Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-74 s. 1—6
  • Cəhənnəm odu Allahın cəzasıdırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cəhənnəm odu Allahın cəzasıdırmı?
  • Cəhənnəm odu Allahın cəzasıdırmı?
  • Başlıqlar
  • Oxşar material
  • Məntiqsiz tə’lim
  • Zərərli tə’lim
  • Günahın cəzası nədir?
  • Yaxşı insanlar üçün mükafat
  • Kimə necə cavab verəcəyini bil
    Gözətçi qülləsi 2014
  • Yehovanın Şahidləri kimdirlər?
    Yehovanın Şahidləri kimdirlər?
  • Ölən əzizlərimiz üçün hansı ümid var?
    Ölən əzizlərimiz üçün hansı ümid var?
Cəhənnəm odu Allahın cəzasıdırmı?
T-74 s. 1—6

Cəhənnəm odu Allahın cəzasıdırmı?

Kiməsə işgəncə verildiyini görmüsünüzmü? Ümid edirik ki, yox. Qəsdən verilən işgəncə ikrah hissi doğurur. Bəs əgər işgəncəni Allah verirsə, onda necə? Belə bir şeyi təsəvvür etmək mümkündürmü? Lakin bir çox dinlərdə qəbul olunan odlu cəhənnəm haqqındakı tə’lim məhz bunu öyrədir.

Bir anlığa belə bir dəhşətli səhnəni təsəvvür edin: insanı qızmar sac üzərində qovururlar. O, iztirab içində mərhəmət diləyir, amma ona qulaq asan yoxdur. İşgəncə arasıkəsilmədən günbəgün, saatbasaat davam edir!

Həmin adamın bu vaxtacan nə qədər ağır günah işlətməsinə baxmayaraq, sizin ona yazığınız gəlməzdimi? Bəs ona işgəncə verməyi əmr edən insan haqqında nə demək olar? Ona məhəbbət hissi xasdırmı? Qətiyyən! Məhəbbət mərhəmətlidir və bağışlamağı bacarır. Məhəbbətli ata uşaqlarını cəzalandıra bilər, amma onlara heç vaxt işgəncə verməz!

Buna baxmayaraq, bir çox dinlər öyrədir ki, Allah günahkarları cəhənnəm odunda əbədi işgəncələrə məhkum edir. Bütün bunlar isə Allahın ədaləti kimi qələmə verilir. Əgər bu doğrudan da belədirsə, bəs onda əbədiyyən işgəncə verilən bu qədər dəhşətli bir yeri kim yaradıb? Orada baş verən dəhşətli əzablara görə kim məs’uliyyət daşıyır? Cavab sanki bəllidir. Əgər əslində belə bir yer varsa, deməli, onu yaradan Allahdır və orada baş verən hər şeyə görə məs’uliyyət daşıyan da Odur.

Siz bununla razılaşa bilərsinizmi? Müqəddəs Kitabdaa deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Əgər işgəncə verməyin hətta insanlarda belə iyrənc hisslər doğurduğunu nəzərə alsaq, məhəbbətli Allah insanlara işgəncə verə bilərmi? Əlbəttə, yox!

Məntiqsiz tə’lim

Bununla belə, bir çoxları pis adamların odlu cəhənnəmə düşəcəklərinə və əbədi iztirablara düçar olacaqlarına inanırlar. Bu tə’lim məntiqə uyğundurmu? İnsan cəmi 70 və ya 80 il yaşayır. İnsan ömrü boyu çoxlu pisliklər işlətsə belə, ona əbədi işgəncə vermək ədalətli cəza olardımı? Xeyr. Yaşadığı qısa ömür ərzində işlətdiyi günahlara görə insanı əbədi işgəncələrə məhkum etmək son dərəcədə ədalətsizlik olardı.

İnsan öləndən sonra əslində nə baş verdiyini kim bilir? Bunu yalnız Allah bilir və O, bu mə’lumatı yuxarıda xatırlanan Müqəddəs Kitabın, yə’ni Öz Kəlamının vasitəsilə çatdırır. Müqəddəs Kitabda yazılanlara diqqət yetirin: «Heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur... Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır» (Vaiz 3:19, 20). Bu ayələrdə odlu cəhənnəmin adı belə çəkilmir. İnsanlar öləndə torpağa qayıdır, yə’ni onların mövcudluğuna son qoyulur.

İşgəncəni hiss etmək üçün, gərək insanın şüuru üstündə olsun. Ölülərin şüuru varmı? Yox. «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, çünki onların xatirəsi də unudulub» (Vaiz 9:5). «Heç nə bilməyən» ölülər cəhənnəm odunda iztirab çəkə bilməzlər.

Zərərli tə’lim

Bə’ziləri cəhənnəm odu tə’liminin doğru olub-olmamasından asılı olmayaraq, bu tə’limin faydalı olduğunu iddia edirlər. Nəyə görə? Onlar deyirlər ki, bu tə’lim insanları pis əməllərdən qoruyur. Bu belədirmi? Məgər cəhənnəm oduna inanılan ərazilərdə cinayət işlərinin sayı başqa yerlərə nisbətən azdırmı? Əsla! Əslində cəhənnəm odu haqqındakı tə’lim çox zərərlidir. Allahın insanlara əzab verdiyinə inanan adam işgəncələri iyrənc hesab edəcəkmi? Çətin! Qəddar allaha inananlar, adətən öz allahları kimi qəddar olurlar.

Dərrakəli insan bu tə’limə hansı nöqteyi-nəzərdən baxsa da, bu cür iztirablı yerin mövcud olması ilə razılaşa bilməz. Çünki bu, məntiqə ziddir və insan təbiətinə mənfurdur. Ən əsası isə, Allahın Kəlamında belə bir yerin mövcud olması haqda heç nə deyilmir. İnsan öləndə ‘torpağa düşür, niyyətləri bircə anda yox olur’ (Məzmur 146:4).

Günahın cəzası nədir?

Bu o deməkdirmi ki, etdiyimiz günahlara görə cəza almayacağıq? Xeyr, bu belə deyil. Müqəddəs Allahımız günahkarları cəzalandırır, amma onlara işgəncə vermir. Günahkarlar tövbə edəndə isə onları bağışlayır. Bəs günahın cəzası nədir? Müqəddəs Kitab konkret cavab verir: «Günahın əvəzi ölüm»dür (Romalılara 6:23). Həyat Allahın verdiyi ən’amdır. Biz günah işlədəndə bu ən’ama layiq olmuruq, buna görə də ölürük.

Ola bilsin, siz: «Burada ədalət deyilən şey varmı. Axı hamı ölür!» — deyə soruşacaqsınız. Bu belədir, çünki hamımız günah içindəyik. Əslində heç kim həyata layiq deyil. «Necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir» (Romalılara 5:12).

Bu sözləri oxuduqdan sonra siz soruşa bilərsiniz: «Əgər hamımız günah işlədir və ölürüksə, onda xeyirxah olmağa çalışmaq nə üçün lazımdır?» Elə təəssürat yaranır ki, həm pis, həm də Allaha xidmət etməyə çalışan adamın aqibəti eynidir. Lakin bu belə deyil. Baxmayaraq ki, biz hamımız günah işlədirik, Allah səmimi qəlbdən tövbə edən və özlərində dəyişiklik etməyə çalışan insanları bağışlayır. O, bizim ‘ağlımızı yeniləşdirmək’ və yaxşılıq etmək sə’yimizi mükafatlandırır (Romalılara 12:2). Bu həqiqətlər gözəl bir ümidin əsasını təşkil edir.

Yaxşı insanlar üçün mükafat

İnsan öləndə onun mövcudluğuna son qoyulur. Lakin bununla hər şey bitmir. Sadiq Əyyub öləndə qəbrə (Şeola) gedəcəyini bilirdi. Onun Allaha etdiyi duasına diqqət yetirin: «Kaş ki məni ölülər diyarında (şeolda) gizlədəydin, qəzəbin keçənədək saxlayaydın, mənə möhlət verəydin, sonra məni yada salaydın. İnsan ölsə, dirilərmi? Sən çağıranda cavab verəcəyəm» (Əyyub 14:13-15).

Əyyub inanırdı ki, ömrünün sonunadək sadiqliyini qoruyub saxlayarsa, Allah onu yada salacaq və dirildəcək. Allahın qədim zəmanədə yaşayan bütün sadiq xidmətçiləri buna inanırdılar. İsanın özü növbəti sözləri deməklə bu ümidi təsdiqləmişdi: «Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun [Allahın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar. Yaxşılıq edənlər dirilib həyata qovuşacaqlar, pislik edənlər isə dirilib hökmə düçar olacaqlar» (Yəhya 5:28, 29).

Dirilmə nə zaman başlayacaq? Müqəddəs Kitaba əsasən bu çox tezliklə baş verəcək. Müqəddəs Kitab peyğəmbərlikləri 1914-cü ildən e’tibarən ‘axır günlərin’ başlandığını göstərir (2 Timoteyə 3:1). Yaxın gələcəkdə bir çoxlarının «dünyanın sonu» adlandırdıqları dövr çatanda Allah pisliyi aradan qaldıracaq və Öz göylər hakimiyyətinin rəhbərliyi altında yeni dünya quracaq (Matta 24-cü fəsil; Mark 13-cü fəsil; Luka 21-ci fəsil; Vəhy 16:14).

O vaxt bütün Yer üzü Cənnət olacaq və Allaha səmimi qəlbdən xidmət etməyə çalışan insanlar orada yaşayacaqlar. Pis insanlar cəhənnəmdə yanmayacaqlar, amma Cənnətdə də onlar üçün yer olmayacaq. Məzmur 37:10, 11 ayələrində oxuyuruq: «Pis yox olacaq, yerini axtarsan belə, tapılmayacaq. Məzlumlar [həlimlər] ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq».

Bütün bunlar sadəcə xəyaldırmı? Xeyr, bu Allahın və’didir. Biz Müqəddəs Kitabda oxuyuruq: «Göydən gələn yüksək bir səs eşitdim. Deyirdi: “Budur, Allahın məskəni insanlarla bərabərdir və O, onlarla bərabər yaşayacaqdır. Onlar Onun xalqı olacaq və Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi”» (Vəhy 21:3, 4).

Siz bu sözlərə inanırsınızmı? İnanmağa dəyər. Allahın sözləri həmişə yerinə yetir (Yeşaya 55:11). Biz sizə Allahın bəşəriyyət üçün olan niyyətləri haqda daha çox öyrənməyi təklif edirik. Yehovanın Şahidləri böyük məmnuniyyətlə bu işdə sizə kömək edəcəklər. Əgər belə bir arzunuz varsa, aşağıda göstərilən ünvanlardan birinə yazın.

İbranicə Müqəddəs Yazılardan (Əhdi-Ətiq) sitat gətirilən ayələr «Müqəddəs Kitab»dan, Yunanca Müqəddəs Yazılardan (Əhdi-Cədid) sitat gətirilən ayələr isə 1996-cı ildə çap olunmuş «İncil» kitabından götürülmüşdür.

[Haşiyə]

a İslam dünyasında Müqəddəs Kitab — Tövrat, Zəbur və İncildən ibarət olan bir kitab kimi tanınır. Qur’anın ən azı 64 ayəsində deyilir ki, bu kitablar Allahın Kəlamıdır və orada yazılanları oxumaq və yerinə yetirmək lazımdır. Bə’zi insanlar iddia edirlər ki, Tövrat, Zəbur və İncil təhrif olunub. Bunu iddia edən insanlar Allahın Öz Kəlamını qoruyub saxlamaq iqtidarında olmadığını irəli sürmüş olurlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş