Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  5 s. 3—7
  • Fövqəladə hallarda həyatımızı qoruyan tədbirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Fövqəladə hallarda həyatımızı qoruyan tədbirlər
  • Oyanın! 2017
  • Başlıqlar
  • Oxşar material
  • HADİSƏDƏN ÖNCƏ. TƏDBİR GÖRÜN!
  • HADİSƏ ZAMANI. CƏLD TƏRPƏNİN!
  • HADİSƏDƏN SONRA. ÖZ QEYDİNİZƏ QALIN!
  • Sən təbii fəlakətə hazırsanmı?
    Müqəddəs ibadətimiz 2007
  • Hazırsınız?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Axırzamanın axırında hazırlıqlı olun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Dindaşlarınıza çətinliklərə dözməyə kömək edin
    Gözətçi qülləsi 2022
Əlavə
Oyanın! 2017
g17 №  5 s. 3—7
Yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar

ÜZ QABIĞINDAKI MÖVZU

Fövqəladə hallarda həyatımızı qoruyan tədbirlər

«Partlayışın zərbəsindən yerə sərildim. Havalandırma sistemindən hər yerə tüstü doldu, göydələni alov bürüdü» (Coşua).

Zəlzələ, qasırğa, terror aktı, məktəbdə silahlı atışma... İnformasiya vasitələrində tez-tez bu kimi xəbər başlıqları yer alır. Sözsüz ki, fəlakət haqqında xəbər oxumaqla onu yaşamaq arasında böyük fərq var. Bəs fövqəladə hadisə zamanı sağ qalmaq ehtimalını necə artırmaq olar? Gəlin hadisə baş verməzdən öncə, həmin zaman və daha sonra nələr edə biləcəyimizə baxaq.

HADİSƏDƏN ÖNCƏ. TƏDBİR GÖRÜN!

HEÇ KƏS fövqəladə hallardan sığortalanmayıb. Sağ qalmağın başlıca yolu öncədən tədbir görməkdir. Bəs hansı tədbirlər görülməlidir?

  • Özünüzü mənən hazırlayın. Qəbul etmək lazımdır ki, fövqəladə hallarla hamı üzləşə bilər. Hadisə baş verəndən sonra özünü mənən hazırlamaq artıq gecdir.

  • Maariflənin. Yaşadığınız bölgəyə xas fövqəladə halları əvvəlcədən müəyyən edin. Daldalanmaq üçün sığınacaqların yerini öyrənin. Evinizin davamlılığını və nə dərəcədə təhlükəsiz ərazidə yerləşdiyini dəqiqləşdirin. Yanğın hadisələrinin baş verməməsi üçün təhlükəsizlik tədbirləri görün. Yanğın detektorları quraşdırın və ən azı ildə bir dəfə onların batareyasını dəyişin.

  • Zəruri ehtiyac vəsaitlərini hazırda saxlayın. Elektrik, su, rabitə və nəqliyyat sistemi sıradan çıxa bilər. Əgər maşınınız varsa, çənin boş qalmamasına nəzarət edin. Həmişə evinizdə ehtiyat çantası, əlavə içməli su, ərzaq saxlayın. («Ehtiyat igidin yaraşığıdır» adlı çərçivəyə baxın.)

    Ailə zəruri ehtiyac vəsaitlərinin tədarükünü görür

    Hazırlıq xilasın təməlidir

  • Telefon nömrələri. Yaxınlıqda və uzaqda yaşayan yaxınlarınızın nömrələrini qeyd edin.

  • Təxliyə planı hazırlayıb məşq edin. Yaşadığınız binanın təxliyə yollarını təyin edin, həmçinin uşağınızın oxuduğu məktəbin təxliyə planı ilə tanış olun. Ailə üzvlərinizlə parkda, məktəbdə, yaxud başqa yerdə görüşə biləcəyiniz iki yer təyin edin: biri evinizə yaxın, digəri isə yaşadığınız ərazidən kənarda. Həmçinin tövsiyə olunur ki, ailənizlə həmin görüş yerlərinə mütəmadi olaraq gedəsiniz.

  • Başqalarına kömək etməyi unutmayın. Fövqəladə hal zamanı yaşlı, fiziki qüsurlu şəxslər də daxil olmaqla, digərlərinə kömək edin.

HADİSƏ ZAMANI. CƏLD TƏRPƏNİN!

Yuxarıda adı çəkilən Coşua deyir: «Bina qəfildən alovlananda çoxları təlaşa düşmədi, onlar çox ləng tərpənirdi. Kimi kompüteri söndürür, kimi su doldururdu. Hətta bir nəfər “məncə, bir az gözləsək yaxşıdır” dedi». Görəndə ki, hamı çaş-baş qalıb, Coşua qışqıraraq: «Biz dərhal buradan çıxmalıyıq!» — deyir. Həmin vaxt onun iş yoldaşları sanki yuxudan ayılır, tez pilləkənlə onun dalınca qaçmağa başlayır. Coşua düşə-düşə qışqırır: «Kimsə yıxılsa, onu qaldırın, dayanmayın, qaçın! Biz buradan sağ çıxmalıyıq!»

  • Yanğın baş verəndə. Əyilərək və ya sürünərək cəld çıxışa doğru irəliləyin. Tüstünün görməni çətinləşdirdiyini, həmçinin yanğın zamanı ölümə ən çox tüstü zəhərlənməsinin səbəb olduğunu nəzərə alın. Şəxsi əşyalarınızı götürməyə cəhd göstərərək vaxt itirməyin. Unutmayın, itirdiyiniz hər dəqiqə həyatınız bahasına başa gələ bilər.

  • Zəlzələ olanda. Qorunmaq üçün möhkəm mebelin altına, yaxud başqa təhlükəsiz yerə (yükdaşıyan divara və ya beton sütuna) sığının. Növbəti təkanı gözləyib dərhal binanı tərk edin və tikililərdən mümkün qədər uzaq durun. Xilasedicilərin hadisə yerinə gəlməyi müəyyən vaxt apara bilər, odur ki, imkan daxilində başqalarını da xilas etməyə çalışın.

  • Sunami zamanı. Əgər su birdən-birə sahildən geri çəkilirsə, dərhal hündür bir yerə qalxın. Çünki ardınca çox böyük və güclü dalğalar gözlənilir.

  • Güclü qasırğa, burağan, tornado zamanı. Yubanmadan daldalanacaq bir yerə, yaxud zirzəmiyə sığının.

  • Sel və daşqın zamanı. Su basmış binaları tərk edin. Axar sudan keçməyə və ya suda maşın sürməyə cəhd etməyin. Çünki daşqın çirkab suları ilə qarışa bilər, həmçinin dağıntı parçaları, açıq kanalizasiya quyuları, qopmuş elektrik naqilləri kimi görünməyən təhlükələrlə üzləşə bilərsiniz.

  • Bilirsiniz? Hətta yarım metrə yüksəlmiş sel suları maşını aparmağa qadirdir. Daşqın zamanı ölümə ən çox səbəb insanların suda maşın sürməyə cəhd göstərməsi olur.

  • Təxliyə elan olunarsa, deyilənlərə yubanmadan əməl edin. Dost-tanışa harada olduğunuz barədə məlumat verin, əks halda, onlar sizi axtararaq öz həyatlarını təhlükəyə ata bilər.

    Ailə radioya qulaq asır

    Təxliyə elan olunarsa, deyilənlərə yubanmadan əməl edin

  • Bilirsiniz? Mesaj göndərmək zəng etməkdən daha etibarlı ola bilər.

  • Aidiyyəti qurumların evdə, yaxud daldalanacaq yerdə qalmaq göstərişi varsa, qeyd-şərtsiz əməl edin. Kimyəvi, bioloji, həmçinin nüvə qəzası, yaxud hücumu zamanı içəridə qalın, havalandırma sistemini söndürün, qapı-pəncərələrin məsamələrini izolə edin. Nüvə partlayışı zamanı radiasiyadan qorunmaq üçün mümkün qədər tez qapalı məkanda və ya yeraltı sığınacaqda daldalanmağa çalışın. Radio və ya televizordan rəsmi orqanların göstərişlərini izləyin. Onlar təhlükənin sovuşduğunu xəbər verməyənədək çölə çıxmayın.

HADİSƏDƏN SONRA. ÖZ QEYDİNİZƏ QALIN!

Xəstəlik və təhlükələrdən qorunmaq üçün növbəti göstərişlərə riayət edin.

  • İmkan daxilində sığınacaq düşərgəsində yox, doğmalarınızla birgə qalın.

  • Qaldığınız yerdə sanitar normalarına riayət edin.

  • Tullantıları təmizləyərkən fərdi mühafizə vasitələrindən istifadə edin. Mümkünsə, davamlı ayaqqabı geyinin, rezin əlcək, kaska və respirator taxın. Elektrik naqillərdən və sönməmiş közdən özünüzü gözləyin.

  • Bacardığınız qədər normal həyat tərzini bərpa edin. Uşaqlar sizin narahat olmadığınızı, ümidinizi itirmədiyinizi duymalıdırlar. Onların dərsi ilə maraqlanın, birgə oyunlar oynayın və ibadətinizdən qalmayın. Hadisə ilə bağlı yayımlanan xəbərlərə köklənməyin, öz təlaşınızı, nigarançılığınızı ailə üzvlərinizə ötürməyin. Dəstək alın və dəstək olun!

    Ailə fəlakətdən sonra normal həyat tərzini bərpa edir

    Hadisədən sonra normal həyat tərzinə qayıdın

  • İtki qaçılmazdır. Hökumətin və aidiyyəti qurumların məqsədi insanlara dəyən bütün maddi zərəri qarşılamaq yox, onların həyatını xilas etməkdir. Sağ qalmaq üçün isə insana içməli su, qida, paltar və sığınacaq yer lazımdır (1 Timutiyə 6:7, 8).

  • Emosional sarsıntı qaçılmazdır, odur ki, kömək istəyin. İnsana dəyən emosional zərər, adətən, hadisə sovuşandan sonra özünü büruzə verir. Bu, gərginlik, depressiya, əhval-ruhiyyənin dəyişməsi, iş qabiliyyətinin zəifləməsi, diqqət dağınıqlığı, yuxu pozuntusu və sairə kimi simptomlarla müşayiət olunur. Belə vəziyyətdə sizə yaxın biri ilə dərdləşin.

Coşua iş yerindəki faciədən sağ çıxsa da, dost-tanışının çoxu həyatını itirdi. Ona dindaşlarının və tibb mütəxəssislərinin böyük köməyi dəydi. O deyir: «Onlar mənə ürək-dirək verirdilər, deyirdilər ki, bərpa prosesi zamanı bu cür hisslər keçirmək təbiidir və zamanla ötüb keçəcək. Altı ay sonra gecə qarabasmaları səngidi, digər simptomların keçməsi isə bir az vaxt apardı».

Fəlakətlə üzləşən insan bununla barışa bilmir. Bəziləri baş verənləri Allahdan bilir. Digərləri isə Coşua kimi sağ qaldığına görə özünü qınayır. Coşua deyir: «İndiyə qədər düşünürəm ki, bəlkə də, daha çox insanı xilas edə bilərdim... Allahın tezliklə dünyada haqq-ədaləti bərqərar edəcəyini və bütün problemləri aradan qaldıracağını bilmək mənə qəlb rahatlığı verir. O vaxta qədər isə yaşadığım hər günün qədrini bilib, həyatımı qorumağa çalışıram» (Vəhy 21:4, 5)a.

a Allahın gələcəklə bağlı vədləri və əzab-əziyyətlərə nəyə görə son qoymadığı haqda ətraflı məlumat almaq üçün «Müqəddəs Kitab təlimləri» adlı kitaba baxın. Kitabı www.jw.org saytından yükləyə bilərsiniz.

EHTİYAT İGİDİN YARAŞIĞIDIR

Zəruri ehtiyac vasitələri

Fövqəladə hallarla mübarizə üzrə qurumlar əhaliyə zəruri ehtiyac vasitələrini hazırda saxlamağı və onları hər il yeniləməyi məsləhət görür. Təbii ki, ehtiyaclar yaşadığınız yerə və fərdi xüsusiyyətlərə görə dəyişir. Odur ki, aidiyyəti qurumlarla əlaqə saxlayıb öz ərazinizə uyğun tövsiyələri ala bilərsiniz.

Adətən, tövsiyə olunur ki, adambaşına ən azı on litr su və üç gün üçün gec xarab olan hazır qida məhsulları saxlanılsın.

Bəzi ailələr içərisində növbəti zəruri vəsaitlər olan «ehtiyat çantası» hazırlayıbb:

  • Ədyal, bir dəst isti paltar, davamlı ayaqqabı

  • Fənər, radio və batareyalar

  • Tibbi yardım çantası və yardım çağırmaq üçün fit

  • Qida üçün qablar, konserv açan, çoxfunksiyalı bıçaq, suyadavamlı kibrit

  • Respirator, sukeçirməz lent, qorunmaq üçün plastik örtük

  • Diş fırçası, sabun, dəsmal, tualet kağızı

  • Körpələr, həmçinin yaşlı və fiziki qüsurlu insanlar üçün xüsusi ehtiyac ləvazimatları

  • İçərisində lazımi dava-dərman, vacib sənədlər olan suyadavamlı konteyner

  • Qaynar xətt nömrələri, müəyyən etdiyiniz görüş yerlərinin siyahısı, yaşadığınız ərazinin xəritəsi

  • Kredit kartları və nəğd pul

  • Evinizin və maşınınızın açarlarının nüsxəsi

  • Dəftər-qələm, kitablar, uşaq üçün oyuncaqlar

  • Müqəddəs Kitab

b Burada sadalanan əşyaların bəziləri sizin ərazinizə xas olmaya bilər. Şəraitinizə uyğun əşyaları özünüz əlavə edə bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş