Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 21 s. 150—s. 152 abz. 5
  • Ayələrin ifadəli oxunması

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ayələrin ifadəli oxunması
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Düzgün məntiqi vurğu
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ayələri düzgün izah et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas fikirlərin vurğulanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Müqəddəs Kitabdan istifadə etməyə təşviq et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 21 s. 150—s. 152 abz. 5

DƏRS 21

Ayələrin ifadəli oxunması

Nə etməlisən?

Danışdığın mövzu ilə bilavasitə bağlı olan söz və ifadələri vurğula. Münasib hisslərlə oxu.

Nə üçün vacibdir?

İfadəli oxumaq ayələrin təsir gücünü tamlığı ilə çatdırmağa kömək edir.

SƏHNƏDƏN, yaxud söhbət edərkən Allahın niyyəti haqqında danışanda dediklərin Müqəddəs Yazılara əsaslanmalıdır. Bunun üçün tez-tez Müqəddəs Kitabdan ayələr oxumaq lazım gəlir. Bunu isə yaxşı etmək gərəkdir.

Hissləri ifadə et. Ayələri hisslərlə oxumaq lazımdır. Gəlin bir neçə nümunəyə baxaq. Məzmur 37:11 ayəsini oxuyanda burada vəd olunan sülhü sevinclə gözlədiyin səsində əks olunmalıdır. Vəhy 21:4 ayəsindəki peyğəmbərliyi oxuyarkən kədər və ölümdən qurtuluşa görə minnətdarlıq səsində öz əksini tapmalıdır. Günaha qərq olmuş ‘Böyük Babildən’ çıxmaq çağırışı yazılan Vəhy 18:2, 4, 5 ayələrini elə oxumaq lazımdır ki, təxirə salmadan hərəkətə keçməyin vacibliyi duyulsun. Hisslər şişirdilmiş yox, səmimi olmalıdır. Nə dərəcədə hisslərlə oxuyacağın mətnin özündən və onu hansı məqsədlə oxumağından asılıdır.

Lazımi sözləri vurğula. Əgər ayənin yalnız bir hissəsini şərh edirsənsə, oxuyan zaman həmin hissəni vurğulamaq lazımdır. Məsələn, Matta 6:33 ayəsindəki ‘əvvəlcə Allahın Səltənətini axtarın’ sözlərinin mənasını izah etmək istəyirsənsə, onda ayəni oxuyarkən «Onun salehliyini» və «bunların hamısı» sözlərini vurğulamaq lazım deyil.

Tutalım, Xidməti görüşdə çıxış edərkən Matta 28:19 ayəsini oxumağı planlaşdırırsan. Ayənin hansı sözlərini vurğulamaq lazımdır? Əgər həmimanlılarını Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün səy göstərməyə təşviq etmək istəyirsənsə, onda vurğunu «şagirdim edin» sözlərinə vur. Yox əgər, Müqəddəs Kitab həqiqətini əcnəbilərlə bölüşmək məsuliyyəti haqda danışmaq və ya bəzi təbliğçiləri daha çox tələbat olan yerlərə köçməyə təşviq etmək istəyirsənsə, onda «bütün xalqları» sözlərini vurğulamaq olar.

Çox vaxt ayələr suala cavab vermək və ya başqalarına ziddiyyətli görünən dəlilləri təsdiq etmək üçün oxunur. Ayədəki bütün fikirləri eyni dərəcədə vurğulasan, dinləyicilər əlaqəni görməyəcəklər. Ayənin nəyə görə oxunduğu sənin üçün aydın olsa da, dinləyicilərinə qaranlıq qalacaq.

Məsələn, Müqəddəs Kitabdan Allahın adı yazılan Yeşaya 12:2 (KM) ayəsini oxuyarkən vurğunu «qurtuluşumdur» sözünə vursan, Allahın adının olmasının aydın bir fakt kimi görünməsinə baxmayaraq, ev sahibi bunu başa düşməyə bilər. Buna görə «Yehova» adını vurğulamaq lazımdır. Ancaq bu ayəni Yehovanın Xilaskar olduğunu göstərmək üçün oxusan, əsas vurğunu «qurtuluşumdur» sözünə vurmaq lazım gələcək. Eyni tərzdə, imanı əməllərlə tamamlamağın vacibliyini göstərmək üçün Yaqub 2:24 ayəsini oxuyanda əsas vurğunu «əməlləri» sözü əvəzinə, «saleh sayılır» ifadəsinə vursan, eşidənlər fikri tutmayacaqlar.

Başqa bir faydalı nümunəni Romalılara 15:7-13 ayələrində tapa bilərik. Bu, həvari Pavelin həm yəhudilərdən, həm də başqa millətlərdən olan məsihçilərdən ibarət yığıncağa yazdığı məktubdan bir parçadır. Burada həvari, ‘digər xalqların Allaha mərhəmətinə görə izzət vermələri’ üçün Məsihin xidmətinin təkcə sünnət olunmuş yəhudilərə yox, həmçinin başqa millətlərdən olan insanlara da fayda gətirdiyinə dair dəlillər gətirir. Sonra Pavel diqqəti başqa millətlər üçün açılan imkana yönəldərək dörd ayədən sitat gətirir. Pavelin nəzərdə tutduğu fikri vurğulamaq üçün həmin sitatları necə oxumaq lazımdır? Əgər vurğulayacağın ifadələri qeyd etmək istəyirsənsə, onda 9-cu ayədə «digər xalqlar» və «millətlər», 10-cu ayədə «ey millətlər», 11-ci ayədə «ey bütün millətlər» və «ey bütün xalqlar», 12-ci ayədə «digər xalqlara», «xalqlar» sözlərini nişanla. Sonra Romalılara 15:7-13 ayələrini ifadəli oxumağa çalış. Belə etsən, Pavelin yürütdüyü mülahizə daha aydın olacaq və onu izləmək asanlaşacaq.

Sözləri vurğulamağın üsulları. Əsas fikri göstərən və nəzərə çarpdırmaq istədiyin sözləri vurğulamağın müxtəlif üsulları var. İstifadə etdiyin üsul ayəyə və vəziyyətə uyğun olmalıdır. Aşağıda üsullardan bəziləri gətirilir.

İntonasiyanın dəyişdirilməsi. Bu zaman əsas fikri göstərən sözlərin cümlənin digər hissəsindən seçilməsi üçün intonasiyanı dəyişmək lazımdır, məsələn, səsi yüksəldib, endirməklə. Bir çox dillərdə tonu dəyişmək vurğulamağa kömək edir. Ancaq bəzi dillərdə bu, mənanı bütünlüklə dəyişə bilər. Əsas ifadələri deyəndə tempi azaltmaq onları sanballı edir. İntonasiyanı dəyişməklə sözləri vurğulamaq mümkün olmayan dillərdə bunu həmin dil üçün məqbul olan istənilən başqa üsulla etmək lazımdır.

Fasilə. Fasiləni ayənin əsas hissəsini oxumazdan sonra, əvvəl, ya da həm sonra, həm də əvvəl etmək olar. Əvvəl edilən fasilə dinləyiciləri intizarda saxlayır; sonra edilən fasilə isə eşitdiklərindən aldıqları təəssüratı gücləndirir. Ancaq tez-tez fasilə etsən, heç nəyi nəzərə çarpdıra bilməyəcəksən.

Təkrar. Hansısa fikri nəzərə çarpdırmağın digər üsulu oxumağına ara verib sözü və ya ifadəni yenidən oxumaqdır. Bir çox natiqlər, adətən, ayəni axıra kimi oxuyub, sonra əsas ifadəni təkrar etməyə üstünlük verirlər.

Jestlər. Jestlər və üz ifadələri sözlərə rəng qatır.

Səs tonu. Bəzi dillərdə müəyyən səs tonları sözü nəinki vurğulayır, hətta onun mənasına da təsir edir. Bu zaman da, xüsusilə kinayə ifadə edərkən, ehtiyatlı olmaq lazımdır.

Ayəni başqası oxuyanda. Ayəni ev sahibi oxuyanda, ola bilər, lazım olmayan sözləri vurğulasın, ya da ümumiyyətlə heç bir sözü vurğulamasın. Bu zaman nə etməli? Ən yaxşısı ayəni izah edərək onun mənasını aydınlaşdırmaqdır. Sonra həmsöhbətinin diqqətini birbaşa olaraq ayədəki əsas fikirləri bildirən sözlərə cəmləmək olar.

İFADƏLİ OXUMAĞI NECƏ ÖYRƏNMƏK OLAR?

  • Oxumağı planlaşdırdığın hər ayəyə dair özünə növbəti sualları ver: «Bu sözlərdə hansı hisslər ifadə olunur? Bu hissləri necə çatdırmaq lazımdır?»

  • Oxumaq istədiyin ayələri diqqətlə təhlil et. Onların hər biri ilə bağlı özündən soruş: «Bu ayə hansı məqsədə xidmət edir? Həmin məqsədə çatmaq üçün hansı sözləri vurğulamaq lazımdır?»

ÇALIŞMALAR: 1) Xidmətdə oxumağı planlaşdırdığın ayəni diqqətlə təhlil et. Onu bir neçə dəfə müvafiq hisslərlə oxu. Hansı məqsədlə oxuyacağından asılı olaraq, vurğunu müvafiq söz(lər)ə vur. 2) Hazırda öyrənilən nəşrlərin birindən içində ayənin sitat gətirildiyi bir abzas seç. Ayələrin nə üçün gətirildiyini təhlil et. Əsas fikirləri bildirən sözləri nişanla. Ayələri ifadəli oxumaq şərtilə bütün abzası ucadan oxu.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş