Müqəddəs Yazıların kitabı nömrə 36 Sefanya
Yazan: Sefanya
Yazıldığı yer: Yəhuda
Yazılması başa çatıb: b. e. ə. 648-ci ildən əvvəl
YƏHUDEYADA padşah Yoşiyanın hakimiyyətinin ilk illəri idi (b. e. ə. 659-629), Baala ibadət bütün ölkəni bürümüşdü, ‘bütpərəst din xadimləri’ isə Yerusəlimin sakinlərini bu iyrənc ibadətə cəlb etmişdi. Bu ərəfədə Sefanya peyğəmbərin xəbəri, görünür, Yerusəlimi yaman silkələyir. Sefanyanın Yəhudanın padşahlıq sülaləsindən, Xizqiyanın nəslindən olması ehtimal edilir, ancaq buna baxmayaraq, o, xalqın düşdüyü vəziyyəti qəti surətdə ittiham edirdi (Sef. 1:1, 4). Peyğəmbərin xəbəri həlak haqqında idi. Allahın xalqı itaətsizlik göstərməyə başladı və yalnız Yehova Öz xidmətçilərini təmiz ibadətə qaytara və ‘yenə firavan edərək bütün dünya xalqları arasında onlara şan-şöhrət verə’ bilərdi (3:20). Sefanya yalnız Allahın müdaxiləsi ilə ‘Rəbbin qəzəb günündə qurtula biləcəyimizi’ vurğulayır (2:3). Mə’nası «Yehova qurtardı (qorudu)» olan peyğəmbərin adı (ibranicə Sefanyah) necə də yerindədir!
2 Sefanyanın sə’yli xidməti öz bəhrəsini verdi. Səkkiz yaşında taxta çıxan padşah Yoşiya, hakimiyyətinin 12-ci ilində «Yəhudanı və Yerusəlimi... təmizləməyə başladı». O, yalan ibadətin kökünü kəsərək, «Rəbbin mə’bədini» tə’mir etdirdi və Pasxa bayramının keçirilməsini bərpa etdi (2 Saln. 34, 35-ci fəsillər). Lakin Yoşiya padşahın apardığı islahatın faydası çox çəkmədi, çünki onun bütün varisləri — üç oğlu və bir nəvəsi — «Rəbbin gözündə pis olan işlər» edirdilər (2 Saln. 36:1-12). Bununla, Sefanyanın növbəti sözləri yerinə yetdi: «Əmirləri, şahzadələri... öz ağalarının evlərini zorakılıq və hiylə ilə dolduranları cəzalandıracağam» (Sef. 1:8, 9).
3 Yuxarıda deyilənlərdən görünür ki, «Sefanyaya Rəbbin sözü» b. e. ə. 648-ci ildən, yə’ni Yoşiyanın padşahlığının 12-ci ilindən əvvəl nazil olmuşdu. Sefanyanın Yəhudada peyğəmbərlik etdiyini yalnız birinci ayə sübut etmir. Peyğəmbərin Yerusəlimi və yerli adət-ən’ənələri incəliklərinə kimi bilməsi onun Yəhudeya sakini olduğunu sübut edir. Kitabda yazılan xəbər həm dəhşətli, həm də təsəllivericidir. Əsas diqqət mərkəzində Yehovanın günü, insanların üzərinə gələn dəhşətli gün durur, eyni zamanda isə, ‘Rəbbin adına güvənən’ təvazökar xalqın dirçəldiləcəyi də peyğəmbərlik edilir (1:1, 7-18; 3:12).
4 Bu, peyğəmbərlik kitabının doğruluğuna şübhələnməyə heç bir əsas qoymur. Yerusəlim b. e. ə. 607-ci ildə, Sefanyanın bu haqda peyğəmbərlik etməsindən 40 ildən bir az çox keçdikdən sonra işğal edildi. Bu faktı yalnız dünya tarixi yox, həmçinin Müqəddəs Kitabın özü də təsdiq edir və bildirir ki, hər şey Sefanyanın əvvəlcədən dediyi kimi olmuşdur. Yerusəlimin dağıdılmasının üstündən çox keçməmiş, Yeremya gözünün qabağında baş vermiş və yaddaşında hələ canlı olan həmin dəhşətli və fəlakətli hadisələri «Mərsiyələr» kitabında yazmışdır. Bir neçə hissəni müqayisə etdikdə, «Sefanya» kitabının həqiqətən də ‘Allahdan ilham aldığına’ əminliyimiz möhkəmlənir. Sefanya «Rəbbin qızğın qeyzi... gəlmədən» tövbə etməyin vacib olduğunu vurğulayır, Yeremya isə «Rəbb... qızğın qəzəbini yağdırdı» deyərək baş vermiş hadisədən danışır (Sef. 2:2; Mərs. 4:11). Yeremya əvvəlcədən deyir ki, Yehova ‘adamlara elə bəla göndərəcək ki, onlar kor kimi gedəcəklər. Qanları su kimi axacaq’ (Sef. 1:17). Yeremya bunu, artıq baş vermiş bir fakt kimi göstərir: «Kor kimi küçələrdə dolanırdılar, qanla murdar oldular». (Mərsiyələr 4:14; həmçinin müqayisə edin: Sefanya 1:13 — Mərsiyələr 5:2; Sefanya 2:8, 10 — Mərsiyələr 1:9, 16 və 3:61.)
5 Bundan əlavə, Sefanyanın Allahdan ilham alaraq əvvəlcədən dediyi bütpərəst padşahlıqlar olan Moav və Ammonun, həmçinin Assuriya və onun paytaxtı Ninevanın məhvini tarix də təsdiqləyir. Nahumun Ninevanın məhvi haqqında peyğəmbərliyi də Sefanyanın sözləri ilə üst-üstə düşür (Nah. 1:1; 2:10). Sefanya bəyan etmişdir ki, Yehova «Ninevanı viranəliyə, səhra kimi quruya çevirəcək» (Sef. 2:13). Dağıntı o qədər güclü olmuşdur ki, təxminən 200 il sonra tarixçi Herodot Dəcləni «əvvəllər üzərində Nineva şəhəri duran çay» adlandırmışdıra. Təxminən eramızın 150-ci ilində yunan müəllifi Lukian «onun hətta izlərinin belə qalmadığını» yazmışdırb. Müqəddəs Kitab üzrə bir arayış kitabçasında deyilir ki, işğalçı qoşuna «Dəclə çayının gözlənilmədən daşması və şəhər divarının çox hissəsini dağıdaraq bu yerləri müdafiəsiz qoyması çox kömək oldu... Dağıntı o qədər güclü olmuşdur ki, yunanların və romalıların dövründə Nineva bir əfsanəyə çevrilmişdi. Şəhərin böyük bir hissəsi bu günə kimi xarabalığın altındadır». Həmin mə’lumatda göstərilir ki, əvvəlcədən də deyildiyi kimi, Moav da işğal edilmişdir: «Navuxodonosor moavlıları zəbt etmişdir»c. İosif Flavi Ammonun da işğal edildiyini bildirird. Nəticədə, moavlılar və ammonlular bir xalq kimi yer üzündən silindi.
BİZƏ FAYDASI
10 Yoşiyaya gəldikdə isə, o, Sefanyanın xəbərdarlığına ciddi yanaşdı və bundan böyük fayda əldə etdi. O, geniş miqyasda dini islahat apardı. Bunun sayəsində, Yehovanın mə’bədinə laqeyd yanaşılan zaman itmiş Qanun kitabı tapıldı. Yoşiyaya Allaha itaətsizliyin nəticəsi barədə bu kitabdan oxuduqları zaman o çox kədərləndi və bu deyilənlər vaxtı ilə, başqa bir şahid, Musa tərəfindən təsdiq edilmişdi. Sefanyanın durmadan etdiyi peyğəmbərlik də elə bu haqda idi. Bundan sonra Yoşiya Allah qarşısında təvazökarlıq göstərdiyi üçün Allah və’d etdi ki, deyilmiş fəlakətlər onun günlərində olmayacaq (Qanun. t. 28-30-cu fəsillər; 2 Pad. 22:8-20). Bəla xalqdan yan keçdi. Ancaq bu çox uzun çəkmədi, çünki Yoşiyanın oğulları atalarının yaxşı nümunəsini izləmədilər. Ancaq Yoşiya və xalqın ‘Sefanyaya nazil olan Rəbbin sözünə’ ciddi yanaşmaları, sözsüz ki, onlara böyük fayda gətirdi (Sef. 1:1).
11 Allahın böyük peyğəmbəri İsa Məsih Dağüstü təbliğində Sefanya 2:3 ayəsindəki «ey... həlim ürəklilər, Rəbbə meyl salın! Salehliyə meyl salın! Təvazökarlığa meyl salın!» məsləhətinə olduqca oxşayan «əvvəlcə Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarın» sözlərini deməklə Sefanyanın həqiqi peyğəmbər olduğunu təsdiq etdi (Mat. 6:33). Əvvəlcə Allahın Padşahlığını axtaranlar «Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları» və «ürəklərində “Rəbb nə yaxşılıq, nə də pislik — heç nə etməz” deyənləri» xəbərdar edən Sefanyanın sözlərinə əhəmiyyətsiz yanaşmamalıdırlar (Sef. 1:6, 12). İbranilərə yazdığı məktubunda həvari Pavel Allahın hökm günün yaxınlaşdığını da bildirərək, geri çəkilməyin təhlükəsi barədə xəbərdarlıq etmişdi. O, sözlərinə belə davam edir: «Biz... geri çəkilib, həlak olanlardan deyilik; iman edib, canlarının xilasına nail olanlardanıq» (İbr. 10:30, 37-39). «Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz» deməklə, peyğəmbər qorxaq və ya nankor insanlara yox, həlimlik və səmimiyyət göstərən və imanla Yehovanı axtaranlara müraciət edir. Bəs nəyə görə «bəlkə»? Çünki yekun xilas hər bir insanın özündən asılıdır (Mat. 24:13). Bu həmçinin bizə xatırladır ki, Allahın mərhəmətindən sui-istifadə etməməliyik. Sefanyanın peyğəmbərliyi qəzəb gününün onun gözləməyənlərin üzərinə qəflətən gələcəyinə dair bütün şübhələri aradan qaldırır (Sef. 2:3; 1:14, 15; 3:8).
12 Beləliklə, qarşımızda bir tərəfdən, Yehovaya qarşı günah işlədənlərin həlak olacaqlarını göstərən, digər tərəfdən isə, tövbə edərək Yehovanı axtaran insanları xeyir-duaların gözlədiyini çatdıran gözəl xəbər durur. Tövbə edənlər ruhdan düşməməlidir, çünki Sefanyanın dediyi kimi «İsrailin padşahı Rəbb səninlədir». Sion üçün qorxmaq və əllərini yanına salmaq vaxtı deyil. İndi Yehovaya güvənmək vaxtıdır. «Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, səni məhəbbəti ilə yeniləşdirəcək, sənin üçün tərənnümlə coşacaq!» Həmçinin Allahın Padşahlığını axtaranlar və məhəbbətli Allahın müdafiəsini və əbədi xeyir-dualarını gözləyənlər necə də bəxtiyardır! (3:15-17).
[Haşiyələr]
a Mak-Klintok və Stronq, «Cyclopedia», təkrar nəşr, 1981, c. VII, s. 112.
b «Lucian», A. M. Harmonun tərcüməsi, 1968, c. II, s. 443.
c «The New Westminster Dictionary of the Bible», 1970, s. 627, 669.
d İosif Flavi, «Yəhudi arxeologiyası», X, 181, 182 (ix, 7).
6 Yəhudilər ilhamlanmış Yazıların kanonunda «Sefanya» kitabına lazımi yeri vermişlər. Orada deyilənlər Yehovanın adındandır və Yehovanın sözlərinin doğru olduğu onların yerinə yetməsi ilə sübut edildi.