Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 15
  • İlk möcüzə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İlk möcüzə
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Peyğəmbərin ilk möcüzəsi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Qanədəki ikinci möcüzə
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Kana şəhərində ikinci möcüzə
    İsa Məsihin həyatı və xidməti
  • “Onun saatı hələ çatmamışdı”
    Gözətçi qülləsi 2000
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 15

Fəsil 15

İlk möcüzə

CƏMİ bir və ya iki gün olar ki, Andreas, Peter, Yəhya, Filip, Natanael və ola bilsin ki, Yaqub İsanın şagirdi olublar. İndi onlar doğma Qalileya bölgəsinə, Kana şəhərinə gedirlər. Kana İsanın boya-başa çatdığı Nazaret şəhərinin yaxınlığında, dağlıq yerdə yerləşir. Natanael oralı idi. İsagili Kanaya, toy məclisinə dəvət ediblər.

İsanın anası Məryəm də toydadır. O, deyəsən, təzəbəylə gəlinin ailəsinə yaxındır və məclisdəki qonaqlara qulluq etməkdə köməklik göstərir. Məryəm görür ki, şərab qurtarır və tez İsaya deyir: «Şərabları yoxdur».

Əslində, Məryəm İsaya məsləhət görür ki, o, nə isə etsin, lakin İsa əvvəlcə etiraz edir. O, anasına deyir: «Ana, bu bizim işimiz deyil». İsa artıq Allahın təyin etdiyi Padşahdır, nə ailə üzvləri, nə də dostları ona göstəriş verməməlidirlər. Məryəm daha ona heç nə demir və sadəcə məclisdə xidmət edənlərə: «Sizə nə desə, onu da edin», — deməklə işi oğlunun öhdəsinə buraxır.

Orada hərəsi qırx litrdən çox su tutan altı ədəd daş küp vardı. İsa toyda xidmət edənlərə göstəriş verir: «Küpləri su ilə doldurun». Onlar daş küpləri ağzına qədər doldururlar. Sonra İsa deyir: «İndi bir az götürüb sərpayı üçün aparın».

Məclisin sərpayısı şərabın dadına məəttəl qalır. O bilmir ki, şərab möcüzə ilə əmələ gəlib. Sərpayı bəyə yaxınlaşıb deyir: «Başqaları əvvəlcə süfrəyə əla şərab qoyur, qonaqlar bir balaca keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı axıra saxlamısan».

Bu İsanın göstərdiyi ilk möcüzə idi. Bu möcüzə onun yeni şagirdlərinin imanını qüvvətləndirdi. Sonra onlar onun anası və qardaşları ilə birgə Qalileya gölünün yaxınlığında olan Kapernahum şəhərinə gedirlər. Yəhya 2:1—12.

▪ Kana şəhərindəki toy məclisi İsanın xidmətinin hansı dövrünə düşür?

▪ Nə üçün İsa anasının təklifini qəbul etmir?

▪ İsa hansı möcüzəni edir və bu möcüzə adamlara necə təsir bağışlayır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş