Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp23 №  1 s. 14—15
  • Psixoloji problemi olanlara necə kömək edə bilərsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Psixoloji problemi olanlara necə kömək edə bilərsiniz?
  • Gözətçi qülləsi (kütləvi) 2023
  • Başlıqlar
  • Oxşar material
  • Mənası
  • Necə tətbiq edə bilərik?
  • Kömək təklifiniz vəziyyəti dəyişə bilər
  • Xəstə dostunuza dayaq olun
    Gözətçi qülləsi 2010
  • Səhhətiniz qəfildən pisləşibsə
    Əlavə mövzular
  • Allah səni Özü ilə dost olmağa çağırır
    Sən Allahın dostu ola bilərsən!
  • Yehovanın dostu ola bilərsiniz
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2023
wp23 №  1 s. 14—15
Kişi kədərli olan həyat yoldaşını şəfqətlə dinləyir.

Psixoloji problemi olanlara necə kömək edə bilərsiniz?

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (MƏSƏLLƏR 17:17).

Mənası

Dostumuz psixi xəstəlikdən əziyyət çəkəndə özümüzü çarəsiz hiss edə bilərik. Buna baxmayaraq, dostumuza bu ağrılı problemlə mübarizə aparmağa kömək edəndə onun qeydinə qaldığımızı göstəririk. Görək necə?

Necə tətbiq edə bilərik?

«Eşitməyə hazır» olun (YAQUB 1:19).

Dostunuza kömək etməyin ən yaxşı üsullarından biri onu dinləməkdir. Düşünməyin ki, onun dediyi hər şeyə cavab verməlisiniz. Dediklərinə anlayışla yanaşın və şəfqətli olun. Hisslərini başa düşün, tələsik nəticə çıxarmayın və mühakimə etməyin. Unutmayın ki, o, nəzərdə tutmadığı şeyləri deyə və sonradan peşman ola bilər (Əyyub 6:2, 3).

«Təskinlik verin» (1 SALONİKİLİLƏRƏ 5:14).

Dostunuz narahatlıq keçirə və ya özünü dəyərsiz hiss edə bilər. Ola bilsin, belə anlarda nə deyəcəyinizi bilmirsiniz. Amma dostunuzun bu vəziyyətinə biganə olmadığınızı göstərməklə ona təsəlli verə və onu ruhlandıra bilərsiniz.

«Əsl dost hər zaman sevər» (MƏSƏLLƏR 17:17).

Kömək əlinizi uzadın. İnsana hansı köməyin lazım olduğunu təxmin etməkdənsə, bunu onun özündən soruşun. Dostunuz nəyə ehtiyac duyduğunu deməyə çətinlik çəkirsə, hansısa işləri birgə görməyi təklif edə bilərsiniz. Məsələn, təklif edə bilərsiniz ki, birgə gəzintiyə çıxasınız, bazarlıq, yaxud təmizlik edəsiniz (Qalatiyalılara 6:2).

«Səbir göstərin» (1 SALONİKİLİLƏRƏ 5:14).

Bəzən dostunuz danışmaq istəmədiyini deyə bilər. Dostunuzu əmin edin ki, o nə vaxt danışmaq istəsə, siz onu dinləməyə hazırsınız. Ola bilsin, xəstəliyindən irəli gələrək, dostunuz söz və ya hərəkətilə istəmədən xətrinizə dəysin, birgə planlaşdırdığınız işləri təxirə salsın, yaxud kefsiz olsun. Ona ehtiyac duyduğu köməyi təklif edərkən səbirli və anlayışlı olun (Məsəllər 18:24).

Kömək təklifiniz vəziyyəti dəyişə bilər

«Çalışıram dostum üçün etibarlı dost olum ki, məndən kömək istəməyə heç vaxt çəkinməsin. Problemini həll edə bilməsəm də, onu həmişə dinləməyə hazıram. Bəzən dostumun sadəcə ürəyini boşaltmağa ehtiyacı olur, bundan sonra o özünü yaxşı hiss edir» (Faraha, dostu qidalanma və təşviş pozuntusundan, həmçinin kliniki depressiyadan əziyyət çəkir).

Gənc qadın şəfqətlə yaşlı qadının əlini tutub.

«Bir dostum çox mehriban və şən insandır. O, dadlı yemək hazırlayıb, məni evinə dəvət etmişdi. Bu cür səmimi və xoş mühitdə hisslərimi asanlıqla bölüşdüm. Çox ruhlandım» (Haun, kliniki depressiyadan əziyyət çəkir).

«Səbir çox vacibdir. Hərdən yoldaşım xətrimə dəyəndə özümə xatırladıram ki, o, xəstəliyinə görə belə davranır, əslində belə insan deyil. Bunun sayəsində qəzəblənmirəm və ona qarşı daha diqqətcil olmağa çalışıram» (Ceykob, həyat yoldaşı kliniki depressiyadan əziyyət çəkir).

«Arvadım mənə çox dəstək olur, ürək-dirək verir. Narahatlıq, təlaş məni bürüyəndə o məni istəmədiyim şeyi etməyə məcbur etmir. Bəzən isə mənə görə öz istədiyi şeydən vaz keçməli olur. O, çox fədakar və səxavətlidir. Buna görə də yoldaşımın mənim üçün tayı-bərabəri yoxdur» (Enriko, təşviş pozuntusundan əziyyət çəkir).

a Bəzi adlar şərtidir.

Daha ətraflı:

jw.org saytında «Oyanın!» jurnalının 2015-ci il oktyabr—dekabr sayından «Əziz adam xəstə düşərsə» adlı məqaləni oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş