Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi07 s. 13—14
  • Müqəddəs Yazıların kitabı nömrə 29 Yoel

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 29 Yoel
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Başlıqlar
  • Oxşar material
  • BİZƏ FAYDASI
  • Çətinliklərlə mübarizə Yehovaya etibarımızı möhkəmləndirdi
    Gözətçi qülləsi 2010
  • Şimaldan gələn hücum!
    Gözətçi qülləsi 2020
  • Peyğəmbərlərdən nümunə götürün — Yoel
    Müqəddəs ibadətimiz 2013
  • «Yoel» və «Amos» kitablarından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
bsi07 s. 13—14

Müqəddəs Yazıların kitabı nömrə 29 Yoel

Yazan: Yoel

Yazıldığı yer: Yəhuda

Yazılması başa çatıb: b. e. ə. təx. 820-ci il (?)

HƏŞƏRATLARIN dalbadal hücumu yer üzünü viran qoyur. Önlərindəki hər şeyi od yandırır, geridə qalanları isə alov qovurur. Hər yerdə aclıq hökm sürür. Günəş qaralır, ay isə qan rənginə dönür, Yehovanın möhtəşəm və dəhşətli günü yaxınlaşır. Allah oraq çalmağı və xalqları məhv etmək üçün bir yerə toplamağı əmr edir. Lakin bə’ziləri «qurtulacaq» (Yoel 2:32). «Yoel» kitabında təsvir edilən dramatik hadisələri izləmək bizim üçün həm maraqlı, həm də çox faydalıdır.

2 Kitab, «Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü» kimi təqdim olunur. Müqəddəs Kitab bizə Yoel haqqında bundan artıq heç nə demir. Əsas diqqət kitabın yazıçısına yox, peyğəmbərlik xəbərinə cəlb edilir. Belə hesab olunur ki, «Yoel» (ibranicə Yoh’el) adının mə’nası «Yehova Allahdır» deməkdir. Yoelin Yerusəlimə, oradakı mə’bədə və mə’bəd xidmətinin xırdalıqlarına yaxından bələd olması, ehtimal ki, onun kitabı Yerusəlimdə və ya Yəhudada yazdığına göstərir (Yoel 1:1, 9, 13, 14; 2:1, 15, 16, 32).

3 Yoelin kitabı nə vaxt yazılmışdır? Bunu dəqiq demək mümkün deyil. Alimlər, b. e. ə. 800-cü ildən başlayaraq, təxminən b. e. ə. 400-cü ilədək müxtəlif tarixlər göstərirlər. Yehovanın Yehoşafat vadisində xalqlar üzərində hökmünün təsviri, Yoelin bu peyğəmbərliyi Yehovanın Yehoşafata bəxş etdiyi böyük qələbədən bir müddət sonra yazdığına işarə edir. Yehoşafat b. e. ə. 936-cı ildə Yəhudada padşahlığa başlamışdır (Yoel 3:2, 12; 2 Saln. 20:22-26). Amos peyğəmbərin Yoelin əlyazmasından sitat gətirdiyi güman edilir. Bu isə Yoel peyğəmbərin kitabının b. e. ə. 829-804-cü illər arasında peyğəmbərliyə başlamış Amosun kitabından əvvəl yazıldığını göstərir (Yoel 3:16; Amos 1:2). Bu kitabın ibrani kanonunda «Huşə» və «Amos» kitablarının arasında yerləşməsi də onun yazılmasının daha erkən tarixə aid olduğuna işarədir. Beləliklə, «Yoel» kitabının yazılma tarixini təxminən b. e. ə. 820-ci ilə aid etmək olar.

4 «Yoel» kitabının gerçəkliyini Yunanca Müqəddəs Yazılarda bu kitabdan gətirilən sitatlar və ona edilən istinadlar təsdiq edir. Pentikost günündə həvari Peter «Yoel peyğəmbər»dən və onun bir peyğəmbərliyindən söz saldı. Həvari Pavel də həmin peyğəmbərliyi sitat gətirərək onun yəhudilər və qeyri-yəhudilər üzərində necə icra olunduğunu göstərdi (Yoel 2:28-32; Həv. iş. 2:16-21; Rom. 10:13). Yoelin qonşu xalqların əleyhinə dediyi bütün peyğəmbərliklər yerinə yetdi. Navuxodonosor möhtəşəm Sur şəhərini mühasirəyə aldı, bir müddət sonra isə Makedoniyalı İsgəndər şəhərin adadakı hissəsini darmadağın etdi. Həmçinin Filiştiya məhv oldu, Edom isə səhraya çevrildi (Yoel 3:4, 19). Yəhudilər «Yoel» kitabının kanonikliyinə heç vaxt şübhə etmirdilər və bu kitabı kiçik peyğəmbərlər adlanan siyahıda ikinci yerdə yerləşdirmişdilər.

5 Yoelin üslubu canlı və tə’siredicidir. O, fikri vurğulamaq məqsədilə təkrarlar edir və bənzətmələrdən məharətlə istifadə edir. Çəyirtkə xalqa və orduya bənzədilir. Çəyirtkənin dişləri aslan dişi, görünüşü at, səsi isə hücuma düzülən qoşunun döyüş arabalarının səsi kimidir. Bir əsərdə, çəyirtkəyə qarşı mübarizə mərkəzinə istinad edilərək deyilir: «Çəyirtkə hücumu barədə Yoelin incəliklərinə kimi dəqiqliklə verdiyi təsvirin tayı-bərabəri yoxdur»a. Gəlin indi Yehovanın dəhşətli günü haqqındakı Yoelin peyğəmbərliyinə nəzər salaq.

BİZƏ FAYDASI

12 Bə’zi şərhçilər Yoeli qəmgin peyğəmbər kimi qələmə verirlər. Halbuki, Allahın xalqının nəzərincə o, gözəl qurtuluş xəbərinin carçısı olmuşdur. Həvari Pavel Romalılara 10:13 ayəsində bu fikri vurğulayaraq deyir: «Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır» (Yoel 2:32). Yoelin peyğəmbərliyi b. e. 33-cü ilinin Pentikost günündə heyranedici şəkildə həyata keçdi. O zaman həvari Peter Allahdan ilham alaraq izah etdi ki, Onun ruhunun Məsihin şagirdləri üzərinə tökülməsi Yoelin peyğəmbərliyinin yerinə yetdiyini bildirir (Həv. iş. 2:1-21; Yoel 2:28, 29, 32). Peter, Yoelin peyğəmbərliyinin əsas məğzini vurğulayaraq dedi: «Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır» (Həv. iş. 2:21, 39, 40).

13 Yoelin təsvir etdiyi çəyirtkə hücumu ilə «Vəhy» kitabının 9-cu fəslində peyğəmbərlik edilən bəla arasında heyranedici oxşarlıq var. Günəş eyni şəkildə qaralır. Çəyirtkə döyüşə hazırlanmış atlara bənzədilir, cəng arabalarının səsinə oxşar səs çıxarır və dişləri aslan dişləri kimidir (Yoel 2:4, 5, 10; 1:6; Vəhy 9:2, 7-9). Yoel 2:31 ayəsində günəşin qaranlığa dönəcəyindən bəhs edən peyğəmbərlik, Yeşaya 13:9, 10 və Vəhy 6:12-17 ayələrindəki hadisə ilə, həmçinin İsa özünün İnsan Oğlu kimi qüdrət və izzətlə gələcəyi vaxta aid etdiyi Matta 24:29, 30 ayələri ilə uyğunluq təşkil edir. Malaki 4:5 ayəsində, ehtimal ki, Yoel 2:11 ayəsindəki «Rəbbin günü möhtəşəm və çox dəhşətlidir» sözləri sitat gətirilir. ‘Qaranlıq zülmətli günün’ paralel təsvirinə Yoel 2:2 və Sefanya 1:14, 15 ayələrində rast gəlinir.

14 «Vəhy» kitabı, Allahın qəzəbinin «böyük günü»nün gələcəyini qabaqcadan xəbər verir (Vəhy 6:17). Yoel də həmçinin bu vaxt haqqında peyğəmbərlik edərək, ‘Rəbbin möhtəşəm günü’ xalqların üzərinə gələndə Allahı çağıraraq onda müdafiə və qurtuluş axtaran hər kəsin xilas olacağını göstərir. Yehova «Öz xalqı üçün sığınacaq yer» olacaq. Cənnət şəraiti bərpa ediləcək: «O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq». Bərpa olunma haqqında belə ümidverici və’dləri çatdırmaqla Yoel Yehova Allahın hakimiyyətini yüksəldir və səmimi qəlbli insanlara müraciət edərək Onun böyük mərhəmətini xatırladır: «“Allahınız Rəbbə tərəf qayıdın”. Çünki O, mərhəmətlidir, lütfkardır, hədsiz səbirlidir, bol məhəbbətlidir». Allahdan ilham almış bu müraciəti dinləyənləri əbədi xeyir-dualar gözləyir (Yoel 2:1, 32; 3:16, 18; 2:13).

[Haşiyələr]

a «The Interpreter’s Bible», 1956, c. VI, s.  733.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş