Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 15 s. 40—s. 41 abz. 6
  • Peyğəmbərin ilk möcüzəsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Peyğəmbərin ilk möcüzəsi
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • İlk möcüzə
    İsa Məsihin həyatı və xidməti
  • Qanədəki ikinci möcüzə
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Kana şəhərində ikinci möcüzə
    İsa Məsihin həyatı və xidməti
  • “Onun saatı hələ çatmamışdı”
    Gözətçi qülləsi 2000
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 15 s. 40—s. 41 abz. 6
Qanədəki bir toyda İsa küpləri su ilə doldurmağı tapşırır

FƏSİL 15

Peyğəmbərin ilk möcüzəsi

YƏHYA 2:1—12

  • QANƏDƏKİ TOY

  • SUYUN ŞƏRABA ÇEVRİLMƏSİ

Natanail üç gündür ki, İsanın şagirdi olub. İndi İsa peyğəmbər və bəzi şagirdləri doğma Cəlilə bölgəsinin şimalına, Qanə şəhərinə gedirlər. Qanə Natanailin yurdudur. Bu şəhər dağlıq yerdə, İsanın boya-başa çatdığı Nasirə şəhərinin şimalında yerləşir. İsagili Qanəyə toy məclisinə dəvət ediblər.

İsanın anası Məryəm də toydadır. O, təzəbəylə gəlinin ailəsinə yaxındır və deyəsən, məclisdəki qonaqlara o da qulluq edir. Məryəm bir də görür ki, şərab qurtarıb. Tez gedib İsaya xəbər verir: «Şərabları yoxdur» (Yəhya 2:3).

Əslində, Məryəm İsaya bunu deməklə ona bir növ göstəriş verir ki, bir şey etsin. İsa etiraz edir: «Bu, bizim işimiz deyil» (Yəhya 2:4). İsa artıq Allahın təyin etdiyi Padşah olduğu üçün o, ailə üzvlərinin və ya dostlarının yox, yalnız Allahın göstərişlərinə əməl etməlidir. Məryəm etirazdan sonra daha heç nə demir və sadəcə, məclisdə xidmət edənlərə: «Sizə nə desə, onu da edin», — deyib işi oğlunun öhdəsinə buraxır (Yəhya 2:5).

Orada hərəsi qırx litrdən çox su tutan altı ədəd daş küp var. İsa həmin adamlara tapşırır: «Küpləri su ilə doldurun». Onlar küpləri ağzına qədər doldururlar. Sonra İsa deyir ki, bir az götürüb sərpayı üçün aparsınlar (Yəhya 2:7, 8).

Toyun sərpayısı şərabın əla şərab olduğunu deyir

Məclisin sərpayısı şərabın dadına məəttəl qalır. Onun xəbəri yoxdur ki, şərab möcüzə ilə əmələ gəlib. Buna görə də bəyi çağırıb deyir: «Başqaları əvvəlcə süfrəyə yaxşı şərab qoyur, qonaqlar keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı indiyə saxlamısan» (Yəhya 2:10).

Bu, İsanın göstərdiyi ilk möcüzədir. Bu möcüzə onun yeni şagirdlərinin imanını qüvvətləndirir. İndi isə İsa Məsih anası və qardaşları ilə birgə Cəlilə gölünün şimal-qərbində olan Kəfərnahum şəhərinə yollanırlar.

  • Qanə şəhərindəki toy məclisi İsanın xidmətinin hansı dövrünə düşür?

  • İsa anasının təklifinə necə yanaşır?

  • İsa hansı möcüzəni göstərir və bu möcüzə oradakılara necə təsir bağışlayır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş