Təkrar
Növbəti suallar 2015-ci il dekabrın 28-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Həmçinin hər sualın hansı həftə müzakirə ediləcəyi göstərilib ki, hər həftə məktəbə hazırlaşanda axtarış aparmaq mümkün olsun.
Sandıq Yerusəlimə gətiriləndən məbəd tikilənə qədər İsraildə Yehovaya ibadətin mərkəzi hara idi? (1 Saln. 16:1, 37—40) (2 noy., w05 1/10 s. 10, abz. 7).
Davudu əliaçıqlıq göstərməyə nə təşviq etmişdi və bizə də bu cür davranmağa nə kömək edəcək? (1 Saln. 22:5) (9 noy., w05 1/10 s. 11, abz. 6).
Yehova nə üçün ürəyimizi araşdırır? (1 Saln. 28:9) (16 noy., w08 15/10 s. 7, abz. 1, 2).
Süleyman padşahın 2 Salnamələr 1:10 ayəsindəki xahişi bizə onun haqda nə deyir və biz öz dualarımızı təhlil etsək, nəyi görə bilərik? (2 Saln. 1:11, 12) (23 noy., w05 1/12 s. 9, abz. 6).
2 Salnamələr 6:29 ayəsini xidmətimizə necə tətbiq etmək olar? (30 noy., w14 15/5 s. 12, abz. 5).
Asa nəyi əsas tutaraq böyük düşmən ordusuna qalib gəlmək üçün dua etdi və biz də apardığımız ruhani müharibə ilə bağlı nəyə əmin ola bilərik? (2 Saln. 14:11) (7 dek., w12 15/8 s. 8, abz. 6, s. 9, abz. 1).
Yəhuşafat padşahın səhv hərəkətlərinə Yehovanın münasibəti bizi Onun məhəbbətinə necə əmin edir və bu, bizim başqalarına münasibətimizə necə təsir etməlidir? (2 Saln. 19:3) (14 dek., w03 1/9 s. 27, abz. 13).
Bu gün biz niyə və necə səf qurmalı və durub gözləməliyik? (2 Saln. 20:17) (21 dek., w05 1/12 s. 11, abz. 3; w03 1/8 s. 28, abz. 15, 16).
Yəhyadayın nümunəsi bizi nəyə əmin edir? (2 Saln. 24:15, 16) (21 dek., w13 15/1 s. 9, abz. 11).
Övladlarınızın ruhani cəhətdən inkişaf etməsi üçün siz nə edə bilərsiniz? (2 Saln. 26:1, 4, 5) (28 dek., w10 15/10 s. 27, abz. 1).