Qansız müalicə üsullarından xəbərdarsanmı?
Bütün dünyada getdikcə daha çox tibb mərkəzlərində qansız cərrahiyyəyə üz tuturlar. Tibb sahəsində mümkün olan bütün qansız müalicə üsulları haqqında hərtərəfli məlumatın varmı? Tibbi müalicə və cərrahiyyə əməliyyatı ilə bağlı düzgün qərarlar qəbul etmək üçün bunları bilməlisən. «Qansız müalicə. Əldə edilən nailiyyətlər» filminə (rus.) bax. Sonra isə, dua edərək növbəti sualların köməyi ilə öyrəndiklərini təkrar et. (Qeyd. Filmdə cərrahiyyə əməliyyatlarından qısa kadrlar göstərildiyindən valideynlər filmə uşaqları ilə birlikdə baxıb-baxmamağı qərarlaşdırarkən ehtiyatlı olmalıdırlar).
1) Yehovanın Şahidlərinin qanköçürmədən imtina etmələrinin əsas səbəbi nədir? 2) Yehovanın Şahidləri hansı müalicəyə üstünlük verirlər? 3) Hər bir xəstənin hansı başlıca hüququ var? 4) Alternativ üsullar seçmək nəyə görə ciddi və məsuliyyətli məsələdir? 5) Xəstə çox qan itirəndə həkimlər tez bir vaxtda hansı iki tədbiri görməlidirlər? 6) Alternativ üsullar hansı dörd prinsipə əsaslanır? 7) Həkimlər a) qan itkisini necə azalda bilərlər, b) eritrositləri necə qoruya bilərlər, c) qanyaratmanı necə tənzimləyə bilərlər, d) itirilmiş qanı necə qaytara bilərlər? 8) a) Hemodilusiya, b) reinfuziya üsullarını təsvir edin. 9) Alternativ üsullarla əlaqədar hansı əlavə məlumatı almaq istərdiniz? 10) Qan köçürmədən ciddi və mürəkkəb cərrahiyyə əməliyyatlarını aparmaq mümkündürmü? 11) Hal-hazırda tibbi dairələrdə hansı təqdirəlayiq dəyişikliklər edilməkdədir?
Filmdə göstərilən hər hansı müalicə üsulu ilə razılaşıb-razılaşmamaqla bağlı qərarı hər kəs Müqəddəs Kitaba əsasən tərbiyə edilmiş vicdanına müvafiq olaraq verir. Özün və uşaqların üçün müalicə üsullarına dair aydın mövqe tutmusanmı? Bundan sonra «Bildiriş və etibarnamə» sənədini doldurmusanmı? Bu məsələlərlə bağlı ətraflı məlumat almaq üçün «Gözətçi Qülləsi»nin 2004-cü il 15 iyun (rus.) və 2001-ci il 1 fevral saylarındakı «Oxucuların sualları» rubrikasına bax. Sonra hansı üsulları qəbul edib, hansılardan imtina edəcəyinə dair şəxsi qərar qəbul etmək üçün «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il noyabr sayının əlavə vərəqəsindəki «Mən qanın fraksiyalarına və öz qanımdan istifadə edilərək aparılan tibbi proseduralara necə yanaşıram?» adlı çərçivəyə bax. Sonra seçimini dəqiqliklə sənədə yaz. Seçdiyin tibbi müdaxiləyə dair nümayəndələrin və Yehovanın Şahidi olmayan ailə üzvlərinin qərarların haqqında tam məlumatı olmalıdır.