Özünə sahə götürmüsənmi?
1 Təbliğçiyə tə’yin olunan sahə şəxsi sahədir. Sənin üçün rahat olan yerdən sahə seçə bilərsən ki, ora tez çatıb, tək və ya başqa təbliğçi ilə birlikdə təbliğ edəsən. Düzdür, imkanımız olanda qrup halında xidmətdə iştirak etməliyik. Xüsusilə də sahəsi böyük olan yığıncaqda xidmət ediriksə, öz sahəmiz olsa daha əsaslı şahidlik edə bilərik (Həv. iş. 10:42).
2 Üstün cəhətlər. Bə’ziləri üçün sahənin iş yerlərinə yaxın olması daha əlverişlidir, belə ki, onlar nahar fasiləsi zamanı və ya işdən dərhal sonra orada təbliğ edirlər. Başqaları kitaböyrənməsindən qabaq bir saat ya da bir az çox ailə üzvləri ilə birlikdə təbliğ edirlər. Təkrar başçəkmələr və öyrənmələr yaxınlıqda olduğundan vaxta, gücə və yol puluna qənaət edilir. Az vaxta çox şey əldə edildiyi üçün, bə’zi təbliğçilər sahə götürərək vaxtaşırı köməkçi pioner kimi xidmət edə, hətta daimi pionerlərin cərgəsinə qoşula bilərlər. Bundan başqa, sahədə təbliğ edib sakinlərlə tanış olsaq onların e’tibarını qazanar və onları maraqlandıran mövzu barədə söhbət aça bilərik. Bu da xidmətimizi daha səmərəli edəcək.
3 Rayon nəzarətçisinin təşviqindən sonra sahə götürən bir pioner deyir: «Mən bu məsləhətə əməl etdim və tezliklə sahəmdəki sakinlərlə yaxından tanış oldum və aramızda yaxşı münasibət yarandı. Mən onlar üçün münasib olan vaxtda gəlməyə başladım. Nəticədə təkrar başçəkmələrimin sayı ay ərzində 35-dən 80-ə qalxdı və 7 Müqəddəs Kitab öyrənməsinə başladım».
4 Kimə müraciət etməli? Sahə götürmək istəsən, sahələrə cavabdeh qardaşa müraciət et. Sahənə başqa təbliğçiləri də apar və sakinləri evdə olmayan mənzilləri qeyd et. Sahəni dörd ay ərzində işləyib qurtarmaq lazımdır. Əgər çətinlik çəksən, kitaböyrənmə nəzarətçisindən və ya başqalarından kömək istə. İşlənmiş sahəni dörd aydan sonra ya qaytar, ya da onun yenidən sənə verilməsini xahiş et. Ancaq eyni sahəni həmişə özündə saxlama ki, başqaları da onu işləyə bilsin. Əgər aid olduğun yığıncaqda sahələrin sayı məhdud olduğundan özünə sahə götürə bilmirsənsə, kitaböyrənmə nəzarətçisindən hər hansı sahənin bir hissəsini sənə verməsini xahiş et.
5 «Bütün dünyada» təbliğ etmək tapşırığı çox böyük tapşırıqdır (Mat. 24:14). Onu yerinə yetirmək üçün bir-birimizlə sıx əməkdaşlıq etməliyik. Qrup xidməti ilə yanaşı öz sahəmizdə də təbliğ etsək, daha çox insana xoş xəbəri çatdırmaq imkanımız olacaq.
[Oyrənilmə üçün olan suallar]
1. Şəxsi sahə nədir?
2. Şəxsi sahənin hansı üstün cəhətləri var?
3. Sahə götürmək bir pionerə hansı faydanı gətirdi?
4. Sahəni kimdən istəməlisən və onu necə işləmək lazımdır?
5. Təbliğ etmək tapşırığını yerinə yetirmək üçün nə tələb olunur?