Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 7 s. 18—19
  • Allahın peyğəmbərlər vasitəsilə verdiyi vəd

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın peyğəmbərlər vasitəsilə verdiyi vəd
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Oxşar material
  • Bəşəriyyətin xilası üçün Allahın tədbiri
    Gözətçi qülləsi 2013
  • Bütün peyğəmbərlərin şahidlik etdiyi Şəxs
    Vahid həqiqi Allaha ibadət edin
  • B1: Müqəddəs Kitabın əsas mövzusu
    Müqəddəs Kitab
  • Məsihin gəlişinə dair Danielin peyğəmbərliyi
    Müqəddəs Kitab əslində nə öyrədir?
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 7 s. 18—19

BÖLMƏ 7

Allahın peyğəmbərlər vasitəsilə verdiyi vəd

QƏDİM zamanlarda peyğəmbərlər Allaha iman təzahür etdirirdilər. Onun vədlərinə inanır və həyatlarını ona əsasən qururdular. Allah onlara hansı vədləri vermişdi?

Adəmlə Həvva günah işlətdikdən dərhal sonra Allah vəd etdi ki, «ilan»la təmsil olunan «İblis və Şeytan adlanan böyük əjdaha»nın başından vuraraq onu əbədiyyən məhv edəcək bir Şəxs göndərəcək (Yaradılış 3:14, 15; Vəhy 12:9, 12). Görəsən, o Şəxs kim olacaq?   

Bu ilk peyğəmbərlikdən təxminən 2000 il sonra Yehova Allah İbrahim peyğəmbərə vəd etdi ki, göndərəcəyi Şəxs onun nəslindən olacaq. Allah İbrahimə dedi: «Yer üzünün bütün xalqları sənin övladın vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yaradılış 22:18).

Bizim eradan əvvəl 1473-cü ildə Allah Musa peyğəmbərə bu «övlad» barədə növbəti sözləri dedi: «Allahınız Yehova sizə soydaşlarınızın arasından mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asmalısınız» (Qanunun təkrarı 18:15). Musa kimi, bu peyğəmbər də İbrahim peyğəmbərin nəslindən törəməli idi.

Həmçinin bu peyğəmbər Davud padşahın nəslindən çıxmalı və böyük padşah olmalı idi. Allah Davud padşaha vəd etmişdi: «Sənin övladını... ortaya çıxaracağam, onun taxt-tacını bərqərar edəcəyəm» (2 İşmuil 7:12, 13). Eləcə də Allah açıqladı ki, Davudun nəslindən gələcək bu Şəxs «Sülh əmiri olacaq». Onun «hakimiyyəti ucqarlaradək yayılacaq, sülhün sonu olmayacaq. O, Davudun taxtında, padşahlığının başında oturacaq. Hakimiyyətini indidən sonsuzadək ədalət və salehlik üzərində bərqərar edəcək» (Əşiya 9:6, 7). Bəli, Allaha sadiq olan bu Padşah bütün dünyada sülhü və ədaləti bərqərar edəcək. Bəs o nə vaxt gələcək?

İbrahim, Musa, Davud, Həzrəti İsa və vəd olunmuş övlad ilanın başını əzəcək

Vəd olunmuş «övlad»... İbrahimin nəslindən gəlməli, Musa kimi peyğəmbər olmalı, Davudun nəslindən gəlməli, eramızın 29-cu ilində peyda olmalı, ilanın — Şeytanın başını əzməli idi

Sonralar Cəbrayıl mələk Allahın peyğəmbəri olan Dənyala belə bir xəbər gətirdi: «Bil və agah ol, Yerusəlimin yenidən tikilib bərpa edilməsi üçün fərmanın çıxmasından Öndər Məsihin zühuruna qədər yeddi həftə və altmış iki həftə keçəcək» (Dənyal 9:25). Hər biri 7 ildən ibarət olan bu 69 həftə 483 ilə bərabərdir. Bu dövr bizim eradan əvvəl 455-ci ildə başlayıb, eramızın 29-cu ilində bitmişdira.

Doğrudanmı, Musaya kimi peyğəmbər olan Məsih və vəd olunmuş «övlad» — eramızın 29-cu ilində peyda oldu? Gəlin bunu nəzərdən keçirək.

a Yehovanın Şahidləri tərəfindən dərc edilən «Əbədi xoşbəxt həyat!» kitabının 255-ci səhifəsindəki 2-ci əlavəyə baxın.

Necə düşünürsünüz?

  • İbrahimin vəd olunmuş «övladı» Şeytana nə edəcək?

  • Allah Musa vasitəsilə nə vəd etmişdi?

  • Davud «övlad» haqqında nə öyrəndi?

  • Cəbrayıl mələk Dənyala hansı xəbəri gətirdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş