Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jl d. 16
  • Yığıncaq xidmətçiləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yığıncaq xidmətçiləri
  • Yehova Allahın müasir xalqı
  • Oxşar material
  • Yığıncaq xidmətçilərinin dəyərli xidməti
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • «İnsan timsalında hədiyyələr»in qədrini bilək
    Gözətçi qülləsi 2024
  • Əziz qardaşlar, yığıncaq xidmətçisi olmağa can atırsınız?
    Gözətçi qülləsi 2024
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Yehova Allahın müasir xalqı
jl d. 16

DƏRS 16

Yığıncaq xidmətçiləri

Yığıncaq xidmətçisi ədəbiyyatın paylanmasına kömək edir

Myanma

Yığıncaq xidmətçisi məruzə ilə çıxış edir

Yığıncaqda çıxış

Yığıncaq xidmətçisi təbliğ görüşü keçirir

Təbliğ xidməti görüşü

Yığıncaq xidmətçisi ibadət evinə qulluq edir

İbadət evinə qulluq

Müqəddəs Kitaba əsasən, yığıncaq işlərinə nəzarətçilər və yığıncaq xidmətçiləri baxmalıdırlar (Filippililərə 1:1). Adətən, hər yığıncaqda bir neçə belə qardaş olur. Gəlin görək yığıncaq xidmətçiləri yığıncaq üçün hansı işləri görürlər.

Ağsaqqalların sağ əli. Yığıncaq xidmətçiləri imanlı, etibarlı, məsuliyyətli məsihilərdir. Aralarında cavanı da var, qocası da. Onlar yığıncaqda cürbəcür tapşırıqları yerinə yetirirlər. Onların köməyi sayəsində ağsaqqallar diqqətlərini yığıncağa təlim və öyüd-nəsihət verməyə cəmləyə bilirlər.

Zəruri işlər görürlər. Yığıncaq xidmətçilərinin bəziləri görüşə gələnləri qarşılamağa təyin olunur. O biriləri səsləndirmə sisteminə, ədəbiyyatın paylanmasına, mühasibat işinə, təbliğ sahələrinin bölüşdürülməsinə cavabdehdirlər. Yığıncaq xidmətçiləri həmçinin ibadət evlərinə texniki xidmət göstərirlər. Hərdən ağsaqqallar onlara ahıl yaşda olan bacı-qardaşlara kömək etməyi tapşırırlar. Yığıncaq xidmətçiləri aldıqları tapşırıqların hamısını can-dildən yerinə yetirirlər. Bununla da onlar hamının rəğbətini qazanırlar (1 Timutiyə 3:13).

Başqalarına örnəkdirlər. Yığıncaq xidmətçiləri bu təyinatı Allaha məqbul keyfiyyətlərinə görə alırlar. Onlar görüşlərin bəzi bəndləri ilə çıxış edərək imanımızı möhkəmləndirirlər. Habelə təbliğ işində verdikləri nümunə xidmətə həvəsimizi daha da alovlandırır. Onlar ağsaqqallarla çiyin-çiyin xidmət edərək yığıncaqda mehribanlığın və birliyin olmasına öz töhfələrini verirlər (Efeslilərə 4:16). Bu qardaşlar lazımi tələblərə cavab verdikdə ağsaqqal təyin olunurlar.

  • Yığıncaq xidmətçiləri haqda nə demək olar?

  • Yığıncaq xidmətçiləri yığıncaqda hansı işləri görürlər?

TÖVSİYƏ

Hər dəfə ibadət evinə gələndə ağsaqqallardan və ya yığıncaq xidmətçilərindən biri ilə tanış olun. Beləcə, yığıncaqdakı bütün ağsaqqalları və yığıncaq xidmətçilərini, o cümlədən onların ailələrini yaxından tanıyacaqsınız.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş