«Gənclərin sualları: əsil dostları necə tapmaq olar?»
Yehova insanları ünsiyyət etmək və dostluq münasibətləri qurmaq təlabatı ilə yaradıb (Sül. məs. 17:17; 18:1, 24). Dostluğun qarşılıqlı fayda gətirməsi üçün dost seçimində diqqətli olmalıyıq (Sül. məs. 13:20). Çalış, «Gənclərin sualları: əsil dostları necə tapmaq olar?» videofilminə baxdıqdan sonra aşağıdakı suallara cavab ver.
Giriş.
1) Əsil dost necə olmalıdır?
Dostluq yolundakı maneələr.
2) Tənhalıq hissinin öhdəsindən necə gəlmək olar? (Filip. 2:4). 3) Nə üçün mənfi xüsusiyyətlərimizi dəyişməyə hazır olmalıyıq və bu işdə bizə kim kömək edə bilər? (2 Kor. 13:11). 4) Çoxlu dostları necə tapa bilərik? (2 Kor. 6:13).
Allahla dostluq.
5) Yehova ilə sıx dostluğu necə inkişaf etdirə bilərik və nə üçün buna can atmağa dəyər? (Məz. 34:8). 6) Allahla yaxın dost olmağın sayəsində özümüzə necə yaxşı dostlar qazana bilərik?
Pis dostlar.
7) Kimlər pis dost ola bilər? (1 Kor. 15:33). 8) Pis dostlar insanı ruhani cəhətdən necə məhvə doğru apara bilər?
Müasir dram.
9) Müqəddəs Kitabda Dina haqqında deyilənlərdən nə öyrənirik? (Yar. 34:1, 2, 7, 19). 10) Tara dünyəvi gənclərlə dostluğuna necə bəraət qazandırırdı? 11) Məktəb yoldaşlarının əhatəsində Tara hansı təhlükəli vəziyyətlə üzləşdi? 12) Taranın valideynləri qızlarının başı üstündəki təhlükəni nə üçün görmürdülər, ancaq onun problemini görəndə ruhani cəhətdən möhkəmlənməsinə hansı əhval-ruhiyyə ilə kömək etdilər? 13) Pioner bacı Tara üçün əsil dost olduğunu necə sübut etdi? 14) Tara özünə hansı mühüm dərsi götürdü?
Yekun.
15) Bəs sən bu filmdən özünə hansı dərsi götürdün? 16) Başqalarına kömək göstərmək üçün bu filmdən necə istifadə edə bilərsən?
Gəlin özümüzə elə dostlar seçək ki, bu, bizə ən böyük dostluğu — Allahla dostluğu qoruyub saxlamağa kömək etsin! (Məz. 15:1, 4; Yeşaya 41:8).