Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 28 s. 179—s. 180 abz. 8
  • Danışıq üslubu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Danışıq üslubu
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Təbiilik
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Danışıq üslubu
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Rəvan nitq
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • İmanı möhkəmləndirmək üçün yaxşı söz söylə
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 28 s. 179—s. 180 abz. 8

DƏRS 28

Danışıq üslubu

Nə etməlisən?

Adi söhbətlərdə danışdığın kimi danış, eyni zamanda dinləyicilərini də nəzərə al.

Nə üçün vacibdir?

Münasib danışıq üslubu dinləyicilərə özlərini sərbəst hiss etməyə və dediklərini maraqla dinləməyə kömək edir.

BİZ adətən dostlarla söhbət edəndə özümüzü sərbəst hiss edirik. Demək istədiyimiz sözlər bədahətən gəlir. Kimlərsə coşqun, kimlərsə nisbətən təmkinlidir. Hər necə olsa da, təbiilik nitqi xoşagələn edir.

Ancaq tanımadığımız insana müraciət edərkən həddən artıq səmimi və ya sərbəst danışmaq münasib olmazdı. Bəzi mədəniyyətlərdə tanış olmayan adamla söhbətə başlayarkən müəyyən qaydalara riayət edilməlidir. Belə hallarda, müraciəti hörmətcil şəkildə başladıqdan sonra uzaqgörənliklə rəsmiyyəti azaldıb, yavaş-yavaş adi danışıq üslubuna keçmək yaxşı olardı.

Səhnədən çıxış edərkən də diqqətli olmaq lazımdır. Həddən artıq sərbəstlik məsihçi görüşlərinin dəyərini və söylənənlərin ciddiliyini azaldır. Bəzi dillərdə özündən böyüklərə, müəllimə, məmura və ya valideynlərə müəyyən sözlərlə müraciət edirlər. (Həvarilərin işləri 7:2 və 13:16 ayələrində işlədilən xitablara diqqət yetir.) İnsan həyat yoldaşına bir sözlə, yaxın dostuna isə başqa sözlə müraciət edir. Səhnədə çıxış edərkən həddən artıq rəsmi olmaq lazım gəlməsə də, danışığımızda hörmət hiss olunmalıdır.

Çıxışın həddən artıq rəsmi və ya quru olmasına bir neçə amil səbəb olur. Onlardan biri cümlə quruluşu, yaxud ifadə tərzidir. Natiq sözləri vərəqdə yazıldığı kimi təkrar etməyə çalışanda problem yaranır. Yazı dili danışıq dilindən tamamilə fərqlidir. Düzdür, çıxışa hazırlaşarkən müxtəlif nəşrlər vasitəsilə araşdırma aparılır. Həm də bəzi nitqlərin planı hazır olur. Ancaq çıxış zamanı fikrini sırf nəşrdə yazıldığı kimi ifadə etsən, yaxud hazır plandan oxusan, çətin ki, nitqin danışıq üslubunda alınsın. Danışıq üslubunda çıxış etmək üçün fikirləri öz sözlərinlə demək və mürəkkəb cümlələrdən qaçınmaq lazımdır.

Digər bir amil tempdir. Sözləri bərabər fasilələrlə dedikdə və tempi dəyişmədikdə nitq rəsmi və quru alınır. Adi danışıqda temp dəyişir və tez-tez müxtəlif uzunluqda fasilələr edilir.

Əlbəttə, böyük auditoriyaya müraciət edərkən, dinləyicilərin diqqəti yayınmasın deyə, danışıq üslubundan əlavə səsi, intensivliyi artırmaq və daha çox şövqlə danışmaq lazımdır.

Danışıq üslubunun xidmətə müvafiq olması üçün adi söhbətlərdə yaxşı danışmağa vərdiş et. Bunun üçün heç də ali təhsil tələb olunmur. Sadəcə elə danışmağı öyrənmək lazımdır ki, başqaları dediklərini hörmətlə dinləsinlər. Bu məqsədi nəzərdə tutaraq düşün: gündəlik söhbətlərində aşağıdakı bəndlər üzərində işləməyinə gərək varmı?

  1. Qrammatik qaydaları pozan və ya Allahın qanunları ilə yaşamayan insanlara məxsus ifadələrdən qaçın. Koloslulara 3:8 ayəsindəki məsləhətə müvafiq olaraq, kobud və bayağı ifadələr işlətmə. Digər tərəfdən, adi danışıq dilində pis heç nə yoxdur. Danışıqda işlədilən söz və ifadələr qeyri-rəsmi olsa da, hamı tərəfindən qəbul edilmiş nitq normalarını pozmur.

  2. Çalış ki, müxtəlif fikirləri eyni sözlərlə ifadə etməyəsən. Fikri dəqiq çatdıran sözləri işlətməyi öyrən.

  3. Danışmağa başlamazdan əvvəl nə demək istədiyini beynində düzüb-qoş ki, boş-boşuna təkrara yol verməyəsən.

  4. Çox danışanda hətta ən gözəl fikirlər belə itir. Dinləyicilərin hansısa fikri yadda saxlamalarını istəyirsənsə, sadə və aydın cümlələrlə danışmağa vərdiş et.

  5. Danışıq tərzinlə ətrafdakılara hörmət etdiyini göstər.

NATİQLİYİN BU SAHƏSİNƏ NECƏ YİYƏLƏNMƏK OLAR?

  • İşə dinləyicilərinə münasibətindən başla. Onlara dost kimi bax, eyni zamanda həddindən artıq sərbəst olma. Onlarla hörmətlə davran.

  • Sərbəst danış. Nəşrdə yazılanları sözbəsöz oxumağa çalışma. Fikirləri öz sözlərinlə çatdır. Qısa cümlələr işlət və tempi dəyiş.

  • Diqqətini insanlara bilik çatdırmaq istəyinə cəmlə. Ürəkdən danış. Ən vacibi başqalarında oyadacağın təəssürat yox, onlara demək istədiyin xəbərdir.

  • Gündəlik danışığını yaxşılaşdır. Hər dəfə bu səhifədəki məsləhətlərdən biri üzərində işlə.

ÇALIŞMA: Adətən necə danışdığına fikir ver. Diqqətini hər gün təkcə bir bəndə yönəldərək yuxarıda gətirilən beş bəndin üzərində işlə. Səhvə yol verəndə, fikirlərini heç olmasa özlüyündə yenidən düzgün şəkildə ifadə et.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş