Dekabrın 15-dən başlanan həftənin cədvəli
DEKABRIN 15-DƏN BAŞLANAN HƏFTƏ
Mahnı 21 və dua
Yığıncağın Müqəddəs Kitab öyrənməsi
fy fəs. 16, abz. 8—12, s. 188-dəki çər. (30 dəq.)
Teokratik Xidmət Məktəbi
Müqəddəs Kitabın oxunması: Yeşua 6—8 (10 dəq.)
№ 1: Yeşua 8:18—29 (4 dəq. və ya az)
№ 2: Allahın adını çəkmək nəyə görə vacibdir? (w13 1/1 16) (5 dəq.)
№ 3: Xalq İordan çayından keçir (Smy hekayə 45) (5 dəq.)
Xidməti görüş
Ayın mövzusu: Bizə etibar olunan yaxşı xəzinədən «yaxşı şeylər» çıxaraq (Mat. 12:35a).
15 dəq. «Müqəddəs Kitab dərslərini məharətlə keçirin». Sual-cavab. 3-cü abzası müzakirə etdikdən sonra təbliğçinin və öyrənənin dərs vəsaitinin 15-ci fəslinin 8-ci abzasını birlikdə müzakirə etdiklərini göstərən ikihissəli səhnəcik təqdim et. Birinci səhnəcikdə təbliğçi çox danışır, ikinci səhnəcikdə isə təbliğçi öyrənənin fikrini bilmək üçün suallar verir.
15 dəq. Müqəddəs Kitab dərslərinə hazırlaşmağa kömək edən vəsait. Müzakirə. Dinləyicilərin diqqətini jw.org saytından «Müqəddəs Kitab nə öyrədir?» adlı bölməyə yönəlt. (Bax: MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > YENİYETMƏLƏR.) Bu materialın həm gənclər, həm də yaşlılarla səmərəli Müqəddəs Kitab dərsləri keçirməyə necə kömək etdiyini müzakirə et. Çalışma vərəqələrindəki suallar öyrənənin qəlbinə yol tapmağa necə kömək edə bilər? Qoy bir təbliğçi monoloqda çalışma vərəqəsinin köməyi ilə öyrətdiyi adamın tələbatları üzərində necə düşündüyünü və effektiv suallar hazırladığını göstərsin. Sonda dinləyiciləri malik olduğumuz yaxşı şeylərdən istifadə edərək öyrənən adamın ürəyinə yol tapmağa və yaxşı müəllim olmağa təşviq et (Sül. məs. 20:5).
Mahnı 30 və dua