Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-73 s. 1—6
  • Yehovanın Şahidləri kimdirlər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Şahidləri kimdirlər?
  • Yehovanın Şahidləri kimdirlər?
  • Başlıqlar
  • Oxşar material
  • Şahidlər nəyə görə lazımdır?
  • Üç üqnum mövcud deyil
  • Ölməz can mövcud deyil
  • Dirilmə olacaqdır
  • Odlu cəhənnəm mövcud deyil
  • Tale yoxdur
  • Ruhanilər sinfi yoxdur
  • Bütpərəstlik qadağandır
  • Siyasi işlərdə bitərəf mövqe
  • Yüksək əxlaq normaları
  • İndiki dünya sisteminin sonu yaxındır
  • Tövrat nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Cəhənnəm odu Allahın cəzasıdırmı?
    Cəhənnəm odu Allahın cəzasıdırmı?
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • «Yehovanın Şahidləri». Bu ad haradandır?
    Yehova Allahın müasir xalqı
Yehovanın Şahidləri kimdirlər?
T-73 s. 1—6

Yehovanın Şahidləri kimdirlər?

Yehovanın Şahidləri haqqında hansı mə’lumatınız var? Bə’ziləri onları xristian dininin təbliğatçıları, yəhudi dininin tə’siri altında olan yeni xristian təriqəti, yaxud da tibbi müalicədən imtina edən fanatiklər adlandırırlar. Əslində bu adlardan heç biri Yehovanın Şahidlərinə yaraşmır. Bəs nə üçün bə’zi insanlarda onlar haqqında belə fikirlər yaranır? Ona görə ki, çox vaxt həmin insanlara düzgün mə’lumat verilmir.

Onların daşıdıqları Yehovanın Şahidləri adı göstərir ki, onlar Yehova haqqında şəhadət edirlər. Bəs Yehova kimdir? Müqəddəs Kitabdan mə’lum olduğu kimi, Yehova — Qadir Allahın özünə verdiyi addıra. Bu, Allah və ya Rəbb kimi titul deyil, şəxsi addır. Əslində tarix boyu Allahın izzəti haqda şəhadət edən hər kəsi Yehovanın şahidi adlandırmaq olar (Çıxış 3:13, 15; İşaya 43:10).

Məhz buna görə də Müqəddəs Kitab, Habilin vaxtından bəri qədimdə yaşamış çoxlu sadiq kişiləri sadalayaraq, onları “şahidlər buludu” adlandırır (İbranilərə 11:4; 12:1). Nuh, İbrahim, İshaq, Yaqub, Yusif, Musa və Davud kimi məşhur adamlar Allahın şahidləri — Yehovanın şahidləri sırasındadırlar. İsa Məsih “sadiq və həqiqi Şahid” adlanır (Vəhy 3:14).

Şahidlər nəyə görə lazımdır?

Müqəddəs Kitabda deyilir ki, Allah insanı kamil yaratdı və onu cənnətdə yerləşdirdi. Yaradan insanı elə yaratdı ki, o əbədi yaşasın, övladlarına həyat versin və cənnət evini bütün yer üzündə genişləndirsin. O vaxtlar insan Allahının kim olduğunu bilirdi, buna görə də şahidlərə ehtiyac yox idi (Təkvin 1:27, 28).

Allah insana iradə azadlığı vermişdi, lakin bizim ulu valideynlərimiz düzgün seçim etmədilər. Onlar Allahdan asılı olmamaq qərarına gəldilər. Və Allah həmişə olduğu kimi yenə də kamil, ədalətli və pak olsa da bəşəriyyət günahlı və qeyri-saleh oldu. Bununla belə, müqəddəs Atamız günahın və pisliklərin müvəqqəti mövcud olmasına yol verdi. Müqəddəs Kitab göstərir ki, Allahın yol verdiyi bu vaxt sona çatmaq üzrədir. İnsanlar bunu bilsinlər deyə, Allah öz Kəlamını — Tövratı, Zəburu və İncili bizim günlərə qədər qoruyub saxlamışdır.

İnsanların çoxu Allahı tanımadıqlarına görə O, sadiq insanlara Onun haqqında şəhadətlik etməyi buyurdu. Allah bu cür insanlara deyir: “Siz şahidlərim”siniz (İşaya 43:10). Onların yerinə yetirdikləri iş haqqında isə deyilir: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır” (Matta 24:14, İ–93).

Bu gün, misli görünməmiş dərəcədə müxtəlif irqlərdən, xalqlardan və dillərdən olan insanlar səmimi qəlbdən Allahın Kəlamını tədqiq edirlər. Onlar bir çox dini adət-ən’ənələrin bütpərəstlikdən irəli gəldiyini və onların Allaha məqbul olmadığını aşkar etmişlər.

Ola bilsin, sizə mə’lumdur ki, bə’zi insanlar dindən kommersiya məqsədləri üçün istifadə edirlər. Digərləri isə siyasi məqsədlərdə, yaxud kasıb insanların hesabına varlanmaq imkanı kimi istifadə edirlər. Necə fikirləşirsiniz, bu cür dini möhtəkirlər Allah haqqında olan həqiqi şəhadətliyə necə münasibət göstərirlər? Göründüyü kimi, onlar bu şəhadətliyi təhlükə kimi qəbul edirlər. Bu isə, Yehovanın Şahidləri haqqında söylənilən mənfi rə’ylərin səbəblərindən biridir.

Yehovanın Şahidləri, nəyin bahasına olursa-olsun, Müqəddəs Kitaba dəqiqliklə riayət edirlər. Onlar yeni din yaratmayıblar. Onlar yalnız həqiqi dinin təməli olan kitablarda — Tövrat, Zəbur və İncildə deyilənlərə riayət edirlər. Belə isə, bəs onlar nəyə inanırlar? Aşağıda onların tə’limlərindən bə’ziləri sadalanır. Oxuyun və özünüz nəticə çıxarın; bu tə’limləri doğru adlandırmaq olar, ya yox?

Üç üqnum mövcud deyil

Müqəddəs Kitabda Üç üqnum haqda tə’lim yoxdur. Əksinə, orada deyilir ki, yalnız bir həqiqi və əbədi Allah mövcuddur. “Allahımız Rəbb [“Yehova”, YD] bir olan Rəbbdir” (Təsniyə 6:4). O, Yaradandır, əbədidir, hər şeyə qadirdir və Ona bərabər olan yoxdur. İsa — Qadir Allah deyil. O, yerdə kamil insan kimi yaşadı və qeyri-kamil bəşəriyyət uğrunda öldü. Allah mərhəmətli olduğuna görə İsanın həyatını fidiyə qurbanlığı kimi qəbul etdi. Buna görə də sadiq insanlar İsanın vasitəsilə qurtuluş əldə edirlər. Bu, Allahın iradəsidir (Luka 22:42; Romalılara 5:12).

Ölməz can mövcud deyil

İnsanlar öləndə onlarla nə baş verir? Allahın Kəlamı cavab verir: “Yaşayanlar bilirlər ki, öləcəklər; fəqət ölülər bir şey bilməzlər” (Vaiz 9:5). İnsanda ölməz can yoxdur. Ölülərlə danışdığını düşünən insanlar, əslində cinlərlə ünsiyyətdə olurlar. Ölülər üçün dua etməyin də heç bir faydası yoxdur; belə dualar üçün verilən pullar yalnız keşişə fayda gətirir.

Dirilmə olacaqdır

Ölülər üçün həqiqi ümid dirilmədir, yə’ni yer üzündə bərpa olunmuş cənnət şəraitlərində həyata qaytarılma. Allaha xidmət edən kəslər sədaqətli olduqlarına görə xeyir-dua alacaqlar. Allahı tanımadan ölənlər isə dirildikdən sonra Allah haqqında öyrənmək imkanına malik olacaqlar. Beləliklə, “həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). Yalnız Allahın layiq görmədiyi insanlar dirilməyəcəklər.

Odlu cəhənnəm mövcud deyil

Sevən Allah ölülər üçün əbədi işgəncə yeri yaratmazdı. İnsanların yandırılması və əzabı haqqında Allah deyir: “Bunu mən əmr etmədim, ağlımdan da keçmədi” (Yeremya 7:31).

Tale yoxdur

Allah insanların alınlarına heç nə yazmır. İnsan doğulmazdan öncə, onun gələcəyini müəyyən edəcək alın yazısı mövcud deyil. Əməllərimizə və etdiyimiz seçimə görə biz özümüz cavabdehik. “Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir” (Romalılara 14:12).

Ruhanilər sinfi yoxdur

Özlərini Allaha həsr edənlərin hamısı Onun gözündə eynidirlər. Həqiqi pərəstişkarların hamısı qardaş və bacıdırlar. Allah heç bir imtiyazlı ruhanilər sinfi tə’yin etməyib. İsa dedi: “Öz-özünü yüksəldən hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə yüksəldiləcəkdir” (Luka 18:14). Dindən istifadə edərək özünü başqaları üzərində yüksəldən insanları Allah mühakimə edəcəkdir (Matta 23:4-12).

Bütpərəstlik qadağandır

“Allah Ruhdur və Ona ibadət edənlərin ruhən və həqiqətən ibadət etmələri gərəkdir” (Yəhya 4:24). Allahın həqiqi xidmətçiləri ibadətdə bütlərdən istifadə etmirlər.

Siyasi işlərdə bitərəf mövqe

İsa dedi ki, onun davamçıları “dünyadan deyillər” (Yəhya 17:16). Buna görə də Yehovanın Şahidləri nə dövlətin siyasətinə, nə də öz ərazilərindəki siyasətə qarışmırlar. Lakin onlar qanuna tabe olan vətəndaşlardır (Romalılara 13:1, 5-7).

Yüksək əxlaq normaları

İsa növbəti sözlərlə izah etdi ki, Allahın həqiqi ibadətçilərini necə tanımaq olar: “Mənim əmrim budur: Bir-birinizi Mən sizi sevdiyim kimi sevin” (Yəhya 15:12, 13). Müqəddəs Kitabın digər hissəsində deyilir: “Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” (Qalatiyalılara 5:22, 23). Belə xüsusiyyətlərə sahib olan insanlar yalan danışmır, oğurluq etmir, qumar oynamır, narkotik maddələrdən sui-istifadə etmir və cinsi əxlaqsızlıqla məşğul olmurlar (Efeslilərə 4:25-28). Onlar Allahı sevdiklərinə görə, Onun nifrət etdiyi hər şeydən qaçınırlar. Bu prinsiplər Yehovanın Şahidlərinin həyatını idarə edir.

İndiki dünya sisteminin sonu yaxındır

Bizim zəmanə keçmiş dövrlərdən nə ilə fərqlənir? Peyğəmbərliklərin yerinə yetməsindən görmək olar ki, bugünkü dünya sisteminin son günlərində yaşayırıq (Daniel 2:44). Lakin belə bir sual meydana çıxır: Bizim hərəkətlərimiz Allaha məqbuldurmu? Bir halda ki, Allah birdir, həqiqi din də bir olmalıdır. Bu din o zaman həqiqi olar ki, onun tə’limi Tövratda, Zəburda və İncildə yazılanlara müvafiq olsun. Deməli, biz bu Kəlamı öyrənməliyik.

Yehovanın Şahidləri məhz bununla məşğul olurlar. Hansı dinə mənsub olursunuz-olun, sizə də Allahın Kəlamını öyrənmək lazımdır. Bunu sizin əvəzinizə heç kim etməyəcək. Yadda saxlayın: “Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir” (Romalılara 14:12).

Heç kim anadan Yehovanın Şahidi kimi doğulmur. Yehovanın Şahidi olub-olmamağı hər kəs özü qərarlaşdırır. Müqəddəs Kitabı vicdanla araşdıran insan orada həqiqəti tapır və bunun əsasında özünü ismi Yehova olan həqiqi Allaha həsr edir. Allahın Kəlamında siz belə araşdırma aparmaq istəyirsinizsə, aşağıda göstərilən ünvanlardan birinə yazın.

İbranicə Müqəddəs Yazılardan (Əhdi Ətiq) gətirilən sitatlar türkcə “Kitabı Mukaddes” (KM) kitabından, Yunanca Müqəddəs Yazılardan (Əhdi Cədid) gətirilən sitatlar isə 1996-cı ildə nəşr olunan azərbaycanca “İncil” kitabından alınıb. Digər mənbələr: İ–93 — “İncil”, 1993; YD — sitat ingiliscə “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”ndən tərcümə olunub.

[Haşiyələr]

a İslam dünyasında Müqəddəs Kitab — Tövrat, Zəbur və İncildən ibarət bir kitab kimi tanınır. Qur’anın ən azı 64 surəsində bu kitablar Allahın Kəlamı adlanır və qeyd edilir ki, onları oxumaq, həmçinin orada yazılan göstərişlərə riayət etmək lazımdır. Bə’zi insanlar iddia edirlər ki, Tövratın, Zəburun və İncilin məzmunu dəyişdirilmişdir. Lakin bu cür iddialar Qur’anın sözlərini inkar etmək, həmçinin Allahın öz Kəlamını dəyişməz olaraq saxlamağa qadir olmadığı deməkdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş