«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
7—13 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HİZQİYAL 28—31
«Yehova bütpərəst xalqı mükafatlandırdı»
it-2-E s. 1136, abz. 4
Sur
Şəhərin məhvi. Navuxodonosorun Suru uzun müddət mühasirədə saxlamasından döyüşçülər çox əziyyət çəkmişdi. Dəbilqə o qədər sürtünmüşdü ki, onların başında tük qalmamışdı, mühasirə qurğuları tikmək üçün daş-kəsək daşımaqdan çiyinlərinin dərisi soyulmuşdu. Yehova Sura çıxardığı hökmü icra etmək üçün Navuxodonosordan bir alət kimi istifadə etmişdi. Ancaq Navuxodonosor bunun müqabilində heç bir xeyir əldə edə bilməmişdi. Buna görə də Yehova zəhmət haqqı olaraq Misirin sərvətini ona verməyi vəd etdi (Hz 29:17—20). Yəhudi tarixçisi Flavinin sözlərinə əsasən, Surun mühasirəsi 13 il çəkmişdi («Against Apion», I, 156 [21]) və Babilə çox baha başa gəlmişdi. Tarixi sənədlərdə Navuxodonosorun şəhəri nə dərəcədə cidd-cəhdlə mühasirəyə alması, yaxud nə dərəcədə uğurlu olması barədə heç bir şey deyilmir. Lakin bu, sözsüz ki, Sur üçün çox böyük itki ilə nəticələnmişdi — çoxlu insan həyatına son qoyulmuş, mal-mülk talan olunmuşdu (Hz 26:7—12).
it-1-E s. 698, abz. 5
Misir, misirlilər
Navuxodonosorun hakimiyyətinin 37-ci ilinə (b. e.ə. 588) aid olan Babil mətnlərinin birində Misirə edilən yürüşdən danışılır. Burada söhbətin Misirin fəth olunmasındanmı, yoxsa sonralar həyata keçirilən hərbi yürüşdənmi getdiyini dəqiqliklə demək mümkün deyil. Ancaq bir şey aydındır ki, Navuxodonosor öz zəhmət haqqını almışdı. Yehova xalqına qənim kəsilən Sura qarşı çıxardığı hökmü icra etdiyi üçün ona Misirin sərvətini zəhmət haqqı olaraq vermişdi (Hz 29:18—20; 30:10—12).
g86-E 8/11 s. 27, abz. 4, 5
Zəhmət haqqı ödənilməlidir?
Bu suala cavab vermək üçün gəlin görək Yaradan icra etdiyi xidmətə görə dünyəvi hökumətə zəhmətinin haqqını necə ödəmişdi. Yehova haqq olaraq qədim Sur şəhərinin məhvinə fərman vermişdi. O, Navuxodonosorun başçılığı altında olan Babilin hərbi qüvvəsindən istifadə edərək bu fərmanın icra etmişdi. Babil zəfər çalsa da, bu hərbi əməliyyat ona baha başa gəlmişdi. Buna görə də Yehova onlara zəhmət haqqı verilməli olduğuna qərar vermişdi. Onun bu qərarı Hizqiyal 29:18, 19 ayələrində yazılıb: «Bəni-adəm, Babil hökmdarı Navuxodonosor Suru tutmaq üçün ordusuna çox əziyyət verib... Amma Sura görə çəkdikləri əziyyət heç oldu, nə o, nə də ordusu bundan bir xeyri görmədi. Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Misiri Babil padşahı Navuxodonosora verirəm. O, oranın sərvətini talayacaq, ölkəni qarət edib çoxlu qənimət toplayacaq. Bu da onun ordusunun mükafatı olacaq”».
Biz Müqəddəs Kitabdan bilirik ki, Navuxodonosor təkəbbürlü, özündən razı, bütpərəst hökmdar idi. Babil və onun ordusu əsirlərə divan tuturdular. Bütün bunlar Yehovaya xoş deyildi. Lakin Onun nəzərində borc borc idi və O, borcunu sonadək ödədi.
it-2-E s. 604, abz. 4, 5
Kamillik
Günah edən ilk kəs və Sur hökmdarı. Yəhya 8:44 ayəsində İsanın dediyi sözlərdən və Yaradılış kitabının 3-cü fəslindəki əhvalatdan aydın olur ki, günahın və qeyri-kamilliyin təməli bəşər ailəsindən əvvəl ruhani aləmdə qoyulmuşdu. Hizqiyal 28:12—19 ayələrində yazılan ağı Sur hökmdarına ünvanlansa da, görünür, orada ilk olaraq günaha yol verən ruhani varlığın davranışı da təsvir olunur. Sur hökmdarının qüruru, özünü allah hesab etməsi, kərrub adlanması, Allahın bağı olan Ədənin adının çəkilməsi Müqəddəs Kitabda Şeytan İblis haqqında deyilənlərlə üst-üstə düşür. Şeytan da qürurlanmışdı, o da Ədəndəki ilanla əlaqəlidir və bu dövrün allahı adlanır (1Tm 3:6; Yr 3:1—5, 14, 15; Vh 12:9; 2Kr 4:4).
Şəhərdə yaşayıb, özünü kamillik təcəssümü hesab edən, adı çəkilməyən Sur hökmdarının hikməti hədsiz, gözəlliyi eyibsiz (ibranicə «kalal» sözü ilə eyniköklü sifət) idi. Yaradıldığı gündən bütün əməllərində qüsursuz (ibr. «tamim») idi, ta o vaxta qədər ki, pisliyə qədəm qoydu (Hz 27:3; 28:12, 15). Ehtimal ki, Hizqiyalın yazdığı ağı ilk növbədə Surun ümumiyyətlə bütün hökmdarlarına aiddir, təkcə hansısa bir hökmdarına yox. (Əş 14:4—20 ayələrində yazılmış, adı çəkilməyən Babil padşahına ünvanlanmış peyğəmbərliklə müqayisə et.) Yəqin ki, burada Davud və Süleyman padşahın dövründə Sur hökmdarlarının dostluğundan və əməkdaşlığından söhbət gedir. O vaxt Sur hətta Muriyyə dağında Yehovanın məbədinin tikilməsinə də yardım əlini uzatmışdı. Əvvəl-əvvəl Sur hökmdarlarının Yehovanın xalqı olan İsraillə münasibətində qüsur yox idi (1Pd 5:1—18; 9:10, 11, 14; 2Sm 2:3—16). Lakin sonrakı hökmdarlar bu qüsursuz yoldan sapdılar. Allah Yuil, Amus və Hizqiyal peyğəmbər vasitəsilə Suru mühakimə etdi (Yl 3:4—8; Am 1:9, 10). Bu peyğəmbərlikdə Sur hökmdarı ilə Allahın baş düşməninin hərəkəti arasındakı oxşarlığı göstərməkdən başqa kamillik və qüsursuzluq sözlərinin məhdud mənada necə işləndiyi bir daha təsvir olunur.
w03-E 1/7 s. 32, abz. 1—3
Onlarla nə baş verdi?
Misirin bir zamanlar əzəmətli paytaxt şəhərləri olan Memfis və Fivanın adı Müqəddəs Kitabda Nof və No adlanır. Nof (Memfis) Qahirədən 23 km cənubda, Nil çayının qərb sahilində yerləşirdi. Sonralar Memfis daha Misirin paytaxtı olmadı. Eramızdan əvvəl 15-ci əsrin əvvəlində Misirin paytaxtı artıq No (Fiva) idi. No Memfisdən 500 km cənubda yerləşirdi. Fivanın xarabalıqları içində yerləşən çoxsaylı məbədlərdən biri olan Karnak sütunlu tikililərdən ən böyüyü hesab olunurdu. Fiva və oradakı Karnak məbədi misirlilərin baş allahı Amuna həsr olunmuşdu.
Bəs Müqəddəs Kitabda Memfis və Fiva ilə bağlı nə deyilirdi? Orada fironun və Misir allahlarının, xüsusilə də baş allahın, No şəhərinin Amununun əleyhinə hökm xəbəri elan olunurdu (Ərəmya 46:25, 26). Oraya ibadətə toplaşan insanlar qırılacaqdı (Hizqiyal 30:14, 15). Bu belə də oldu. Amuna sitayişdən qalan yeganə şey məbədin xarabalıqları oldu. Hazırda qədim Fiva şəhərinin ərazisinin bir qismində Luksor şəhəri yerləşir, şəhərin digər xarabalıqları arasında da bir neçə kiçik kənd mövcuddur.
Memfis şəhərindən isə qəbiristanlıqlardan savayı heç bir şey qalmamışdır. Müqəddəs Kitab üzrə mütəxəssis olan Luis Qoldinq deyir: «Əsrlər ərzində Misiri istila edən ərəblər Memfisin xarabalıqlarının böyük daşları ilə çayın o biri tərəfində öz paytaxt şəhərlərini (Qahirə) tikmişlər. Beləcə, Nil çayı və ərəb inşaatçıları bu işdə elə mükəmməl əməkdaşlıq etmişlər ki, bu qədim şəhərin ərazisində getdikcə, sözün əsl mənasında, daş daş üstə qalmadı. Doğrudan da, Müqəddəs Kitabda deyildiyi kimi, Memfis «dəhşətli hala» düşdü və sakinsiz qaldı (Ərəmya 46:19).
14—20 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HİZQİYAL 32—34
«Gözətçi olmaq çox məsuliyyətli işdir»
it-2-E s. 1172, abz. 2
Gözətçi
Rəmzi mənası. Yehova İsrail xalqı üçün rəmzi mənada gözətçilik edən peyğəmbərlər göndərirdi (Ər 6:7). Bu peyğəmbərlər özləri də rəmzi mənada gözətçilər barədə danışırdılar (Əş 21:6, 8; 52:8; 62:6; Hş 9:8). Peyğəmbər və gözətçi rolunu oynayan bu adamlar bədəməl insanlara başlarının üstünü kəsdirən fəlakətdən xəbərdarlıq etməli idilər. Əgər onlar bunu etməzdilərsə, Allaha cavab verməli olacaqdılar. Ancaq insanlar xəbərdarlığa qulaq asmazdılarsa, qanları öz boyunlarına olacaqdı (Hz 3:17—21; 33:1—9). İşini icra etməyən peyğəmbər kor gözətçi, lal it kimi yaramaz idi (Əş 56:10).
w88-E 1/1 s. 28, abz. 13
Allahın Padşahlığı haqda təbliğ etməyə davam edin
Başqasının qanının günahını daşıma
13 Özünü Yehovaya həsr etmiş Şahidlərin üzərinə insanları Allahın qəzəb günü barədə xəbərdar etmək məsuliyyəti düşür. Bu məsuliyyəti Hizqiyalın üzərinə düşən işlə müqayisə etmək olar. O, İsrail evi üzərində gözətçi təyin edilmişdi. İsraillilərə xəbərdarlıq etməli idi ki, pis yollarından dönməsələr, müsibətdən yaxa qurtara bilməyəcəklər. Əgər Hizqiyal bir gözətçi kimi bu xəbərdarlığı etməsəydi belə, fəlakət şər insanları mütləq yaxalayacaqdı, ancaq onların qanı işinə məsuliyyətsiz yanaşan gözətçinin boynuna qalacaqdı. Yehova bununla insanları cəzalandırmağa necə yanaşdığını göstərir: «Mən pis adamın ölümündən həzz almıram. İstəyirəm o, öz yolundan dönüb yaşasın. Dönün yolunuzdan, əl çəkin şər əməllərinizdən. Ey İsrail evi, nə üçün öləsiniz?» (Hizqiyal 33:1—11).
w91-E 15/3 s. 17, abz. 16, 17
Yehovanın səmavi arabası ilə birgə irəliləyin
Laqeydlik ruhundan qorxmadı
16 Hizqiyal itaətkar idi. O, insanların laqeydliyinə, rişxəndlərə baş qoşmurdu. Bununla da o, bizə çox gözəl nümunə qoymuşdu. Biz də pak dilin inkişafı ilə ayaqlaşaraq səmavi arabanı sürən Hökmdarın üz tutduğu istiqamətdə irəliləyirik. Beləliklə, biz Onun əmrlərini icra etmək üçün lazım olan hər şeylə təchiz olunuruq, eyni zamanda isə möhkəmlənərək Yehovanın hökm xəbərini çatdırdığımız insanların laqeydliyinə və rişxəndlərinə baş qoşmuruq. Allah Hizqiyal kimi, bizə də bildirir ki, bəzi dikbaş, inadkar insanlar fəal sürətdə bizə qarşı çıxacaq. Digərləri Yehovaya qulaq asmaq istəmədikləri üçün bizi dinləməyəcəklər (Hizqiyal 3:7—9). Bir başqaları isə ikiüzlülük edirlər. Hizqiyal 33:31, 32 ayələrində onlar haqda deyilir: «Onlar gəlib Mənim xalqım kimi qabağında oturacaqlar. Sözlərinə qulaq asacaqlar, amma bir qulaqdan alıb o birisindən buraxacaqlar. Onlar dildə səni tərifləyirlər, ancaq əslində, haram qazancdan ötrü ürəkləri gedir. Bil ki, sən onların gözündə telli alətdə yaxşı ifa edən, məlahətli səslə sevgi nəğməsi oxuyan bir adamsan. Onlar sənin sözlərini eşidəcək, amma bir nəfər də olsun onlara əməl etməyəcək».
17 Bəs bunun nəticəsi nə olacaq? 33-cü ayədə deyilir: «Sənin dediklərin isə mütləq gerçəkləşəcək. Onda biləcəklər ki, aralarında peyğəmbər olub». Bu sözlər göstərir ki, insanların xəbərdarlığa məhəl qoymadığına görə Hizqiyalın əl-qolu yanına düşmədi. İnsanların laqeydliyi onu da laqeyd etmədi. İnsanlar qulaq asdı-asmadı, o, Allaha tabe olub Onun tapşırdığı işi yerinə yetirirdi.
21—27 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HİZQİYAL 35—38
«Məcuc ölkəsindən olan Yəcuc tezliklə məhv olacaq»
w88-E 15/9 s. 24, abz. 11
«Onda biləcəklər ki, Mən Yehovayam»
11 Sağ qalan israillilər Yəhudaya qayıdandan sonra xarabalıqlar Ədən bağına çevrildi. (Hizqiyal 36:33—36 ayələrini oxuyun.) Buna bənzər tərzdə 1919-cu ildən Yehova məsh olunmuşların viranə qalmış diyarını barlı-bəhrəli ruhani cənnətə çevirir. Bu gün bu cənnətdə böyük izdiham da məskun olub. Ruhani cənnətdə yalnız müqəddəs insanlar sakin olduğundan hər bir məsihi onu təmiz saxlamaq üçün əlindən gələni etməlidir (Hizqiyal 36:37, 38).
28 AVQUST — 3 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HİZQİYAL 39—41
«Hizqiyal peyğəmbərin vəhydə gördüyü məbəd və biz»
Allahın məbədinə fikir ver
w99-E 1/3 s. 11, abz. 16
16 Suala cavab tapmaq üçün gəlin görüntüyə bir də diqqət yetirək. Hizqiyal yazmışdı: «Allahdan nazil olan görüntülərdə məni İsrail ölkəsinə aparıb çox hündür bir dağın başına qoydu. Dağın başında cənuba doğru şəhəri xatırladan bir tikili var idi» (Hizqiyal 40:2). Bu görüntünün baş verdiyi yer — çox hündür bir dağ Mikə 4:1 ayəsindəki sözləri xatırladır: «Zamanın sonunda Yehovanın evinin durduğu dağ dağlardan uca bərqərar olacaq, təpələrdən yuxarı ucalacaq, xalqlar ona sarı axışacaq». Bəs peyğəmbərlik nə zaman yerinə yetməlidir? Mikə 4:5 ayəsindən görünür ki, xalqlar yalan allahlara ibadət etdiyi bir vaxtda bu peyğəmbərlik yerinə yetməyə başlayır. Beləliklə, bizim dövrümüzdə, zamanın sonunda pak ibadət ucaldı, Allahın xidmətçilərinin həyatında öz layiqli yerini tapdı.
w89-E 15/8 s. 14, abz. 20
Cənnətə qayıdış yolunun açılışı
20 Bəs xalqlar məhv olarkən onlardan qalan silahlar necə olacaq? Nəzərə alınsa ki, silahların təkcə tez alışan hissələrinin yandırılmasına, rəmzi mənada da olsa, nə qədər vaxt gedəcək, belə qənaətə gəlinir ki, silahların sayı olduqca çox olacaq (Hizqiyal 39:8—10). Armageddondan sağ çıxanlar xalqların döyüş sursatlarından faydalı məqsədlər üçün istifadə etməyin yollarını tapacaqlar (Əşiya 2:2—4).