Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/12 s. 1
  • Ehtiyat təbliğçinin yaraşığıdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ehtiyat təbliğçinin yaraşığıdır
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Xidmətdə qızıl qanunu unutma!
    Gözətçi qülləsi 2014
  • Özünə sahə götürmüsənmi?
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 5/12 s. 1

Ehtiyat təbliğçinin yaraşığıdır

1. Nəyə görə təbliğ xidmətində ehtiyatlı olmaq vacibdir?

1 «Pozğun və əxlaqsız nəslin içində» təbliğ edən Allahın xidmətçiləri, sanki, «canavarlar arasına quzu kimi» göndəriliblər (Mat. 10:16; Filip. 2:15). Dünyanı bürüyən iğtişaşların, kütləvi hücumların və insan oğurluğu kimi amansız cinayətlərin artması barədə ardı-arası kəsilməyən məlumatlar pis insanların «daha da pis işlər» gördüklərinə dəlalət edir (2 Tim. 3:13). Hansı Müqəddəs Kitab prinsipləri xidmətdə «ehtiyatlı» olmağa bizə kömək edə bilər? (Mat. 10:16).

2. Hansı vəziyyətlərdə təbliğ etdiyimiz ərazini tərk edib xidmətimizi başqa yerdə davam etdirmək məsləhətdir?

2 Uzaqgörən olun. Süleymanın məsəlləri 22:3 ayəsində vurğulanır ki, təhlükədən qaçmaq müdrik hərəkətdir. Ehtiyatı əldən verməyin! Təhlükəsizliyin hökm sürdüyü ərazidə vəziyyət gözlənilmədən dəyişə bilər. Ola bilsin, siz də küçələrdə polislərin fəaliyyətinin artmasının və ya insanların kütləvi şəkildə toplaşmasının şahidisiniz. Bəzən hansısa ev sahibi yaxşı niyyətdən irəli gələrək təhlükə barədə bizi xəbərdar edir. Belə hallarda maraq xatirinə həmin ərazidə qalmaq əvəzinə, oranı dərhal tərk edib xidmətimizi başqa yerdə davam etdirmək uzaqgörənlik əlaməti olardı (Sül. məs. 17:14; Yəh. 8:59; 1 Salon. 4:11).

3. Vaiz 4:9 ayəsindəki prinsip xidmətimizlə necə bağlıdır?

3 Əməkdaşlıq edin. Vaiz 4:9 ayəsində deyilir: «İki adam bir adamdan yaxşıdır». Ola bilsin, siz tək xidmət etməyi adət etmisiniz və indiyədək başınıza bir iş gəlməyib. Bəs indi də belə etmək təhlükəsizdirmi? Bəzi yerlərdə təhlükəsizdir. Lakin digər yerlərdə bacının və ya gənc təbliğçinin sahəni təkbaşına işləməsi (xüsusilə də günbatandan sonra) təhlükəlidir. Təcrübə göstərir ki, yanımızda diqqətli əməkdaşın olmasının yerini heç nə verə bilməz (Vaiz 4:10, 12). Əgər qrup şəklində təbliğ edirsinizsə, sizinlə birgə xidmət edən təbliğçilərin də təhlükəsizliyini düşünün. Sahəni tərk edəndə çalışın, həmişə onlara bu barədə xəbər verəsiniz.

4. Bütün yığıncağın təhlükəsizliyini təmin etmək üçün nə etmək olar?

4 Rifahınızı düşünən ağsaqqalların yerli ərazinin tələbatına uyğun göstərişlər vermək məsuliyyəti var (İbr. 13:17). Əmin ola bilərik ki, əgər biz bir məsihçi kimi təvazökarlıq təzahür etdirir və onlarla tam əməkdaşlıq ediriksə, Yehova xeyir-duasını bizdən əskik etməyəcək (Mik. 6:8; 1 Kor. 10:12). Gəlin təyin olunmuş ərazimizdə səmərəli şahidlik vermək işinə öz töhfəmizi verərək ehtiyat tədbirlərini heç vaxt yadımızdan çıxartmayaq!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş