Peyğəmbərlərdən nümunə götürün — Yoel
1. Təbliğdə Yoelin təvazökarlığını necə təqlid edə bilərik?
1 Yoel peyğəmbər kim olub? O, özü haqqında yalnız «Petuelin oğlu» olduğunu deyir (Yoel 1:1). Bu təvazökar peyğəmbər diqqəti özünün elçi roluna yox, Yehovanın xəbərinə yönəltmişdi. Onun kimi, biz də xidmətdə özümüzə izzət və ya hörmət axtarmaq əvəzinə, diqqəti Yehovaya və Müqəddəs Kitaba yönəldirik (1 Kor. 9:16; 2 Kor. 3:5). Bundan əlavə, çatdırdığımız xəbər özümüzü də möhkəmləndirir. Yoelin peyğəmbərliyindəki hansı məqamlar bu gün bizə cəsarət və ümid verə bilər?
2. Yehovanın gününün yaxın olması bizi nəyə təşviq etməlidir?
2 Yehovanın «günü yaxındır» (Yoel 1:15). Bu sözlər minilliklər öncə yazılsa da, biz onun sonuncu dəfə yerinə yetəcəyi dövrdə yaşayırıq. Dünyada vəziyyətin pisləşməsi sahəmizdə yaşayanların etinasızlıq göstərməsi və rişxənd etməsi bu pis sistemin axırının çatdığına aydın sübutdur (2 Tim. 3:1—5; 2 Pet. 3:3, 4). Sonun nə qədər yaxın olduğu görəndə xidməti həyatımızda birinci yerə qoymağa hər cür səbəbimiz yaranır (2 Pet. 3:11, 12).
3. Böyük müsibət yaxınlaşdıqca xidmət etmək nə üçün xüsusilə vacibdir?
3 Yehova «Öz xalqı üçün sığınacaq yer... olacaq» (Yoel 3:16). Bu ayədə təsvir edilən dəhşətli hadisəni yalnız Yehovanın böyük müsibətdə həyata keçirəcəyi hökmə aid etmək olar. Yehovanın həmin vaxt ərzində Öz sadiq xidmətçilərini qoruyacağını bilmək bizi sevindirir (Vəhy 7:9, 14). Təbliğ xidmətində olmağımız və Yehovanın bizi necə müdafiə etdiyini və güc verdiyini hiss etməyimiz Onun qarşıdan gələn böyük müsibətdə bizə kömək edəcəyinə imanımızı və etibarımızı artırır.
4. Biz nə üçün sevinə və gələcəyə əminliklə baxa bilərik?
4 Yoelin çatdırdığı xəbərdə bəzi kədərli hadisələr təsvir olunsa da, orada Allahın xalqına möhtəşəm qurtuluş ümidi vəd olunur (Yoel 2:32). Ona görə də gəlin gələcəyə tam əminliklə baxaq və Allahın Padşahlığı haqqında xoş xəbəri səylə təbliğ edək, necə ki Yoel 2:23 ayəsində bizə deyilir: «Allahınız Rəbdə sevinin və şadlanın».