«Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir»
Çoxları Allahın yaratdıqlarını seyr etməkdən həzz alırlar. Ancaq təəssüf ki, bütün bunların Allahın düşüncə və hissləri barədə bizə nələr öyrətdiyini çox az insan dərk edir (Rom. 1:20). Qədimdə yaşamış Davud padşah Yehova haqqında Onun Kəlamından öyrənməklə yanaşı, Allahın yaratdıqlarını seyr edir və Ona yaxınlaşırdı (Məz. 8:3, 4). «Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir» adlı film (rus.) bizə, uşaqlarımıza və Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Yehovanın yaratdıqlarından bəziləri ilə yaxından tanış olmağa, Dahi Yaradanımızın necə Allah olduğunu görməyə və Ona yaxınlaşmağa kömək edir. Filmə baxdıqdan sonra növbəti suallara cavab verməyə çalışın.
1) Kainatın böyüklüyü və orada hökm sürən nizam-intizam Yehovaya olan minnətdarlığınızı necə artırır? (Yeşaya 40:26). 2) Suya daha yaxından baxanda Yaradan haqqında nə öyrənirik? (Vəhy 14:7). 3) Yerin ölçüsü və Günəşlə arasındakı məsafə Yehovanın müdrikliyini necə göstərir? 4) Ay hansı məqsədə xidmət edir? (Məz. 89:37). 5) Həyatdan həzz alması üçün Yehova insanı necə yaradıb? 6) DNT nədir? (Məz. 139:16). 7) İnsan Yehovanın yaratdığı digər varlıqlardan nə ilə fərqlənir? (Yar. 1:26). 8) Yeni dünyada hansı işlə məşğul olmaq istəyərdiniz?
Əlavə mövzular. 9) Rənglər necə əmələ gəlir? 10) Su cazibə qüvvəsinə üstün gələrək ağacın yuxarı hissələrinə qədər necə gedib çatır? 11) Su insan orqanizmində hansı funksiyanı yerinə yetirir? 12) Canlı aləm arasındakı harmoniyaya dair nümunə gətirin. 13) Canlılar bir-birləri ilə necə əməkdaşlıq edəcəklərini haradan bilirlər? 14) «Qızıl bölgü» nədir və bu, təbiətdə özünü necə göstərir?
Yehovanın əl işlərinə «fikir verin». İsa bizi «göy quşlarına» fikir verməyə və «zanbaqların necə boy atdığına baxıb» ibrət almağa təşviq edir (Mat. 6:26, 28). Bu, bizim imanımızı gücləndirə və Yaradana etibarımızı möhkəmləndirə bilər, eləcə də Yehovanın müdrikliyinə, Öz xalqını xilas etmək qüvvəsinə və məhəbbətinə görə minnətdarlığımız artıra bilər. Həddən artıq bu dünyanın işlərinə aludə olmaqdansa, Yehovanın yaradılış möcüzələrini seyr etmək və onların bizə Allah haqqında dedikləri üzərində düşünmək üçün vaxt ayırmaq və səy göstərmək daha yaxşı olardı (Məz. 19:1).