Suallar qutusu
◼ Xidməti köməkçilər müəyyən şəraitlərdə başqa yığıncaqlarda açıq mə’ruzə ilə çıxış edə bilərlərmi?
Müqəddəs Yazılarda deyilir ki, yığıncaqda «tə’lim» vermək məs’uliyyətini ağsaqqallar daşıyır (1 Tim. 5:17; 3:2). İmkan daxilində açıq mə’ruzələrlə onlar çıxış etməlidirlər. Əgər çıxış etmək üçün yığıncaqların birindən digərinə natiqlər göndərilən hallarda belə ağsaqqallar çatmırsa, onda ağsaqqallar şurası öz yığıncaqlarında açıq mə’ruzələrlə çıxış etməyi müəyyən xidməti köməkçilərə tapşıra bilər.
Adi hallarda başqa yığıncaqlarda mə’ruzələrlə yalnız ağsaqqallar çıxış edə bilər. Lakin açıq görüşlər müntəzəm surətdə keçirilməlidir. Buna görə də, ağsaqqalların həqiqətən də çatışmadığı yerlərdə yığıncaq xahiş edə bilər ki, qonşu yığıncaqdan xidməti köməkçi gəlib mə’ruzə ilə çıxış etsin. Sədrlik edən nəzarətçi belə bir xahiş alıbsa və yığıncağın ağsaqqallar şurası həmin xidməti köməkçini başqa yığıncaqlarda çıxış etmək üçün natiq kimi tövsiyə edibsə, onda həmin qardaş sorğunu edən yığıncaqda mə’ruzə ilə çıxış edə bilər. Lakin belə bir sorğu olmadan başqa yığıncaqlarda mə’ruzə ilə yalnız ağsaqqallar çıxış edə bilər. Bə’zən natiq tapmaq mümkün olmayan ərazilərdə yığıncaqlara məsləhət görülür ki, bacı-qardaşların Müqəddəs Kitab ayələrini açıb müzakirə etmələri üçün sadiq və ağıllı qulun təqdim etdiyi materialın ətraflı nitq planını oxusunlar. Beləliklə, hətta natiqlərin çatışmadığı yerlərdə belə açıq görüşlərdə təqdim olunan ruhani qidanı hamı ala biləcək.