Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 4 s. 93—s. 96 abz. 3
  • Rəvan nitq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəvan nitq
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Təbiilik
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Məktəbdə verilən tapşırıqların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Düzgün məntiqi vurğu
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Aydın diksiya
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 4 s. 93—s. 96 abz. 3

DƏRS 4

Rəvan nitq

Nə etməlisən?

Elə oxu və danış ki, sözlər və fikirlər axıcı olsun. Rəvan danışanda nitq qırıq-qırıq və ya həddindən artıq yavaş olmur, natiq sözləri deyərkən dili topuq çalmır və nə deyəcəyi üzərində baş sındırmır.

Nə üçün vacibdir?

Natiq rəvan danışmayanda dinləyicilərin fikri yayınar, sözləri səhv başa düşülər. Onun sözləri inandırıcı olmaya bilər.

UCADAN oxuyarkən müəyyən ifadələrdə dilin dolaşırmı? Yaxud auditoriya qarşısında çıxış edərkən adətən düzgün sözləri tapmağa çətinlik çəkirsənmi? Əgər belədirsə, deməli, nitqində rəvanlıq çatışmır. Rəvan danışan və oxuyan adam sözləri və fikirləri asanlıqla, bir-birinin ardınca səlis deyir. Bu, onun dayanmadan, çox tez, yaxud düşünmədən danışdığını bildirmir. Onun nitqi xoşagələn olur və gözəl səslənir. Teokratik Xidmət Məktəbində nitqin rəvanlığına xüsusi diqqət yetirilir.

Nitqdə rəvanlığın çatışmamasına müxtəlif amillər səbəb ola bilər. Aşağıda sadalanan səbəblərdən hər hansı birinə xüsusi diqqət yetirməyinə ehtiyac varmı? 1) Başqaları üçün oxuyarkən tanış olmayan sözlər adamı duruxdura bilər. 2) Çox yerdə qısa fasilələr edəndə nitq qırıq-qırıq səslənir. 3) Yaxşı hazırlaşmamaq çətinlik yarada bilər. 4) Dinləyicilər qarşısında çıxış edərkən adətən rəvanlığın olmamasına səbəb materialı məntiqi ardıcıllıqla qruplaşdırmamaqdır. 5) Söz ehtiyatının məhdud olması natiqin düzgün sözlər tapmaq üçün dayanmasına səbəb olur. 6) Həddindən artıq çox sözü vurğulayanda rəvanlıq itir. 7) Qrammatikanı yaxşı bilməmək çətinlik yaradır.

Düzdür, nitqin rəvan olmayanda dinləyicilər Padşahlıq Zalını tərk etməyəcəklər, ancaq onların fikri başqa yerdə olacaq. Nəticədə, dediklərinin çoxunu sanki havaya demiş olacaqsan.

Digər tərəfdən, diqqət yetirmək lazımdır ki, təsirli və rəvan nitq hökmlü olmasın və dinləyiciləri pərt etməsin. Mədəniyyətlərin müxtəlifliyindən irəli gələrək, dinləyicilər nitqini nəzakətsiz və qeyri-səmimi hesab etsələr, istədiyin məqsədə nail ola bilməyəcəksən. Diqqətəlayiqdir ki, təcrübəli natiq olmasına baxmayaraq, həvari Pavel özünə lazımsız yerə diqqəti cəlb etməmək üçün korinflilərə «zəiflik, qorxu və böyük lərzə içində» müraciət etmişdi (1 Kor. 2:3).

Qaçınmalı olduğumuz vərdişlər. Bir çoxları danışanda «hm...» kimi səslər çıxarmağa vərdiş ediblər. Bəziləri yeni fikrə keçərkən tez-tez «deməli», «yəni», yaxud yeri gəldi-gəlmədi «məsələn», «şey», «məhz» kimi sözlər işlədirlər. Bu cür ifadələri nə qədər tez-tez işlətdiyindən, ola bilsin ki, heç özünün də xəbərin yoxdur. Kimdənsə xahiş edə bilərsən ki, sənə qulaq assın və hər dəfə belə ifadələri işlədəndə təkrar etsin. Nəticə səni təəccübləndirə bilər.

Bəziləri oxuyanda və danışanda eyni şeyi dəfələrlə təkrar edirlər. Onlar cümləni yarıda kəsir və əvvəl söylədiklərinin ən azı bir qismini yenidən deyirlər.

Başqaları isə kifayət qədər sürətlə danışırlar, ancaq onlar bir fikri başlayır, cümləni tamamlamamış başqa fikrə keçirlər. Sözlər sərbəst deyilsə də, fikirlərin gözlənilmədən dəyişilməsi rəvanlığı pozur.

Nitqi rəvan etməyin üsulları. Əgər lazımi sözləri tapmaqda tez-tez çətinlik çəkirsənsə, söz ehtiyatını artırmaq üçün cidd-cəhdlə çalış. «Gözətçi Qülləsi» jurnalını və başqa nəşrləri oxuyanda rastına çıxan yeni sözlərə xüsusilə diqqət yetir. Lüğətdə həmin sözlərin mənasına bax və söz ehtiyatını artırmaq üçün bəzilərini əzbərlə. Əgər lüğətin yoxdursa, dili yaxşı biləndən kömək istə.

Müntəzəm olaraq ucadan oxumaq nitqi rəvan etməyə kömək edəcək. Çətin sözləri qeyd et və bir neçə dəfə ucadan söylə.

Rəvan oxumaq üçün sözlərin cümlədə bir-birilə necə bağlı olduğunu başa düşmək vacibdir. Müəllifin çatdırmaq istədiyi fikri ifadə etmək üçün adətən sözləri qrup şəklində oxumaq lazımdır. Belə söz qruplarına xüsusi diqqət yetir. Ehtiyac varsa, onları nişanla. Sənin məqsədin yalnız sözləri düzgün oxumaq yox, həmçinin fikirləri aydın şəkildə çatdırmaqdır. Bütün abzası öyrənənə kimi cümlələri bir-bir təhlil et. Fikrin gedişatını tut. Sonra ucadan oxumağı məşq et. Çaşmayana və lazım olmayan yerlərdə fasilə etməyənə qədər abzası dönə-dönə oxu. Sonra digər abzasa keç.

Növbəti addım tempi artırmaqdır. Əgər sözlərin cümlədə bir-biri ilə necə bağlı olduğunu başa düşsən, bir dəfəyə təkcə bir sözü görməyəcək, ondan sonra hansı sözün gəldiyini də təxmin edəcəksən. Bunun yaxşı oxumağına böyük köməyi dəyəcək.

Müntəzəm olaraq hazırlıqsız oxumaq yaxşı üsuldur. Məsələn, gündəlik ayəni və şərhi qabaqcadan hazırlaşmadan ucadan oxu; bunu mütəmadi olaraq et. Bir dəfəyə bir sözü deyil, bitmiş fikri ifadə edən söz qrupunu görməyə adət et.

Söhbət zamanı rəvan danışmaq üçün sözə başlamazdan əvvəl fikirləşmək lazımdır. Gündəlik söhbətlərində buna vərdiş et. Hansı fikirləri çatdırmaq istədiyini və onları hansı ardıcıllıqla ifadə edəcəyini fikirləş, sonra söhbətə başla. Tələsmə. Bitmiş fikri dayanmadan və ya yarıda kəsib başqasına keçmədən ifadə etməyə çalış. Qısa, sadə cümlələr işlətməyin sənə köməyi dəyə bilər.

Nə demək istədiyini dəqiq biləndə sözlər adətən adamın ağlına öz-özünə gəlir. Adətən, demək istədiyin sözləri seçmək lazım gəlmir. Ancaq məşq edərkən yaxşı olar ki, əvvəlcə deyəcəyin fikri beynində hazırlayasan, sözlər haqda isə danışanda düşünəsən. Belə etsən, eyni zamanda sözlər yox, fikir haqda düşünsən, sözlər öz-özünə gələcək və ürəkdən danışacaqsan. Ancaq fikirləri yox, sözləri fikirləşməyə başlayan kimi hıqqanacaqsan. Məşq etməyin sayəsində ifadəli danışmaq və oxumaqda vacib amil olan rəvanlığa yiyələnəcəksən.

Musaya Yehovanı İsrail xalqı və Misir fironunun qarşısında təmsil etmək tapşırılanda o, özünü bu iş üçün yararsız hesab etmişdi. Nə üçün? O, rəvan danışa bilmirdi; ola bilsin, onun nitqində qüsur var idi (Çıx. 4:10; 6:12). Musa bəhanələr gətirsə də, Allah heç birini qəbul etmədi. Yehova Harunu natiq kimi onunla göndərdi, lakin Özü də Musaya danışmağa kömək etdi. Musa dəfələrlə təkcə ayrı-ayrı adamlar və kiçik qrup yox, həm də bütün xalq qarşısında təsirli nitqlə çıxış etmişdi (Qanun. t. 1:1-3; 5:1; 29:2; 31:1, 2, 30; 33:1). Həm Yehovaya güvənir, həm də əlindən gələni edirsənsə, sən də nitqinlə Allahı izzətləndirə biləcəksən.

KƏKƏLƏMƏYİN ÖHDƏSİNDƏN NECƏ GƏLMƏK OLAR?

Kəkələməyə bir çox amillər səbəb ola bilər. Bu səbəbdən, bəzilərinə kömək edən müalicə üsulu başqalarına təsir etməyə bilər. Ancaq müvəffəqiyyətə nail olmaq üçün, daim çalışmaq vacibdir.

Yığıncaq görüşlərində şərh verməyi fikirləşəndə qorxu və hətta təlaş hissi keçirirsənmi? Kömək üçün Yehovaya dua et (Filip. 4:6, 7). Fikrini Yehovanı izzətləndirməyə və başqalarına kömək etməyə cəmləşdir. Problemin tamamilə aradan qalxacağını gözləmə, ancaq onun öhdəsindən gəlmək üçün aldığın köməyi görməyə çalış. Yehovanın xeyir-duasını hiss edəndə və həmimanlıların səni ruhlandıranda ürəyində daha çox şey etmək istəyi yaranacaq.

Teokratik Xidmət Məktəbi auditoriya qarşısında nitq söyləməkdə təcrübə toplamağa imkan verir. Səni dəstəkləyən və müvəffəqiyyətli olmağını istəyən kiçik qrup qarşısında necə yaxşı çıxış etdiyinə təəccüblənəcəksən. Bu, sənə başqa şəraitlərdə də əminliklə danışmağa kömək edəcək.

Əgər çıxış edəcəksənsə, onda qabaqcadan yaxşı hazırlaş. Diqqətini bütünlüklə çıxışına cəmlə. Mövzuya uyğun hisslərlə danış. Kəkələməyə başlasan, səsində və hərəkətlərində mümkün qədər sakitliyi qorumağa çalış. Çənə əzələlərini boşalt. Qısa cümlələr işlət. Danışarkən «hm...», «ııı...» kimi səslərin sayını azalt.

Kəkələməklə mübarizə aparanlar hansı sözlərin problem yaratdığını müəyyən etdikdən sonra həmin sözləri işlətmir, əvəzinə sinonim sözlərdən istifadə edirlər. Başqaları isə tələffüz etməkdə çətinlik çəkdikləri səsləri müəyyənləşdirib, onları təkrar-təkrar məşq edirlər.

Əgər söhbət edəndə kəkələyirsənsə, ünsiyyət etmək cəhdindən əl çəkmə. Yol ver ki, sən söhbətə qoşula bilənə kimi həmsöhbətin söhbəti davam etdirsin. Lazım gələrsə, demək istədiklərini yaz, ya da insana məlumatı çap olunmuş şəkildə göstər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Jurnalları və kitabları oxuyanda yeni sözləri qeyd et, dəqiq mənasını tap və sonra istifadə et.

  • Hər gün ən azı beş-on dəqiqə ucadan oxuyaraq məşq et.

  • Özünə oxumağı daxil edən tapşırıqlara yaxşı hazırlaş. Bitmiş fikri bildirən söz qruplarına xüsusi diqqət yetir. Fikrin gedişatını tut.

  • Gündəlik söhbətlərdə danışmazdan əvvəl düşünməyi və cümləni kəsmədən axıra kimi deməyi öyrən.

ÇALIŞMA: Hər dəfə bir abzası araşdıraraq Hakimlər 7:1-25 ayələrini diqqətlə oxu. Əmin ol ki, deyilənləri başa düşürsən. Tanış olmayan sözlər üçün lüğətə bax. Xüsusi adların hər birini ucadan de. Sonra abzası ucadan oxu, ancaq diqqət yetir ki, düzgün oxuyasan. Bu abzası oxumağın səni qane edəndə növbəti abzasa keç və beləcə davam et. Sonra bütün fəsli oxu. Bunu təkrarən et, ancaq bu dəfə tempi bir az artır. Bir dəfə də oxu; lazım olan yerlərdə sürəti daha da artır, ancaq o dərəcədə tez oxuma ki, dilin dolaşsın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş