 15:23; Luka 24:32). Müqəddəs Kitabı öyrənən şəxs ruhani cəhətdən püxtələşdikcə Yehovanın adını istifadə edir, geyim və xarici görünüşünü dəyişir, pis vərdişlərini tərgidir və başqalarına şahidlik etməyə başlayır. Özünü həsr edib vəftiz olunduqdan sonra isə, qardaşımız və əməkdaşımız olur. Bütün bunlar sevinmək üçün əsaslı səbəbdir (1 Salon. 2:19, 20).

3. Müqəddəs Kitab öyrənməsi başlamaq üçün hansı addımları atmaq olar?

3 Sən də bu işdə iştirak edə bilərsənmi? Əgər ən sevindirici işdə iştirak etmək istəyirsənsə, kiminləsə Müqəddəs Kitab öyrənməsi başlamaq haqda Yehovaya dua et və öz duana müvafiq davran (1 Yəh. 5:14). İnsanları tapdığın münasib yerdə və vaxtda təbliğ et. Əlinə fürsət düşən kimi Müqəddəs Kitab öyrənməsi təklif et (Vaiz 11:6). Maraq göstərənlərin və həqiqət toxumunu səpdiyin insanların marağını artırmaq üçün onlara təkrar baş çək (1 Kor. 3:6—9).

4. Nəyə görə insanlara Müqəddəs Kitab öyrənməsi təklif etmək fürsətini əldən verməməliyik?

4 Salehliyə susayıb ona can atanların sayı hələ də çoxdur. Ruhani ehtiyaclarını ödəmək üçün onlara Müqəddəs Kitabı öyrənməyə kim kömək edəcək? (Mat. 5:3, 6). Hələ ki biçin işi sona çatmayıb, gəlin özümüzü könüllü surətdə tamamilə təbliğ və şagird hazırlamaq işinə həsr edək (Yeşaya 6:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş