Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 1 s. 4
  • Yaradan insana Cənnət bəxş edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaradan insana Cənnət bəxş edir
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • Səni kim yaradıb?
    Yer üzündəki həyata əbədiyyən sevin!
  • Ədən bağında həyat necə idi?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
  • Cənnət itirilir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Allah ilk kişi ilə qadını yaradır
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 1 s. 4
Adəmlə Həvva Ədən bağında, heyvanların əhatəsində

BÖLMƏ 1

Yaradan insana Cənnət bəxş edir

Allah fiziki kainatı və yer üzündə həyatı yaradır; O, kamil kişi və qadın yaradır onları gözəl bağda yerləşdirir və onlara əmrlər verir

Şirlər, quşlar, və maral Ədən bağında

«BAŞLANĞICDA Allah göyü və yeri yaratdı». Bu sözlər indiyə kimi yazılan giriş sözlərindən ən məşhurudur (Yaradılış 1:1). Bu sadə, eyni zamanda, möhtəşəm cümlə ilə Müqəddəs Kitab bizi Müqəddəs Yazılarda diqqət mərkəzində olan Varlıqla — hər şeyə qadir Allah Yehova ilə tanış edir. Müqəddəs Kitabın ilk ayəsi bildirir ki, Allah bütün sonsuz kainatın, eləcə də yaşadığımız planetin Yaradanıdır. Növbəti ayələrdə izah olunur ki, Allah hər biri simvolik mənada gün adlandırılan uzun dövrlər ərzində ecazkar canlı və cansız aləmi xəlq edərək yer üzünü yaşamağımız üçün hazırladı.

Allahın yer üzündə yaratdığı ən ali varlıq insan idi. İnsan Allahın surətində — Yehovaya məxsus olan məhəbbət və müdriklik kimi keyfiyyətləri əks etdirmək qabiliyyəti ilə yaradılmışdı. Allah insanı yerin torpağından yaratdı ona Adəm adını verdi sonra onu cənnətdə — Ədən bağında yerləşdirdi. Bu bağı Allah Özü salmış onu gözəl bar gətirən ağaclarla doldurmuşdu.

Allah gördü ki, insanın yoldaşa ehtiyacı var. O, Adəmin qabırğasının birindən qadını yaratdı və sonralar Həvva adlandırılan bu qadını onun yanına gətirdi ki, arvadı olsun. Bundan şad olan Adəm şeir qoşdu: «Nəhayət, sümüyü sümüyümdən, bədəni bədənimdən olan biri». Allah bildirdi: «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:22—24; 3:20).

Allah Adəmlə Həvvaya iki əmr verdi. Birincisi, onlara yer üzünü becərib qorumağı və oranı nəsilləri ilə doldurmağı tapşırdı. İkincisi, onlara əmr etdi ki, həmin böyük bağdakı ağaclardan yalnız birinin «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yeməsinlər (Yaradılış 2:17). İtaətsiz olduqları təqdirdə onları ölüm gözləyirdi. Bu əmrlərlə Allah kişiyə və qadına Onu özlərinin Rəhbəri kimi qəbul etdiklərini göstərmək imkanı verdi. Onların itaətkarlığı, həmçinin Allahı sevdiklərini və Ona minnətdar olduqlarını göstərəcəkdi. Allahın xeyirxah rəhbərliyini qəbul etməyə onların hər bir əsası var idi. Bu kamil insanlarda heç bir qüsur yox idi. Müqəddəs Kitabda deyilir: «Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır» (Yaradılış 1:31).

Yaradılış 1, 2-ci fəsillərinə əsaslanıb.

  • Müqəddəs Kitab insanların və yerin yaradılmasını necə təsvir edir?

  • Allah kişi və qadın üçün necə həyat hazırladı?

  • İlk insan cütünə Allah hansı əmrləri verdi?

ALLAHIN ADI

Müqəddəs Yazılarda Allaha Yaradan və Külli-İxtiyar Allah kimi müxtəlif titullarla müraciət olunur. Bəzi titullar Allahın müqəddəslik, qüvvə, ədalət, müdriklik və məhəbbət kimi xüsusiyyətlərini vurğulayır. Ancaq Allah Özünə özlüyündə yeganə ad olan Yehova adını verib. Müqəddəs Kitabın orijinal mətnində Allahın adına Yaradılış 2:4 ayəsindən başlayaraq təxminən 7000 dəfə rast gəlinir. Yehova adının mənası «olmasına səbəb olur» deməkdir. Bunu bilmək təsəlli verir, çünki bu Allahın fikrində tutduğu hər bir niyyəti həyata keçirməyə və verdiyi istənilən vədi yerinə yetirməyə qadir olduğunu bildirir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş